Xəbər lenti
Dünən, 19:25
 
 
Günlərdir barəsində xəbər alınmayan Şimali Koreya lideri Kim Çen İnin öldü-qaldı müəmması ətrafında yaranan qeyri-müəyyənlik bəzi spekulyasiyalara yol açır.
 
Ovqat.com xəbər verir ki, dünən Cənubi Koreyaya aid sosial şəbəkə səhifələrində  Kimin şüşə tabut içərisində fotosu paylaşılıb.


 
Ciddi müzakirələrə səbəb olan bu fotonun montaj olduğu, Kim Çen İnin  atasının dəfn mərasimində çəkilən şəklinə “metafora” edildiyi düşünülür.
 
Həqiqətən də hər iki fotonun bir-birinə çox bənzərlikləri var. Əvvəla, hər iki foto-görüntü eyni istiqamətdən çəkiliblər. Üstəlik, hər iki tabut eyni cür gül-çiçəklə əhatə olunub. Meyitlərin başlarının altındakı yastıq da eynidir. Şüşə tabut içərisində “yatan” Kim Çen İnin indiki halından xeyli cavan görünməsi də gözlərdən yayınmır. Bir sözlə, Kim Çen İnə aid edilən fotonun əslində bir montaj əsəri olduğu göz önündədir.
 
Bununla belə, Şimali Koreya rəsmilərinin Kim Çen İn barədə yayılan söz-söhbətlərə yetərli dəlillərlə aydınlıq gətirməməsi onun həyatda olmadığına inananların sayını durmadan artırır.


 
ABŞ-ın Cənubi Karolinadan seçilən respublikaçı senatoru Lindsi Qraham da Kimin öldüyünə və ya ölümcül vəziyyətdə olduğuna inanlardandır. O, mətbuata verdiyi açıqlamalarda hər hansı konkret informasiyaya malik olmasa da, Kimin indiyədək yaşadığı xəbəri gələrsə, şoka düşəcəyini bildirib. 
 
Senatorun fikrincə, neçə gündür ölüm xəbərlərinin yayılmasına baxmayaraq, Pxenyanın hələ də sükutunu pozmaması normal deyil və bu, gəzən söz-söhbətin həqiqət olduğunu göstərir. 
 
“Fox News” televiziyasına açıqlamasında Qraham öz təxminlərini bu arqumentlə əsaslandırıb: "Bu cür dedi-qoduların Şimali Koreya kimi bir qapalı ölkədə əbədi olaraq davam etməsinə və sualların cavabsız qalmasına imkan verməzlər".


Ana səhifəyə qayıt        Baxış: 2 680          Tarix: 29-04-2020, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma