Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Mahmud Hacıyev: “Xüsusi xidmət orqanımız keçmiş şöhrətini tədricən geri qaytarmaqdadır”
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son vaxtlar bir-birinin ardınca həyata keçirdiyi əməliyyatlar sayəsində rüşvət və korrupsiyaya yol verən bir sıra rayonların icra başçıları, o cümlədən icra nümayəndəlikləri həbs edilərək məsuliyyətə cəlb olunub.
Moderator.az olaraq sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyevlə söhbətimizdə DTX-nın keçirdiyi əməliyyatlar, bu əməliyyatların önəmi və s. kimi məsələləri şərh etməyə çalışdıq.
-Mahmud bəy, bildiyiniz kimi DTX rüşvətxor icra başçılarına qarşı uğulu əməliyyatlar həyata keçirməkdədir. Sizcə dövlətin və dövlətçiliyin qorunması baxımından bu cür əməliyyatlar nə dərəcədə önəmlidir?
-Rüşvət və korrupsiya birbşa dövlətin onurğa sütununa təsir göstərən əməllərdir. Sizə bir misal çəkim. Uzun illər Rusiyanın xüsisi xidmət orqanlarında müvəffəqiyyətlə işləyən general-mayor Mixailov öz çıxışlarında maraqlı bir məqama diqqət çəkir. O, bildirir ki, rüşvət və korrupsiya cinayət məcəlləsində dövləti cinayətlər fəslində yer almır. Halbuki, bu əməllər dövlət üçün olduqca ağır nəticələr doğurduğu üçün onları dövləti cinayətlər fəslinə daxil etmək lazımdır. O, hətta bu əməllərə görə ölüm cəzasının qanunvericiliyə daxil edilməsinə tərəfdar olduğunu bildirir. Çünki qeyri-cəza vasitələri ilə bunun qarşısını almaq mümkün olmur. Bu, general Mixailovun fikirləridir.
Mən də bir hüquqşünas olaraq hesab edirəm ki, rüşvət və korrupsiya dövlətin təməl prinsipləri üçün təhlükə yaradan cinayətlərdir və buna yol verən şəxslərin həqiqətən də sərt şəkildə cəzalandırılması olduqca vacibdir.
“Rüşvət və korrupsiyaya yol verən məmur ermənidən daha təhlükəlidir”
-Mahmud bəy, hazırda dünyamızda rüşvət və korrupsiyaya görə ölüm cəzası müəyənləşdirən dövlətlər mövcuddurmu? Əgər mövcuddursa, onların təcrübəsi bu qəbildən olan cinayətlərin qarşısının alınmasında fayda verirmi?
-Son 20 ildə dünyada çox böyük sürətlə inkişaf edən dövlətlərdən biri Çindir. Orada rüşvət və korrupsiyaya qarşı yol verənlər sərt şəkildə cəzalandırılır. Dövlət məmurunun rüşvət və
korrupsiya ilə məşğul olması sübuta yetirilərsə, bu cinayət güllələmə ilə nəticələnir. Bunun üçün dəqiq müəyyən edilən prosedur da mövcuddur. Bu cür şəxslər diz çökdürülür, əlləri arxadan qandallanır, bunun ardınca onların başlarını aşağıya doğru itələyirlər. Çin qanunvericiliyi hesab edir ki, bu cür şəxslər hətta ölüm anında belə başını dik tutmaq, önə baxmaq hüququna malik deyillər və onlar ölümü məhz bu şəkildə - gözləri yerə dikilmiş halda qəbul etməlidirlər. Bundan sonra onalr boyun nahiyyələrindən güllələnməklə öldürülürlər.
Çində bu cinayətlərə görə ağır cəza tətbiq edildiyi üçün bu halların sayı kəskin azaldı. Bu, Çinin inkişafına da öz töhfəsini verdi.
-Sizcə ölkəmizdə də rüşvətə, korrupsiyaya yol verən şəxslərin daha sərt şəkildə cəzalandırılmasına ehtiyac varmı?
-Rüşvət və korrupsiya ilə məşğul olan məmurlara ermənidən sərt və amansız münasibət göstərilməlidir. Bunlar ermənidən daha təhlükəli düşmənlərdir. Bunların əməlləri torpağa, millətə, dövlətə və dövlətçiliyə zərbə vurur. Onların düşməndən heç bir fərqi yoxdur.
Bildiyiniz kimi, düşmənlər iki cür olur: daxili və xarici düşmənlər. Bunlar daxili düşmənlərdir və içimzidə olduqları üçün onlar daha böyük təhdid və təhlükə kəsb edir.
-Necə hesab edirsiniz, keçirilən bu əməliyaytlar xüsusi xidmət orqanının cəmiyyətdəki nüfuzunun da yüksəlməsinə səbəb olacaqmı?
-Şübhəsiz. Bir neçə il bundan öncə xüsusi xidmət orqanının bir sıra generalalr həbs edildi, bir qismi isə vəzifədən azad edildi. Orada böyük və gözəl islahat aparıldı. Bu quruma yeni rəhbərlik gəldi. Hörmətli general Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ictiamiyyətdə də rəğbətlə qarşılandı. Bundan əvvəlki rəhbərlik bu quruma hörmətdən salmışdı. Sevindiricidir ki, artıq yeni rəhbərlik bu imici tədricən yüksəltməkdədir.
“Dünyanın bir sıra ölkələrində bu cinayətlər ölümlə cəzalandırılır”
-Mahmud bəy, bəziləri iddia edir ki, əslində bu cür əməliyyatlar keçirmək DTX-nın borcudur və borcunu yerinə yetirdiyi üçün hər hansı bir quruma bunca təşəkkür etməyə lüzum yoxdur. Bu qənaəti bölüşürsünüzmü?
-Xeyr. Öncə unutmaq olmaz ki, hər hansı bir dövlət məmuruna qarşı məxfi əməliyyat işi açmaq, onu realizə etmək asan məsələ deyil. Post-sovet məkanında həm sovet dönəmində, həm də ondan sonrakı dövrlərdə məxfi açılan əməliyyat işi realizə edilmiş olmayanda, onu açmış orqan və əməkdaşlar cəza alırdı. Yəni sən bu işi açmısansa, o zaman bu iş realizə olunmalıdır. Bunu realizə etmək isə asan iş deyil. Bu, aylarla zaman, gərgin əmək tələb edir. Bu səbəbdən də hesab edirəm ki, biz bu uğurlaırna görə DTX-ya minnətdar olmalıyıq. DTX-nın həyata keçridiyi bu əməliyyatlar olduqca təqdirəlayiqdir.
-Bəs DTX-nın uğurlarının əsas sirri sizcə nədən ibarətdir?
-Hesab edirəm ki, gec də olsa DTX rəhbərliyinə peşəkar generalın gətirilmsi bu məsəədə həlledici rol oynadı. Adi əməliyyat müvəkklindən general rütbəsinə qədər yüksələn bir şəxsin DTX rəhbərliyinə gətirilmsəi bu gün öz bəhrəsini verməkdədir.
-Sizcə oxşar əməliyyatların bundan sonra da davam etdirilməsinə ehtiyac varmı?
-Təbii. Çox yaxşı olardı ki, bu cür tədbirlə davam etdirilsin.
Bu günə qədər 4 rayonun icra başçısı həbs olunub. Lakin bu, o demək deyil ki, digər icra başçılarının heç biri neqativ əməllərə yol vermir. Onların da arasında qeyri-qanuni əməllərə yol verənlər var. Çox yaxşı oalrdı ki, bu əməliyyatlar davamlı olsun. Rüşvətlə, korrupsiya ilə məşğul olan digər icra başçıları, bələdiyyə sədrləri də cəzalandırılsın. Bu, dövlətimizin imicinin qorunması, dövlətçiliyimə qarşı yönəldilən düşmənçilik fəaliyyətinin qarşısının alınması baxımından olduqca vacibdir.
Mən DTX-nın bu işin öhdəsindən layiqincə gələcəyinə inanır, adıçəkilən quruma, eləcə də hörmətli Əli Nağıyevə xidmətlərindən dolayı təşəkkür edirəm.
Seymur ƏLİYEV
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar