Xəbər lenti

 
 
Bu həftə birja fəaliyyətinə qiymət artımıyla başlayan neft iş həftəsinin son günü yenidən ucuzlaşmağa başlayıb.
 
Ovqat.com-un məlumatına görə, Nyu-York əmtəə birjasında xam neftin iyul ayına olan fyuçers qiyməti 3%-dən artıq ucuzlaşaraq 32.38 ABŞ dollarına qədər enib.
 
London ICE birjasında Brent markalı neft də təxminən eyni faiz nisbətində ucuzlaşıb - 34.83 dollar.
 
Mütəxəssislər budəfəki ucuzlaşmanı 3 əsas amillə izah edirlər.
 
1. ABŞ və Çin arasında ziddiyyətlərin yenidən narahatlıq yaradacaq səviyyəyə yüksəlməsi

Donald Tramp dünən jurnalistlərin Çinlə yanvar ayında bağlanan faiz sazişini ilin ikinci yarısında uzadıb uzatmayacaqlarına bağlı suallarına cavab verərkən xeyli müəmmalı danışmışdı. Çinlə münasibətlərdən razı qalmadığını bildirən ABŞ prezidenti iki ölkə arasındakı əməkdaşlığın davam edib-etməyəcəyinə bir gün sonra cavab verəcəyini bildirmişdi. Bu qeyri-müəyyənlik qlobal neft bazarına da mənfi təsir göstərmişdi.

 2. OPEC+ ölkələrinin 9 aprel sammitində hasilatçıların   öhdəlik vədlərinin tədricən yumşaltması

Neft qiymətlərinin 30 dollardan yuxarı çıxması ABŞ-ın enerji şirkətlərinin yenidən hasilatı artırmasına səbəb olub. Halbuki Tramp OPEC+ ölkələrinin aprel sammitində gündəlik hasilatı 2 milyon barel azaldacağına dair söz vermişdi. ABŞ neft şirkətləri isə özəl müəssisələr olduğundan hökumətin bu cür sammitlərdə götürdüyü öhdəliklərə əhəmiyyət vermir, bazar qiymətlərinə uyğun olaraq hasilat həcmlərini müəyyənləşdirirlər. Bu da istər-istəməz Rusiya və digər hasilatçı ölkələrdə bazarı itirə biləcəkləri xofu yaradır. 
Üstəlik, pandemiyaya qalib gəldiyini elan edən Çindəki iqtisadi həyat əvvəlki axarına qayıdır. Çində müəssisələrin fəaliyyətə başlaması tələbatı artırdığından digər hasilatçıları da bu ehtiyacı ödəmək yarışına həvəsləndirir. Belə bir vəziyyətdə Rusiyadan hasilat ixtisarına davam edib-etməyəcəyinə yenidən baxılacağıba dair mesajların gəlməsi də  qiymətlərə mənfi yöndə təsir göstərir.
 
3. Son iki gündə ABŞ-da koronavirus ölümlərində yenidən artımların müşahidə müşahidə olunması

ÜST-ün məlumatına görə, ABŞ-da sırağagün və dünən koronavirusdan həyatını itirənlərin sayı yenidən 1000-in üzərində çıxıb. Sırağagün 1535, dünən isə 1223 nəfərin öldüyü ölkədə yoluxma sayında da artımlar var. Dünən - 22 min 658, sırağagün – 20 min 546 yoluxma faktı. Karantin qaydalarının azalmasının yeni artımlara yol açması pandemiyanın ikinci dalğasının başlaya biləcəyinə işarə kimi başa düşülür. Bu da neft bazarında ciddi narahatlıq yaradır və qiymətlərin yenidən ucuzlaşmasına yol açır.


Ana səhifəyə qayıt        Baxış: 3 125          Tarix: 29-05-2020, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma