Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Asif Mərzili: “Jurnalist jurnaist fəaliyyəti ilə məşğul olmalıdır”
“MTN işi” meydana çıxan ilk gündən müzakirəyə çıxarılan məsələlərdən biri də bu qurumla qanunsuz əməkdaşlıq edən jurnalistlərin de-şifrə edilməsi və cəzalandırılması məsələsi idi. Maraqlıdır, bu günə qədər məlum istiqamətdə aparılan işlər qənaətbəxş hesab edilə bilərmi? Bu jurnalistlərin sona qədər aşkarlanması və cəzalandırılması təmin edilməlidirmi?
Moderator.az -a açıqlama verən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bunun vacib olduğunu vurğuladı:
“Mətbuat dövlət qurumları üçün informasiya mənbəyidir. Mətbuatın verdiyi məlumatlar həm milli təhlükəsizlik, həm də digər baxımdan dövlətin xidmətinə yönəlmiş bir məsələdir. Mətbuat hər hansı bir məlumatı ictimaiyyiləşdirir, bundan isə dövlət qurumları, eləcə də MTN istifadə edir. Bu, bütün dünyada qəbul edilmiş bir məsələdir. Lakin MTN-lə qanunsuz əməkdaşlıq edən jurnalistlərlə bağlı təbii ki, qanuni cəza tətbiq edilməlidir.
Bildiyiniz kimi, bir müddət əvvəl DTX tərəfindən xüsusi əməliyyatlar keçirildi və E.Mahmudovun vaxtında həmin strtukturda çalışan MTN əməkdaşlarına xidmət göstərmiş, onlaırn qanunsuz fəaliyyətinə dəstək vermiş media orqanlarına qarşı əməliyyatlar keçirildi. “Gündəlik Bakı” qəzeti, “Bizim dövr” qəzetinin əməkdaşları ilə bağlı bu cür əməliyyatlar reallaşdı. Bu günlərdə isə rüşvət alan bir saytın 4 əməkdaşı həbs edildi. Mən həmin saytı internetdə axtaran zaman isə həmin saytın təmirdə olduğu ilə bağlı elana rast gəldim. Sanki idarə təmirdədir... Əgər bir sayt təmirdədirsə, o, necə araşdırma apara bilər?
Bu kimi faktlar göstərir ki, məlum qəbildən olan media orqanları ilə bağlı bu cür əməliyyatların keçirilməsi zəruridir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar