Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
Neftin qiyməti toparlanır: “May-iyun aylarında 40 $/ barrel-ə qədər yüksələ bilər” – OPEC prezidenti
Ötən həftə dünya neft bazarında qiyməti mənfi hədlərə qədər düşən “qara qızıl” cari satış həftəsinə qismən toparlanmış vəziyyətdə başlayıb.
Ovqat.com-un məlumatına görə, hazırda Londonun ICE birjasında Brent markalı neftin bir barreli 24.11 dollara təklif olunur.
Nyu York əmtəə birjasında (NYMEX) isə WTI markalı neftin qiyməti hələ də aşağıdır – 15.46 $/ barrel.
“Azeri Light” markalı neft isə ötən həftəni 15.81 - 18.60 $/ barrell arasında get-gəllərlə başa vurmuşdu. Neftimizin bu həftəyə də eyni qiymətlərlə başlayacağı güman olunur.
Göründüyü kimi, ötən həftəylə müqayisədə nə qədər toparlanmış olsa belə, neftin qiyməti hələ də qənaətbəxş deyil. OPEC rəsmiləri isə qiymətlərin bu həftə tədricən yüksələcəyinə, önümüzdəki ay 40 dollara qədər artacağını proqnozlaşdırırlar.
Bu nikbin proqnoz Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) dövri prezidenti (hər il təşkilat üzlərindən biri yürüdür), Əlcəzair Enerji naziri Məhəmməd Barkindo tərəfindən irəli sürülüb. Əlcəzair dövlət radiosuna verdiyi müsahibədə Məhəmməd Barkindo neftin koronavirus pandemiyasının dünya iqtisadiyyatını alt-üst etməsi səbəbiylə kəskin ucuzlaşdığını, qiymətlərin yaxın günlərdə stabilləşəcəyinə inandığını bildirib.
Məhəmməd Barkindo
Onun sözlərinə görə, ötən həftə böyük çöküş yaşayan neft bazarından artıq müsbət siqnallar gəlməyə başlayıb. Bunun səbəbi isə OPEC-lə bu təşkilata üzv olmayan ölkələr (OPEK+) arasında aprelin 10-da əldə edilən razılaşmadır.
Xatırladaq ki, həmin video-toplantıda neft hasilatında ciddi kəsintilərə getməyə qərar verilmişdi.
10 aprel video-toplantısında əldə edilən razılaşma təkcə yaxın dövrü deyil, həm də 2022-ci ilə qədər geniş zamanı əhatə edir. Razılaşmaya əsasən, yaxın dövr üçün - 1 May - 30 İyun tarixləri arasında gündəlik xam neft hasilatının həcmi 10 milyon barrelə (23%) qədər endiriləcək. Orta dövr üçün - 1 İyul - 31 Dekabr arasında bu azalma gündəlik 8 milyon barrel və 1 Yanvar 2021 - 30 Aprel 2022 tarixini əhatə edən uzaq dövrdə isə gündəlik 6 milyon barrel səviyyəsində olacaq.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar