Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
2016-cı ildə Azərbaycanla İran arasında imzalanmış “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən, İrandan Dağlıq Qarabağa çəkilən körpülər barədə yeni məlumatlar almışıq
Ovqat.com-un Maliyyə Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, Dağlıq Qarabağdakı separatçı rejimi blokadadan çıxarmaqdan başqa bir işə yarayan bu körpülər üçün İran Azərbaycandan 1 milyard dollar pul tələb edir.
Təsəvvür edirsinizmi? Həm bizim işğal olunmuş ərazilərə körpü çəkiləcək və ermənilər blokadan çıxarılacaq, həm də bunun üçün biz İrana 1 milyard pul ödəyəcəyik. Türkiyənin böyük şairi Nəcib Fazil Qısakürəyin təbirlərilə desək, “qurd belə, quzulara şah olsaydı, bu bölgünü ağlına gətirməzdi”.
Maraqlıdır ki, rəsmi Tehran bu tələbi sazişdəki hansısa maddələrə söykənərək irəli sürür.
Bütün cəhdlərimizə baxmayaraq, rəsmi dairələrdən bu fakta hər hansı münasibət öyrənə bilmədik. Rəsmilərimiz əlində “oğurluq” şokalad tutulan uşaq kimi gah nala, gah mıxa vurdular.
Bəzə ən qəribə gələn isə Azərbaycan hökumətinin diplomatik səriştəsizliyindən yol verdikləri bu səhvin ölkə parlamenti tərəfindən düzəldilməməsidir. Məlumdur ki, sazişlər imzalanarkən tələsiyə salınıb bəzi arzulanmayan maddələr də onun tərkibinə daxil edilə və bu, həmin an dövlət yetkililərinin gözündən yayına bilər. Yaxud dövlət rəhbərlərinin səfərdə olduqları xarici ölkədə müxtəlif şantaja və ya təzyiqə məruz qalaraq hansısa sənədə qol çəkmək ehtimalı da istisna edilmir.
Diplomatik qaydalar məhz bu cür halların qarşısını almaq üçün dövlətlər arasında bağlanan saziş və müqavilələrin qanuni qüvvəyə minməsi üçün onların bir də parlament tərəfindən ratifikasiyasını 1 nömrəli şərt olaraq irəli sürür. Odur ki, parlament tərəfindən təsdiqlənməyən saziş hüquqi sənəd sayılmır.
Elədirsə, sual yaranır: Deyək ki, Azərbaycan dövlət rəhbərləri tələsiyə düşüb və ya hansısa təzyiqə məruz qalıb Tehranda imzaladıqları bu sənədin əsl mahiyyətinə diqqət yetirə bilməyiblər. Bəs onda, sazişin parlamentdə ratifikasiyası zamanı niyə bu boşluqlar fərq edilməyib? Azərbaycanın milli maraqlarına tamamilə zidd olan, yalnız erməni separatçılarının dəyirmanına su tökən bu saziş MM-dən necə keçib?
Suallarımızı cavablandırmaq üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət etdik. Deputatdan aldığımız cavab bizi şoka saldı. Onun dediyinə görə, belə bir sənədin parlamentin müzakirəsinə çıxarıldığını xatırlamır və bunu araşdırmaq lazımdır: “Mən Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Tez-tez xarici səfərlərdə oluram. Bununla belə, Milli Məclisin bütün iclaslarını diqqətlə izləyirəm. Ola bilsin ki, mən xarici səfərdə olarkən bu məsələ parlamentin müzakirəsinə çıxarılıb. Amma hətta belə olsaydı, mən yenə bu faktı xatırlayardım. Çünki bu, elə-belə saziş deyil. Ölkənin taleyüklü məsələsiylə bağlıdır. Söhbət işğal olunmuş ərazilərdə SES salınmasından gedir. Əsas problem də elə budur. Körpü bu məsələnin sadəcə bir detalıdır. Bu qədər mühüm məsələ ölkədə mütləq ciddi söz-söhbətə səbəb olunmalı idi. Mən isə elə şey xatırlamıram”.
Qüdrət Həsənquliyevin bu sözlərindən sonra Google axtarışı verib sazişin parlamentdə müzakirə edildiyi barədə məlumatlar tapa bildik. Saziş parlamentin 14.06.2016 tarixli iclasında ratifikasiya da edilib.
Bununla belə, Qüdrət Həsənquliyevin dediklərində böyük həqiqət payı da yox deyil. Bu da ondan ibarətdir ki, ölkənin suverenliyi ilə əlaqədar belə məsələlər təkcə parlamentdə yox, ictimaiyyət arasında da ciddi müzakirəyə çıxarılmalı və hökumət həmin müzakirələrin nəticələrinə əsasən müvafiq addım atmalı idi. Görünən budur ki, İranla bağlanan məlum saziş isə hətta parlament müxalifətinin gözündən yayındırılaraq MM-ın ratifikasiyasından keçirilib. Elədirsə, sual ortaya çıxır: Azərbaycan hakimiyyətinin milli maraqlarımızın əlyehinə gedərək bağladığı və ictimaiyyətin gözündən yayındıraraq qanuni qüvvəyə mindirdiyi həmin saziş nə qədər legitimdir? Axı, legitimliyin və suverenliyin təməli Məzahir Pənahovn xalqın adına seçdiyi MM yox, elə xalqın özüdür. Bu, Konstitusiyamızda da, beynəlxalq qanunvericilikdə də öz əksini tapıb. Məhz buna görə də xalqın iradəsindən kənar, onun məlumatı olmadan bağlanan bu kimi sənədlər dərhal referenduma çıxarılmalı, milli iradənin razılığı alınmalıdır. Əks halda həmin saziş Azərbaycan hakimiyyətinin rəsmi Tehranla birləşib Dağlıq Qarabağdakı separatçı rejimi blokadadan çıxarmaq cəhdindən başa bir şey deyil və tarixə də bu cür düşəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar