Xəbər lenti


 
 
Koronavrus Ağ evə sıçrayıb.
 
Ovqat.com ABŞ mətbuatına istinadən xəbər verir ki, Donald Trampın qızı və ən etibarlı müşaviri İvankanın adı açıqlanmayan köməkçisinin korona-testi müsbət çıxıb.
 
Amma köməkçi daşıdığı virusu İvankaya bulaşdırmayıb. Onun yoluxduğu aşkarlandıqdan sonra İvankayla görüşmədiyi və evdən işlədiyi xəbər verilir. Məlumata görə, köməkçinin yoluxduğu xəbəri çıxdıqdan sonra İvanka və onun həyat yoldaşı Ceyrd Kaşner də ötən cümə günü testdən keçib. Heç birində yoluxma təsbit olunmayıb.


 
Ağ evin digər nümayəndəsi – vitse-prezident Mayk Pensin mətbuat katibi Katye Miller də koronavirusa yoluxub. Onun bu virusu başqasına bulaşdırıb-bulaşdırmadığı barədə isə heç bir məlumat verilmir. Bununla belə, koronavirusun Ağ evə qədər sıçraması olduqca təhlükəli ehtimalları ağla gətirir. Nədən ki, prezident risk qrupuna aid ediləcək yaşdadır - onun 74 yaşı var.


 
Vəziyyəti tündləşdirən əsas məsələlərdən birinin də ABŞ-ın koronavirusun əsas yayılma mərkəzinə çevrilməsidir. İndiyədək bu ölkədə 1 milyon 400 minə yaxın adamın koronavirusa yoluxduğu, onlardan 80 mininin öldüyü təsbit edilib. Hazırda ABŞ-da 1 milyondan artıq aktiv koronavirus xəstəsi var və onlardan 16 min 816-nın vəziyyəti ağır və ya ciddi olaraq qiymətləndirilir. Koronavirusun ölkədə bu dərəcədə kəskin yayılması da Ağ evi ciddi narahat edir.
 
Trampın bir müddət əvvəl bildirdiyinə görə, heç bir tədbir alınmazsa, ölkədə 2.4 milyon insanın koronavirusdan öləcəyi təxmin olunur. Dərd burasındadır ki, indiyədək karantin məhdudiyyətlərinin tətbiq olunduğu ölkədə koronavirus “hücumlarını” dayandırmaq mümkün olmadığından və nəticədə ABŞ iqtisadiyyatında ciddi sıxıntılar yaşandığından Tramp administrasiyası izoliyasiya tədbirlərini böyük ölçüdə yumşaltmaq qərarına gəldi. ABŞ mətbuatının yazdığına görə, bu həm yoluxma, həm də ölüm sayını artıra bilər. Media orqanlarına sızan hökumət yazışmalarından belə anlaşılır ki, mütəxəssislər gündəlik yoluxma sayının 200 minə, ölüm sayının isə 3 minə yüksələcəyindən narahatdır. 


 
Dünən Donald Tramp açıqlama verərək, hökumətin koronavirusla mübarizədə peyvənd axtarışına da ümidinin qalmadığına eyham vurmuşdu. Bu isə o deməkdir ki, ABŞ İngiltərə hakimiyyətinin pandemiyanın ilk günləridə həyata keçirdiyi kollektiv immunitet siyasətinə keçəcək. Bu siyasətin qısa məğzi isə belədir: Koronavirusdan qaçmaq mümkün deyil, odur ki, yeganə çıxış yolu yoluxma zəncirinin qırılması həddinədək gözləməkdir.

 
 
İntəhası, bu siyasət də çox işə yaramaya bilər. Zira tibb mütəxəssisləri bu zamanadək digər infeksion xəstəliləri nümunə göstərərək, əhalinin ən azı 60%-nin bu xəstəliyə tutulduqdan sonra yoluxma zəncirinin qırılacağına inanırdılar. İndisə məlum olur ki, koronavirusa yoluxma ilə insanda bu infeksiyaya qarşı immunitet formalaşmırbir şəxsin bir neçə dəfə yoluxma ehtimalı istisna edilməməlidir. 
Bir sözlə, ABŞ koronavirusla mübarizədə tam çarəsiz vəziyyətə düşüb. Hətta ölkənin bəzi tibb mütəxəssisləri bu pandemiyanın insanlığın sonunu gətirə biləcəyi ehtimalını belə irəli sürürlər.













Ana səhifəyə qayıt        Baxış: 2 805          Tarix: 10-05-2020, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma