Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
ABŞ-ın şist nefti istehsal edən şirkətləri qlobal neft bazarında qiymətlərin 30 dollar/barelə yüksələcəyi təqdirdə yenidən hasilatı artıracaqlarını bəyan etsələr də, hələ də ehtiyatı əldən buraxmırlar.
Ovqat.com xəbər verir ki, bu həftə neftin fyuçers qiymətləri 38 dolları keçsə də, ABŞ-da yeni qazma quyularının sayında nəinki artım, əksinə, azalma müşahidə olunub.
Neft sahəsinin analizi ilə məşğul olan “Baker Hughes”-in açıqlanan həftəlik hesabatına görə, 23-29 may həftəsində də 15 qazma quyusu fəaliyyətini dayandırıb. Bu, son 11 həftə ərzində yaşanan ardıcıl azalma faktıdır. Məlumata görə, ABŞ-da son həftədəki azalma ilə fəal neft quyularının sayı 222-yə enib.
Son 11 həftə ərzində bağlanan neft quyularının sayı isə 461-ə yüksəlib. Bu isə o deməkdir ki, ABŞ-dakı şist neft quyularının 2/3-si koronavirusla başlayan qlobal enerji böhranının güdazına gedib.
Qeyd edək ki, yeni texnologiyaların tətbiqi ilə yer qabığının dərinliklərindəki metomorfik süxurlardan əldə olunan şist nefti və ya qazının istehsalı asanlaşdığından ABŞ-da son zamanlar kiçik ailə şirkətləri də bu işlə məşğul olurlar. Maya dəyəri təbii neftdən baha olduğundan şist nefti istehsalı bazardakı qiymət dəyişikliklərinə çox həssasdır. Qiymətlər ucuzlaşanda şirkətlər quyulardakı fəaliyyəti rahatlıqla dayandıra və bahalaşma baş verəndə yenidən istehsalla məşğul ola bilirlər. Bununla belə, bazardakı qiymət oynamaları bir çox hallarda ailə şirkətlərinin bu işdən soyumasına və hasilatı tamamilə dayandırmasına da yol aça bilər.
Şist nefti və qazı istehsalının əslində çox sadə üsulu var və bu, dünyanın istənilən yerində hasilatla məşğul olmağa imkan verir. Belə ki, yer qabığının müəyyən dərinliyində metomorfik süxurlar yerləşir. Qalın təbəqə halında olan bu süxurlardan biri də şistdir. Hasilat zamanı sasən kvars, yaxud çöl şpatı və onların tünd rəngli minerallarından (amfibollar istisna olmaqla) ibarət olan şist təbəqəsi parçalanır, müəyyən tempuraturda isidilərək qaz və mayə halına gətirilir. Bunun da adına aqreqat halına uyğun olaraq şist nefti və ya qazı deyilir.
Şist yanacağını çıxarmaq üçün yer qabığı metomorfik qata qədər şaquli istiqamətdə qazılır, daha sonra qazıntı 90 dərəcəlik bucaq altında təbəqə boyunca üfiqi şəkildə davam etdirilir. Nəhayət, qazılmış yerə təzyiqli su vurulur, məsaməli sist təqəbəsi parçalanaraq, hasilata hazır hala gətirilir.
Şist neftinin bu texnologiya ilə çıxarılması dünya sənayesini təbii yanacaqdan asılılıqdan xilas etdiyindən təbii neft hasilatçılarını rəqabətdə çətin vəziyyətə salır. Təsadüfi deyil ki, ABŞ təbii yanacağa alternativ olan şist neftinin çıxarılması sayəsində son illər dünyanın ən böyük hasilatçı ölkəsinə çevrilib və qlobal neft bazarında hegemonluğunu gücləndirib. Bu potensial ABŞ-a imkan verir ki, enerji bazarında qiymətləri öz arzuladığı səviyyədə saxlasın və rəqiblərini daha çox qazanmaq fürsətindən məhrum etsin.
ABŞ-ın neft şirkətlərinin hasilat üçün uyğun qiyməti 30-40 dollar arasında göstərməsi Azərbaycan kimi qaz və neft hasilatçılarının təbii sərvətlərinə çox bel bağlamamalarını ortaya qoyur.
Dünya bazarında neft qiymətlərinin 40 dollara yaxınlaşmasına baxmayaraq, ABŞ şirkətlərinin quyuları hələ də işə salmamaları bu müsbət trendə çox da etibar etmədiklərini göstərir. Bu trend davam edərsə, xəlvətə çəkilən şist kabusu yenidən meydana çıxa və qiymətlər yenə ABŞ-ın arzuladığı səviyyəyə çəkilə bilər.
Heydər,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar