Xəbər lenti

 
Xatırlayırsınızsa, bu ilin mart ayının əvvəllərində Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft savaşı başlamış və “qara qızıl”ın indiki səviyyəyə düşməsinin önü açılmışdı
 
Bildirildiyinə görə, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın (Bəzən ona qısa şəkildə MBS də deyirlər) hasilat həcmini azaltmaq təklifi Rusiya prezidenti Putin tərəfindən qəbul olunmamış, bu da rəsmi Riyadı bərk qəzəbləndirmiş və şahzadə hasilatı  maksimum səviyyədə artırmışdı. Məqsəd neftin qiymətlərini rentabelsiz hala gətirərək Rusiyaya ağır zərbə vurmaq idi.
 
Maraqlıdır ki, Rusiya da bu təhdidə eyni üslubla cavab vermis, hasilatı artırmışdı. Beləcə neftin qiyməti indiki səviyyələrə enmişdi. 
 
Aprelin ilk günlərində isə ABŞ prezidenti Donald Tramp iki “dəcəlin” arasına girib onları barışdırmağı bacarsa da, olan artıq olmuşdu. Neft hasilatçıları hələ də bu “cığalların” ağrısını çəkirlər və yəqin ki, qiymətlər uzun müddət stabilləşməyəcək də.


 
Ovqat.com-un məlumatına görə, Trampın iki “dəcəl”in savaşına müdaxilə etməsinin yeni ilginc məqamları aydın olub. 
 
Sən demə, Səudiyyə vəliəhdini yola gətirmək Trampa asan başa gəlməyib. Bildirilir ki, arpelin 2-də Məhəmməd bin Salmana zəng edən Tramp “gözünü yumub, ağzını aça-aça bir xeyli tər tökməli olub – “nə yeyibsən, turşulu aş”.  
 
ABŞ prezidentinin danlaq və təhdidlərlə başlayan “xahiş”ləri az sonra söyüşə çevrilib. Söyüş və təhdidlər elə səviyyələrə yüksəlib ki, MSB həmin vaxt kabinetindəki digər əmi oğlularının (krallıq hökumətinin bütün aparatı “əmoğlulardan” təşəkkül tapır) çölə çıxmasını işarə edib. Hər kəs çölə çıxdıqdan sonra Trampın “yağlı söyüşlərini” təkbaşına qəbul edən vəliəhd dərhal Putinə zəng edib neft savaşından çəkildiyini bildirib.
 
Qeyd edək ki, bu məlumatı “Reuters” agentliyi də təsdiqləyir. Agentlik hətta Trampın vəliəhdi hansı zəif nöqtələrdə təhdid etdiyinə də aydınlıq gətirib.
“Reuters”-ə görə, Tramp ağzını açıb gözünü yuma-yuma sonra deyib: “Biz sizi qorumağa çalışarkən, siz bizim sənayemizi məhv edirsiniz. Əgər OPEC ölkələri neft hasilatını azaltmasalar, senatorların ABŞ qoşunlarını Səudiyyə Ərəbistanından çıxarmaq qərarının qarşısını almağa  gücüm çatmayacaq”. 


 
“Reuters” xəbər verir ki, Trampın təhqir və təhdid dolu telefon danışığından əvvəl ABŞ-ın respublikaçı senatorları Kevin Cramer və Dan Sullivan ABŞ qoşunlarının və Patriotlarının Səudiyyə Ərəbistanından çıxarılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıbmış. Layihə Senatın gündəliyinə gətiriləcəyi sırada Tramp dərhal vəliəhdə zəng edib və sonrası isə məlumdur.
 
Vəliəhdin bu “səhvetdim” ərizəsindən sonra tərəflər aprelin 10-da videokonfrans keçirərək  neft hasilatını gündəlik 9.7 milyon ton azaltmağa qərar veriblər. Fəqət bu qərar belə, ABŞ-ın neft birjalarında qiymətlərin 0-ın altına düşməsinin qarşısını ala bilməyib.


Ana səhifəyə qayıt        Baxış: 4 586          Tarix: 1-05-2020, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma