Xəbər lenti


FETÖ lideri Fəthullah Gülənin Türkiyə erməni patriarxı Şinork Kalustyana yazdığı məktub ortaya çıxıb. 
 Ovqat.com xəbər verir ki, 1965-ci ildə qələmə alınmış alınmış məktubda “erməni soyqırımı” açıq şəkildə dəstəklənir, ermənilər İsa peyğəmbərin övladları adlandırılır, bu qətliamı törədənlər isə müsəlman kimi özünü göstərən cahillər olaraq lənətlənirlər. 
Məktubda ən diqqət çəkən məqamlar: 
 
1915-ci ildə ermənilərə qarşı törədilmiş böyük soyqırımı lənətlə yad edirəm.
 
Öldürülən, qətlə yetirilən insanların içərisində nə qədər böyük insanların bulunduğunu dərin bir həssasiyyətlə oxuyur, onları sayğıyla anıram. Büyük Peyğəmberiniz Həzrət İsa əleyhissəlamın çocuqlarının müsləman keçinən cahil insanlar tərəfindən qətl edilməsini əsəflə qınıyıram. Bu vəsilə ile zatı-alinizə sonsuz təşəkkürlərimi sunar, bu topraqların dəyərli çocuqları olan ermeni yurtdaşlarımızı, rum vətəndaşlarımızı əziz türk qardaşları ilə daima hüzur və səadət içində yaşamalarını ulu Tanrıdan niyaz edirəm."
 
Qeyd edək ki, Fəthullah Gülən bu məktubu yazanda Türkiyənin Kırklareli vilayətində bir məsciddə vaiz olaraq işləyirdi.


Ana səhifəyə qayıt        Baxış: 5 762          Tarix: 27-05-2020, 07:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma