
Xəbər lenti
Bu gün, 12:28
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37

“Biz həmişə sionist rejimin qəsbkar və cinayətkar bir rejim olaraq işğalçı mahiyyətini və onun qanunsuzluğunu digər ölkələrə xatırlatmış və sionistlər üçün ən kiçik qanuniliyə səbəb olacaq hər hansı bir hərəkətlə əlaqədar narahatlığımızı bildirmişik. Bu narahatlığımız Teləvivdə səfirlik açmaq istəyini elan edən Ermənistana da çatdırılmışdır. Ümidvarıq Ermənistan dövləti bu qərarını yenidən nəzərdən keçirəcək”.
Ovqat.com xəbər verir ki, bu sözləri İran XİN-nin sözçüsü Seyid Abbas Musəvi dünən keçirdiyi mətbuat konfrasında bildirib.
Qeyd edək ki, İrəvanın İsraildə səfirlik açmaq qərarı neçə müddətdir İranda xəyal qırıqlığına səbəb olub. Bu zamana qədər bir ovuc erməni üçün eyni dini, mədəniyyəti, yeri gələndə dili paylaşan Azərbaycanla az qala qanlı bıcaq olan İran birdən-birə İrəvanın bu qərarı qarşısında şok düşmüş və bu iradını dəfələrlə Ermənistan yetkililərini bildirmişdi.

Xatırladaq ki, bir müddət əvvəl İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müşaviri və Fələstin İntifadasına Dəstək komitəsinin rəhbəri olan Əmir Abdullahyan mətbuata verdiyi açıqlanasında İrəvanın bu qərarını heyrətlə qarşıladığını açıq etiraf etmiş və erməni hökumətini qərara yenidən baxmağı məsləhət bilmişdi.
Bənzər bəyanatlar İranın digər rəsmilərinin də dilindən səsləndirilib.
İrəvan da əslində bu iradlara öz məntiqiylə cavab verib.

Ölkənin tanınmış politoloqu Armen İsrailyan bu yaxınlarda Ermənistan İctimai Radiosuna verdiyi açıqlamada adını çəkmədən Əmir Abdullahyanın və digər İran rəsmilərinə İrəvanın mövqeyini çatdıraraq deyib ki, Ermənistanın İsraildə səfirlik açması qərarı ilə bağlı narahatlığa əsas yoxdur: “İran və İsrail arasındakı düşmən münasibətlərini nəzərə alan bəzi iranlı ekspertlər bizə sərt reaksiya verirlər. Halbuki, Ermənistan hökumətinin İsraildə səfirlik açması qərarı ölkəmizin Yaxın Şərq siyasətinin prioritetlərindən biridir və İranla münasibətlərdən asılı deyil. Ermənistan bu qərarı verməmişdən əvvəl İranın siyasi rəhbərliyi ilə məsləhətləşmələr aparıb və aydındır ki, bu qərarın verməsinin səbəbləri Tehran hakimiyyəti tərəfindən də başa düşülüb”.
Ermənistanın hakim dairələrinə yaxınlığı ilə tanınan İsrailyanın bu sözləri Tehranda çaşqınlıq yaratmışdı. Çünki erməni politoloqun bu sözləri açıq-aşkar “biz sizdən razılıq alaraq bu addımı atmışıq, indi niyə bizi gözümçıxdıya salırsınız” anlamına gəlirdi.

İran siyasi rejiminin sivil və teokratik hakimiyyətlərdən təşəkkül tapdığını, Ermənistana etiraz edənlərin isə əsasən dini hakimiyyətin nümayəndələri olduğunu nəzərə alsaq, Armen İsrailyanın bu mesajı aydın idi. O, sanki yolla deyirdi ki, biz siyasi qanadın razılığını alaraq bu addımı atmışıq.
Erməni analitikin bu bəyanının üzərindən 2 ay keçib. İran siyasi hakimiyyəti isə nədənsə bu zamana qədər susurdu. Ölkənin XİN də siyasi hakimiyyət qanadına aiddir. Bu mənada nazirliyin sözçüsü Seyid Abbas Musəvinin dünənki çıxışı Armen İsrailyana verilmiş cavab kimi xarakterizə edilə bilər. Görünən budur ki, rəsmi Tehran erməni politoloqunun yalan danışdığını iddia etməyə çalışır. Bəs İrəvanın ona cavabı nə olacaq?
İzləyəcəyik.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər