Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Ermənilərin Naxçıvan ərazilərinə iddiaları bu gün də tez-tez gündəmə gətirilir. Maraqlıdır ki, 1921-ci ildə Türkiyə ilə keçmiş sovet hakimiyyəti arasında bağlanmış Qars və Moskva müqavilələri ilə muxtar respublika statusu alan Naxçıvana iddialar SSRİ dövründə də səngiməmiş, hətta 20-cı əsrin ikinci yarısında düşmən qonşumuz öz məkrli niyyətlərinə xeyli yaxınlaşmışdılar. Naxçıvanı bu fəlakətdən Muxtar Respublikanın o zamankı Ali Sovetinin sədri mərhum Əli Əliyev xilas etmişdi.
Ovqat.com arxiv sənədlərinə istinadən xəbər verir ki, ermənilər Kremldə yüksək vəzifə tutan Anastas Mikoyanın imkanlarından istifadə etməklə, “kiçik torpağı” ələ keçirmək arzusunda imişlər. Maraqlıdır ki, onlar bu böyük qələbələrini Andranikin anadan olmasının 100 illik yubileyinə salmaq istəyirmişlər.
Ermənilərin bu məkrli niyyətinin qarşısını o dövrdə Naxçıvan Ali Sovetinin sədri Əli Əliyevin Moskvaya yazdığı müxtəlif etiraz məktubları alır. Bu gün Naxçıvanı özününküləşdirənlərə kimə minnətdar olduqlarını xatırlatmaq üçün əldə etdiyimiz arxiv sənədlərini bir-bir ictimailəşdirməyə qərar verdik.
Hələlik isə onu bildirməklə kifayətlənir ki, Naxçıvanı Andranikin ad gününə hədiyyə etmək istəyənlər ilk fəaliyyətlərinə “tayqulaq” qəhrəmanlarını “müqəddəsləşdirmək”lə başlamaq istəyiblər.
Tarixi sənədlər sübut edir ki, Ermənistan SSR-dəki və Kremldəki erməni tərəfdarları 1965-1966-ci illərdə Andronikin anadan olmasının 100 illik yubileyinin keçirilməsinə nail olmaq üçün böyük səylər göstəriblər. Bu münasibətlə mərkəzi mətbuatda nüfuzlu simaların, o cümlədən Lenin mükafatı laureatı Mariyetta Şaqinyanın çoxsaylı bir məqalələri dərc edilir. Bu o zaman idi ki, bizim SSRİ xalq artistimiz Zeynəb Xanlarova yeni-yeni “Qardaş olub Hayıstan, Azərbaycan” mahnısı oxuyur və 10 ildən sonra Ermənistan xalq artisti adını almağa hazırlaşırdı. Bizim Azərbaycan rəhbərliyi isə bu mahnının sədaları altında ermənilərlə dostluğun faydalarından yararlanmağa çalışırdılar.
1966-cı ildə “İzvestiya” qəzetində dərc olunan məqalələrindən birində isə erməni yazıçısı Mariyetta Şaqinyan Moskvadan "Volqa" ilə Avropaya səyahətə çıxdığından bəhs edirdi. Bildirirdi ki, Fransada Paris kommunarların dəfn olunduğu qəbiristanlığa gedir və orada Andronikin qəbrini ziyarət edir. Moskvaya qayıdan kimi Avropa sərgüzəşləri barədə "İzvestiya" qəzetində səkkiz məqalə yazır. Ən böyük məqaləsini isə Andronikə həsr edən Şaqinyanın bu məkrli yazısına Naxçıvan Ali Sovetinin sədri Əli Əliyevdən başqa heç bir Azərbaycan ziyalısı və ya rəhbər işçisi cavab vermir. Əli Əliyev əvvəl "İzvestiya" qəzetinə və Şaqinyana məktub yazıb Andronikin cinayətlərindən bəhs edir. Onlardan cavab gəlməyincə isə Sov.İKP MK-ya ard-arda məktublar ünvanlayır.
Məlumata görə, Əli Əliyevin bu israrı sonunda Moskvanı bu işi araşdırmağa vadar edir. 6 aylıq araşdırmadan sonra “erməni gölünə” daş atılır. Şaqinyanlar, Mikoyanlar “mıqqını” çıxara bilmirlər.
Əksinə, erməni havadarlarından Əli Əliyevə bir-bir üzrxahlıq məktubları gəlir. Şaqinyanın yazdığı məktubda belə deyilir: “Mən Moskvada anadan olmuşam. Androniki tanımıram, qəbiristanlıqda at üstə əzamətli bir heykəl görüb həmin yazını qələmə aldım".
Mərhum Əli Əliyevin ermənilər üzərində qazandığı bu qələbəsi Naxçıvanı ermənilərə verilməsindən xilas etsə də, onun özünə ağır başa gəlir. İstər Bakıdan, istərsə də Erevandan əleyhinə gizli təbliğat aparılan Əli Əliyev bir ildən sonra tutduğu vəzifədən azad edilir. Məlumata görə, 1967-ci illin avqust ayında Vilayət Partiya Komitəsinin birinci katibi H.İbrahimov Əli Əliyevi yanına çağırır. APİ-nin Naxçıvan filialı açıldığını və onu ora direktor məsləhət gördüklərini bildirir. Əli Əliyev anlayır ki, o, artıq Ali Sovetdən getməlidir.
Əli Əliyevin cəzalandırılmasına, Naxçıvanın isə erməni işğalından xilasına səbəb olan həmin məktublardan biri bu gün Naxçıvan Dövlət Arixində saxlanılır.
Həmin məktubu olduğu kimi təqdim edirik:
Moskva, Kreml, Sov.İKP MK-nın ideologiya şöbəsinə.
"İzvestiya" qəzetinin 16 yanvar 1966-cı il tarixli nömrəsinin "Sonuncu gün" bölməsində Mariyeta Şaqinyanın "Volqa ilə Fransada dolaşarkən” sərlöhvəli məqaləsi verilmişdir. Məqalə müəllifi general Andronikin Parisin "Per-Laşez" məzarlığındakı heykəlini Yerevan şəhərində Davud Sasunskiyə qoyulmuş abidə ilə müqayisə edir.
Hamıya məlum olduğu kimi, general Andronik təpədən dırnağa qədər bolşevizmin düşməni, əks-inqilabçı "Daşnaksütün" partiyasının sayilib-secilən üzvü olmuşdur. Ermənistan Sovet hakimiyəti qurulduqdan sonra o mühacirət etmiş, 1927-ci ildə Amerikada vəfat etmişdir. Qatı əks-inqilabçının Davud Sasunski ilə müqayisə edilməsi təəcüb doğurur.
Andronik İran-türk cəbhəsindən geri çəkilərkən 1918-ci ilin iyun-iyul aylarında Naxçıvan diyarında dinc əhalini didərgin salıb, qırıb-catıb talan edibdir. O, qadınları, uşaqları və qocaları da odlara yaxıb,qılıncdan keciribdir.
Salınmış qanlı nifaq Andronik tərəfindən 1918-ci ildə diyarın dinc əhalisinə qarşı törədilmiş fiziki cəhətdən məhvetmə halları haqqında mən bu ilin 28 yanvarında yazdığım məktubda "İzvestiya" qəzetinin redaksiyasını və çox hörmətli Mariyetta Şaqinyanı məlumatlandırmışam. Lakin indiyə kimi onlardan heç bir cavab almamışam. Çox-çox təəsüf edirəm ki, əks-inqilabçı Andronikin məhv edilməsinə qarşı mənim bu etirazıma dair heç bir izahat almamışam.
Sizə müraciət edərək xahiş edirəm ki, Mariyetta Şaqinyanın general Androniki Davud Sasunski ilə müqayisə etməsinin düzgün olub-olmamasına aydınlıq gətirəsiniz.
Mənim fikrimcə, ən yaxşısı budur ki, açıq-aşkar etiraf edilsin: general Andronik xalq qəhramanıdır və yaxud düşmən ünsürlərlə,ingilis-amerikan imperialistləri ilə əlbir olan bolşevizm düşmənidir?
Əks təqdirdə anlaşılmazlıq yaranır.
Azər.SSR, Naxçıvan ş. Araz üstə, Puşkin kücəsi, 85,
Əliyev Əli İbrahim oğlu.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar