Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
“Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz”.
Ovqat.com xəbər verir ki, ilk baxışdan hansısa kitabdan alınmış aforizmə bənzəyən bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Eurasia Review” nəşrində dərc olunan məqaləsinin sərlövhəsidir.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dünən keçirilən qondarma inauqurasiya mərasimindən bəhs edən məqalədə Paşinyan hakimiyyətinin lideral dəyərlər yalanı arxasında gizlənə-gizlənə ultramillətçi ideologiya ilə silahlanmış qondarma “DQR”-dəki seçkiləri tanıması şərh olunur. Ölkəmizin işğal olunmuş torpaqlarında martın 31-i və aprelin 14-də keçirilmiş seçkilərin bir çox beynəlxalq aktor və ölkələr tərəfindən pisləndiyini xatırladan müəllif bu “seçkilərin” “xalq iradəsinin” təcəlli tapması üçün keçirilmədiyi qənaətindədir. Onun fikrincə, keçirildiyi məkan kimi özü də qondarma olan həmin “seçkilərin” bir məqsədi var – işğal faktını legitimləşdirmək.
“Bu seçkilər BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış tanınmayan siyasi quruluşu legitimləşdirmək istiqamətində növbəti uğursuz cəhddir”, -məqalədə belə deyilir.
Avropa İttifaqı, Qoşulmama Hərəkatı, NATO, ATƏT və digər beynəlxalqa təşkilatların Azərbaycanın narahatlıqlarını bölüşərək seçkiləri tanımaqdan imtina etdiyini xatırladan müəllif eyni mövqenin ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də nümayiş olunduğunu vurğulayıb: “Onlar bu seçkiləri Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmədiklərini bəyan ediblər”.
Müəllifin diqqətini cəlb edən əsas məsələlərdən biri də saxta lideral dəyərlərə bürünən Dağlıq Qarabağın işğalçı rejiminin bölgədə monoetnik məskunlaşma siyasəti aparmasıdır. Halbuki lideral dəyərlər insanlar arasında heç bir irqi, milli fərqlərə əhəmiyyət vermədən insan haqlarına hörmətlə yanaşmaq fəlsəfəsini əldə rəhbər tutur. Bəzi liberal cərəyanlar fərdi azadlıqlara o qədər əhəmiyyət verirlər ki, nəzəri olaraq çoxluğun maraqlarının ifadə edən “demokratiya” sözünü belə az qala süngüylə qarşılayırlar. “DQR” adlı işğal olunmuş ərazidə aparılan monoetnik siyasətlər, sözsüz ki, bu tələblərə cavab vermir və müəllif haqlı olaraq bildirir:
“Seçkilər yerli icmanın vacib hissəsi olan azərbaycanlıların etnik təmizləmə yolu ilə qovulduğu bölgədə keçirilib. Bu insanlar indi də öz rayonlarına giriş imkanlarından məhrum edilib. Bu vəziyyət BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməyə rəğmən davam edir”.
Müəllifin də qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarına təqdim etdiyi təklif isə daha lideral və ədalətlidir. Məqalədə bildirilir ki, bu “seçkilər”i pisləyən Azərbaycan hökuməti bir daha bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması, azərbaycanlıların doğulduğu torpaqlara geri qayıtması və regionun erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpa olunmasından sonra hansısa seçkilər keçirilə bilər.
“Bu insanlar nəinki qeyd edilən beynəlxalq sənədlərə, həmçinin siyasi sistemin demokratik olmasına imkan verən inklüziv vətəndaşlıq prinsiplərinə məhəl qoymurlar. Yerli icmanın “arzuolumaz” seqmenti hesab etdikləri etnik azərbaycanlıları qovmaqla ermənilər onların fundamental hüquqlarını görməzdən gəliblər və regionda hansısa demokratiyaya yer saxlamayıblar”,- deyə Fərid Şəfiyev bildirib.
Müəllif həmçinin beynəlxalq ekspertlərin post-sovet məkanında mövcud olan münaqişələrə qarşı ikili standart nümayiş etdirmələrindən də bəhs edib. “Liberal dəyərlər qanunsuz işğal üzərində qurula və azərbaycanlı icmanın Dağlıq Qarabağdan qovulması ilə uzlaşa bilməz. Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər bu və ya digər etnik-ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını nəzərdən keçirməyəcəklər və prinsipial mövqenin nümayiş etdirilməli olduğu həmin yerlərdə “neytrallıq” axtarışında olacaqlar sülhə nail olmaq çox çətin olacaq”.
Məqalənin tam mətni tərcümə edilərək Ovqat.com tərəfindən yayımlanacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar