Xəbər lenti
Dünən, 19:25

 
Şimali Koreyanın paytaxtı Pxenyan şəhər meydanında müəmmalı hazırlıq işləri gedir. 
 
Ovqat.com xəbər verir ki, kosmosdan çəkilən görüntülər belə deməyə əsas verir.
 
Məlum olduğu kimi, dünyanın ən əzazil diktatoru kimi tarixə düşən 3-cü nəsil Şimali Koreya lideri Kim Çen İndən 3 həftədir ki, xəbər yoxdur. O, sonuncu dəfə aprelin 11-də Koreya Kommunist Partiyasının Politbürosunda çıxış edərkən görülmüş, sonra isə qeyblərə qarışmışdı  
 
“Qeybə çəkildiyi” bu müddət ərzində Şimali Koreyada çox əlamətdar hadisələr baş verib. Ölkə öz miladının 108-ci ilinə qədəm qoyub. Rəsmi Pxenyan növbəti nüvə sınaqları keçirib. Bu möhtəşəm hadisələrin heç birində isə Kim Çen İn gözə dəyməyib. Halbuki indiyədək istər Şimali Koreyanın “Noel” bayramında, istərsə də nüvə sınaqlarında o, ön cərgədə dayanar və itaətkar təbəələrinin ikiqat təzimlərini məmnuniyyətlə qəbul edərdi. Kim Çenin son 3 həftədə əlinə düşən bu fürsəti qaçırması mümkün deyildi.


 
Mütəxəssislər də məhz bu faktlara əsaslanaraq, Kimin həyatından narahat olmağa başlayıblar. Onun aprelin 12-də vəziyyətinin pisləşdiyini və dərhal xəstəxanaya aparılıb ürək əməliyyatı keçirdiyinə dair söyləntilər var. Bəziləri hətta əməliyyatın uğursuz alındığını və diktatorun həyatla vidalaşdığını ehtimal edirlər.
 
Özünün etiraf etdiyi kimi Kimin dostu Donald Tramp onun ürək çatışmazlığından ölümünə inanmasa da, bu versiya heç də uzaq ehtimal sayılmır. Nədən ki, ötən ilin avqust ayında artıq çəkidən əziyyət çəkən Kimin səhhətilə bağlı xoşagəlməz xəbərlər ortaya çıxmışdı. Deyilənlərə görə, avqustun qızmar istisindən qaçıb Kumkant dağındakı villasına çəkilən gənc diktatora yaylaq havası düşməmiş, ürəyində ciddi problemlər meydana gəlmişdi. Onun həmin dövrdə də dərhal Hyangsan şəhərindəki xüsusi xəstəxanaya aparıldığına dair məlumatlar vardı.
 
Hyangsandakı xüsusi xəstəxananın yaranma tarixçəsi də olduqca maraqlıdır və Kimin qeydə çəkilişinə bir başqa aspektdən aydınlıq gətirir. Bildirildiyinə görə, Kim sülaləsinin ürək sarıdan bəxti gətirməyib. Şimali Koreyanın qurucusu, indiki diktatorun babası Kim İr Sen də 1994-cü ildə məhz ürək çatışmazlığından dünyasını dəyişmişdi. Ondan 50 illik hakimiyyəti dövr alan ata Kim (Kim Çen İr) 2011-ci ildə 70 yaşında yenə eyni xəstəliyə məğlub olmuşdu. Məlumata görə, Pxenyanın 120 km uzaqlığında düzənlənən bir tədbirdə iştirak edərkən ürəyi sözə baxmayan Kim Çen İr təcili şəkildə xəstəxanaya aparılarkən yolda keçinmişdi.


 
Sülalənin digər üzvləri də ürək xəstəliyindən öldüyündən 2011-ci ildə hakimiyyətə gələn oğul Kimin gördüyü ilk iş öz tayfası üçün Hyangsanda xüsusi ürək klinikası inşa etmək olmuşdu.
 
Kim sülaləsinin ürək problem ilə məşğul olan bu klinika dünyanın ən müasir təbbi avadanlıqları ilə təchiz edilib. Həmin avadanlıqların demək olar ki, hamısının Yaponiyadan alındığı bildirilir. Bu da Kim Çen İnin Avropa və ABŞ-a çox güvənməməsindən qaynaqlanır. Klinikadakı həkimlərin hamısı isə Almaniyada təhsil alıblar. Onlardan biri isə Kim Çenin özəl həkimidir və az qala liderin özü qədər xüsusi təhlükəsizlik qüvvələri tərəfindən qorunur. 
 
Amma deyəsən diktatorun ürəyinə ayırdığı xüsusi diqqət də bir işə yaramayıb. Pxenyanın mərkəzində hansısa qələbəlik tədbirə hazırlıq çalışmasının getməsi də bu ehtimalı qüvvətləndirir.
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 3 538          Tarix: 28-04-2020, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma