Xəbər lenti
Bu gün, 12:13
Bu gün, 11:51
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
Bu zamanadək koronavirusun Çin tərəfindən istehsal edilib dünyaya, o cümlədən ABŞ-a yayıldığı barədə iddialar ortaya atan Donald Tramp bu gün “New York Post” qəzetinə verdiyi müsahibəsində əvvəlki mövqeyindən geri çəkilib.
Ovqat.com xəbər verir ki, ABŞ prezidenti müsahibəsində koronavirusun Çində ortaya çıxdığını, amma bunu qəsdən istehsal etmədiyini deyib.
Qeyd edək ki, ABŞ prezidentinin neçə vaxtdır Çini faktiki olaraq bioloji hücumda ittiham etməsi iki ölkə arasında müharibənin başlama ehtimalını ağla gətirirdi. İddialara görə, Çin də bu müharibəyə hazırlaşırdı. Trampın bugünkü müsahibəsi isə dünya ictimaiyyətini xeyli rahatladıb. O, müharibə barədə danışmaq istəmədiyini vurğulayıb. Prezidentin fikrincə, o, ümumiyyətlə müharibəni sevmir:
"Müharibə çox xoşagəlməz bir şeydir. Bilirsiniz ki, bir neçə ay əvvəl Çinlə ticarət sazişi imzaladıq. İki ölkə arasındakı münasibətlərdə böyük bir nikbinlik var idi. Sonra bu virus ortaya çıxdı".
Açıqlamasında ABŞ-ın öz tarixində verdiyi ən pis qərarın Yaxın Şərqə hərbi müdaxilə olduğunu vurğulayan prezident müharibə tərəfdarı olan sələflərini də bərk tənqid atəşinə tutub: Prezident seçilməyəcəyim təqdirdə ABŞ ındi Şimali Koreya ilə müharibə aparacaqdı.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər