Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“Azərbaycan karbohidrogen ehtiyatları sayəsində Rusiyaya alternativ ölkəyə çevrilib. Bu isə öz növbəsində, Avropanın, həmçinin nəticə etibarı ilə ABŞ-ın enerji təhlükəsizliyinin təmininə öz müsbət təsirini göstərir”.
Ovqat.com xəbər verir ki, bu iddiaları ABŞ-ın nüfuzlu mətbu orqanlarından olan “THE DAILY SIGNAL” nəşrinin müəllifi Antoni B.Kim irəli sürür.
Ölkəmizdə yaşanan bir çox neqativliklərin, şimaldan bizə yönələn siyasi-iqtisadi basqıların əsas səbəbi də yuxarıda irəli sürülən iddialarda gizlidir.
Xatırlayırsınızsa, təxminən 2 il əvvəl Azərbaycan TANAP layihəsini işə saldıqdan qısa müddət sonra - 2018-ci ilin 3 iyun tarixində Mingəçevir su elektrik stansiyasında baş verən partlayışı Gəncədəki məşhur terror hadisəsi izləmişdi. O zaman biz də bunun səbəbini karbohidrogen ehtiyatları sahəsində Rusiyaya alternativ ölkəyə çevrilməyimizlə əsaslandırmış və bir çox siyasilər tərəfindən süngüylə qarşılaşmışdıq.
Təəccüblü deyil ki, bizim fərqimizdə olmadığımız bu özəlliyimiz okeanın o tayında daha yaxşı başa düşülür və mövcud hakimiyyətin Qərb tərəfindən dəstəklənməsinin əsas səbəbi də bununla bağlıdır.
Daha artıq şərhə ehtiyac duymadan "Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır" sərlövhəli məqalənin tərcüməsini təqdim edirik.
Nə qədər ki, qlobal iqtisadiyyat koronavirus pandemiyasından zərər görməmişdi, Azərbaycanda da neft hasilatı çiçəklənirdi.
Azərbaycan iqtisadiyyatının əsasını onun zəngin karbohidrogen ehtiyatı və digər təbii resurslar təşkil edir. O, karbohidrogen ehtiyatları sayəsində hətta bu sahədə Rusiyaya alternativ ölkəyə çevrilib. Bu isə öz növbəsində, Avropanın, həmçinin nəticə etibarı ilə ABŞ-ın enerji təhlükəsizliyinin təmininə öz müsbət təsirini göstərir.
Yeri gəlmişkən, ABŞ-ın Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında, ölkədə iqtisadi azadlıqlarda və qanunun aliliyilə bağlı öhdəliklərə əməl etməsində maraqlı olan enerji şirkətləri 1990-cı illərin əvvəllərindən orada neft-qaz hasilatı, həmçinin yataqların kəşfiyyatı işlərilə məşğuldur.
Lakin təəssüf ki, bu gün digər neft hasilatçılarında olduğu kimi, Azərbaycan iqtisadiyyatının da perspektivilə bağlı qeyri-müəyyənliklər yaranıb. Səbəb koronavirus pandemiyası nəticəsində enerji resusrlarına təlabatın azalması, nəticədə onların ucuzlaşmasıdır. Hər halda, Azərbaycan iqtisadiyyatında inkişaf sürətinin bu qədər zəifləməsi görünməmiş haldır. Bu, əlbəttə ki, ölkədəki iqtisadi azadlıqlara da təhdiddir.
Koronavirus pandemiyasına nə vaxtsa mütləq qalib gəlinəcək. Bu zaman iqtisadi azadlıqların təmini istiqamətində lazımi addımların atılması hər zaman olduğundan daha vacib zərurətə çevriləcək. Bu məsələdə Azərbaycan doğru yoldadır. Odur ki, onun iqtisadiyyatını tez və tamamilə bərpa edəcəyini söyləmək mümkündür. Azərbaycan heç bir halda iqtisadi azadlıqların təmini istiqamətində apardığı işlərdən imtina etməməlidir.
“İrs Fondu”nun 2020-ci ildə hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə, Azərbaycan dünyanın iqtisadi azadlıqların təmini istiqamətində ən çox iş görən 6 ölkəsindən biridir. O, biznes, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə, qlobal reytinqdə mövqeyini 16 pillə yaxşılaşdırıb. Bu gün Azərbaycan bu reytinqdə 45 Avropa ölkəsi arasında 24-cü yerdədir. Beləliklə, “İrs Fondu”nun reytinqinə ilk dəfə 1996-cı ildə daxil edilmiş Azərbaycan iqtisadiyyatı ən azad ölkələr siyahısına düşməyin bir addımlığındadır.
Son onillikdə yoxsulluğun səviyyəsini xeyli aşağı salmağı bacarmış ölkə artıq neft-qaz gəlirlərini daha müasir və vacib infrastruktur layihələrinə yönləndirib. Nəzərə alsaq ki, Azərbaycan ərazisinin 20%-i 1990-cı illərin əvvəllərindən Ermənistanın işğalı altındadır, əldə etdilən nailliyətlər daha dərin təsir bağışlayır. Çünki Bakı uzun müddətdi əsas diqqətini məhz bu münaqişəyə yönəldib, ölkə resusrlarının böyük hissəsini məhz bu işə sərf edir.
Azərbaycanla ABŞ arasındakı iqtisadi və enerji əlaqələrin fonunda Bakının nailiyyətləri, təbii ki, Vaşinqtonun da diqqətindən yayınmır. ABŞ bu nailiyyətlərə görə Azərbaycanı dəfələrlə alqışlayıb.
Bir sözlə, Azərbaycanın strateji əhəmiyyəti danılmazdır. Xəzər dənizi hövzəsindəki ən böyük dəniz limanı bu ölkənin paytaxtı Bakıda yerləşir. Bakı Avropa ilə Mərkəzi Asiya arasındakı məhsul mübadiləsində vacib nəqliyyat qovşağıdır.
Bütün bunlarla yanaşı, uzaq perspektivdə Azərbaycanın karbohidrogen ehtiyatlarından əldə etdiyi gəlir azalacaq. Bu Azırbaycan siyasətçilərinə institusional effektivliyin artırılmasına, cari struktur islahatlarının daha da dərinləşdirilməsinə ehtiyacın olduğunu xatırlatmalıdır.
Azərbaycanda “İqtisadi azadlıq indeksi”ylə illər ərzində müəyyənləşdirilmiş çatışmazlıqlar, o cümlədən, məhkəmənin effektivliyi, hökumətin dürüstlüyü və bazarın açıqlığı aradan qaldırılsaydı, ölkənin iqtisadi rəqabət qabiliyyəti daha gücü olardı. Bu gün ölkədəki bəzi sahələrdə rəqabətin zəif olması, bəzi sahələrdə isə idarəçiliyin effektiv olmaması ciddi problem olaraq qalır. Belə bir şəraitdə daha azad məhkəmə sistemi korrupsiyanın da qabağını alardı.
Unutmaq olmaz ki, həm Rusiya, həm də İranla həmsərhəd yeganə ölkə olan Azərbaycan balanslaşdırılmış xarici siyasəti çərçivəsində Qərblə əlaqələrini genişləndirməyə çalışır. O, regionun iqtisadi nöqteyi-nəzərdən, xüsusilə enerji sahəsində ən vacib ölkəsidir. Transxəzər boru xətti Xəzər dənizinin şərq hissəsində hasil edilən neftin dünya bazarına Rusiyadan yan keçərək çıxarılmasına yol açacaq. Bu, həm region, həm də ABŞ üçün çox faydalı olardı.
“İrs Fondu” da bu məqsədlə Xəzər dənizindəki iki qaz yatağı – Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağı ilə Türkmənistanın “Banka Livanova” yatağı arasında birləşdirici elementin yaradılmasını təklif edib. Transxəzər kəmərinin təməli məhz bu olacaq.
Azərbaycan hər zaman iqtisadi rəqabət meydanı olub, geosiyasi əhəmiyyətə malik ölkə kimi tanınıb və bundan sonra da belə olacaq. Dünyada vəziyyətin qeyri-müəyyən olduğu indiki dövrdə isə onun islahatları davam etdirməsi, iqtisadi azadlıqları daha da təkmilləşdirməsi vacibdir. ABŞ Xəzər dənizinin sahilində yerləşən vacib tərəfdaşına bu işlərdə yardım göstərə bilər. Bunun üçün Vaşinqtonla Bakı hər iki tərəfi maraqlandıran mövzular ətrafında səmimi, açıq və konstruktiv dialoqu gücləndirməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar