Xəbər lenti

 
“Bu tarixə diqqət yetirin: 11 May. Əgər hesablamalar düzgündürsə, ABŞ xam neftinin qiyməti bu tarixə qədər mənfi həddə düşəcək - amma hiss edirəm ki, bu, daha əvvəl də baş verə bilər”.
 
Ovqat.com xəbər verir ki, bu bədbin proqnozu Yaponiyanın ən iri banklarından olan “Mizuho”-nun neft analitiki Paul Sanki irəli sürüb.
 
Onun fikrincə, xam neftin toplandığı bütün anbarlar tezliklə tam dolacağından qiymətlərdəki tənəzzül 3 rəqəmli mənfi hədlərə qədər enə bilər. 
 
Jurnalistələrin "Gələn ay bir barrel neftin mənfi 100 dollara enməsi mümkündürmü?" sualına "ola bilər" cavabını verən analitik bildirib ki, WTI markalı neftin iyun ayından sıfır səviyəsinə və ya da aşağı enməsi ehtimalına qarşı çıxan çox az analitik var: “Bunun dəlili OPEC+ ölkələrinin ən son razılaşmalarında gündəlik 20-30 milyon barrel azalma tələb olunduğu halda bunun yarısı qədər kəsintiyə getmələridir”.
 
Qeyd edək ki, aprelin 10-da keçilən video-konfransda OPEC+ ölkələri may ayından iyunun sonuna qədər hasilatı gündəlik 10 milyon barrel azaltmağı qərara almışdılar. Paul Sankinin fikrindən isə belə anlaşılır ki, bu kifayət etmir, kəsintini gündəlik 20-30 milyon barrelə qədər artırmaq lazımdır. 
 
Neft hasilatçılarının bu qədər böyük həcmli kəsintilərə getməsi isə gözlənilmir. Məsələ burasındadır ki, indi edilən 10 milyon barrel kəsinti belə, dünya üzrə gündəlik neft hasilatının 23%-nə bərabərdir. Paul Sankinin təkliflərini qəbul edəcəkləri təqdirdə OPEC+ ölkələri hasilatı yarı-yarıya, hətta 70% azaltmalıdırlar. Bu isə onları öz bazarlarını itirmək təhlükəsi ilə üz-üzə qoya bilər. Nədən ki, ABŞ neft şirkətləri OPEC+ ölkələrinin qərarını tanımır və onların dövlət qarşısında heç bir öhdəlikləri yoxdur. OPEC+ ölkələri hasilatı azaldan kimi bu şirkətlər tamamilə əksinə hərəkət edərək rəqiblərinin bazarını ələ keçirməyə çalışırlar.


Ana səhifəyə qayıt        Baxış: 6 310          Tarix: 28-04-2020, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma