Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Rəşad Bayramov
AMİP Siyasi Şurasının üzvü
İki ay bundan əvvəl karantin rejiminin ilk tətbiq olunduğu günlərdə “Düşmənə yeni qurbanlar verməmək üçün səfərbər olaq” sərlövhəli yazımda COVİD – 19-un dinindən, dilindən, irqindən asılı olmayaraq, sərhəd tanımadan bütün dövlətlərə və bütün insanlığa qarşı müharibə etdiyini yazmış və qeyd etmişdim ki, bu virusa qalib gəlmək üçün hər kəs məsuliyyət daşıyır: “Xəstəliklə mübarizədə vətəndaşların problemlərinə biganə qalmamalı olan dövlət rəsmilərinin də, lazımi avadanlıqların ölkəyə gətirilməsini təmin etməli olan hökumətin də, insanları gündəlik tələbat malları ilə, eləcə də lazımi sayda dərman və qoruyucu vasitələrlə təmin edən sahibkarın da üzərinə böyük vəzifə düşür”.
Bir sözlə, bu virusa qalib gəlməyin hələ ki yeganə yolu ona yayılması üçün münbit zəmin yaratmamaqdır. Yoluxdura biləcəyi insanların sayını nə qədər tez bir zamanda minimuma endirə bilsək, qələbəni də bir o qədər tez əldə etmiş olacağıq.
Lakin çox təəssüf ki, bir qism yanlışlıqlar, nəticədə karantinin tətbiqinin ilk günlərində virusun yayılmasına qarşı əldə etdiyimiz uğurları heçə endirdi. Bu gün məhz həmin yanlışlıqlar haqqında danışmaq istərdim.
Şəkildə: Siyavuş Novruzov maska taxmayanların cəzalandırılmasını tələb edir, özü isə maskasızdır.
İlk olaraq maska məsələsinə baxaq. Vətəndaşımızın maska taxmaqdan faktiki olaraq boyun qaçırması cərimə tətbiq olunması ilə bağlı qərar verilməsinə səbəb oldu. Metro və avtobuslarda, o cümlədən də dayanacaq və digər ictimai yerlərdə insanımız yalnız cərimə qorxusundan maska taxır desək, yəqin ki, səhv etmərik. Düzdür, maska taxmağın, sosial məsafə saxlamağın vacibliyini dərk edən insanlarımızın da sayı kifayət qədərdir. Amma virusun qarşısının alınması üçün hamılıqla qaydalara əməl etmək şərtdir, əks halda maska taxmayıb, sosial məsafə gözləməyən, gigiyenik qaydalara əməl etməyən vətəndaşların sayı cüzi olsa belə, virusun yayılması davam edəcək.
Maraqlı bir sual yaranır: necə olur ki, insanımız maska taxmamaqla yaxınlarının, doğmalarının, ailə üzvlərinin və ən nəhayətdə özünün həyatını təhlükə altına atmaqdan çəkinmir?
Bunun iki səbəbi var ki, maddi problem və virusun varlığına inam problemi.
Özün maska taxmayıb millətə “maska taxma” dərsi keçsən, əlbəttə, inandırıcı olmazsan.
Operativ Qərərgahın sözçüsü, Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədlinin verdiyi məlumata görə, gün ərzində ölkədə 500 min maska istehsal olunur. İstehlak olunan maska sayı isə 300 mindir. Bununla da İbrahim Məmmədov ölkədə kifayət qədər maska ehtiyatı olduğuna diqqət çəkir. Amma olduqca təhlükəli bir məqama diqqət etmir. Bütün iş yerləri açıldığı və ölkədə 5 milyona yaxın işçi qüvvəsi olduğu halda gün ərzində cəmi 300 min maskanın alınması o deməkdir ki, vətəndaşlar bir maskadan nə az nə çox 1 ay ərzində istifadə edirlər. Bununla da 3-4 saatdan bir dəyişilməli olan maska, hansı ki, əks halda özü virus mənbəyinə çevrilir insanlarımız tərəfindən ay ərzində istifadə olunur və təbii olaraq artıq virusdan qoruyan vasitə deyil, virus yayan vasitə rolunda çıxış edir.
Barı, ölkə başçısından nümunə götürün!
4 nəfərdən ibarət ailə gün ərzində adam başına azı 3 maskadan istifadə etsə, bu gün ərzində 12 maska deməkdir. Bura ay ərzində alınan spirti də əlavə etsək, belə çıxır ki, bir ailənin təkcə maska və spirtə çəkdiyi xərc 150 – 200 manat olacaq. Buna isə təbii ki, hər bir ailənin büdcəsi imkan vermir.
Maska taxmaqdan imtinaya səbəb olan digər bir vacib məsələ insanlarda virusun həqiqətən mövcud olması ilə bağlı şübhələrdir. Sosial şəbəkələrdə yayılan “qonşu infarktdan öldüyü halda, “koronavirusdan öldü” yazmaq üçün 800 manat verdilər”, “200 manat təklif edirlər ki, bir həftə karantində qal”, “filankəs koronadan öldü amma ailə üzvlərini nəinki karantinə aldılar, heç test də etmədilər” və ya “bu qədər xəstə sayı elan olunur, amma tanıdığımız bir nəfər belə yoxdur” kimi fikirlər nə qədər şayiə xarakterli olsa da insanlarda virusun olmaması ilə bağlı yanlış fikrin formalaşmasına təsir edir.
Bu cür yanlış təsəvvürlərin formalaşmasında Operativ Qərargahın qəbul etdiyi qərarlar da müəyyən rol oynayır. Belə ki, gündəlik yoluxma sayı 50-60 olduğu zamanlarda sərt karantin tədbirləri tətbiq edən Operativ Qərargah yoluxma sayı 100-ü keçdiyi zaman birinci yumşaltma, gündəlik yoluxma sayı 200-ü aşdıqda isə növbəti yumşalma ilə bağlı qəbul etdiyi qərarlar əhalidə yanlış təsəvvürlərin formalaşmasında xüsusi rol oynadı. Bir sözlə, maarifləndirmə işi olduqca zəif təşkil olundu.
Hal-hazırda tətbiq olunan iki günlük sərt karantin tədbirlərinin, heç sözsüz ki, müəyyən müsbət nəticələri olacaq. Amma əgər konkret sahələrdəki boşluqlar aradan qaldırılmasa əldə olunan müsbət nəticə qısamüddətli olacaq və real davamlı nəticələrə gətirib çıxarmayacaq.
Beləliklə maska və sosial məsafə probleminin həlli üçün aşağıdakıları tövsiyyə edirəm:
- Uzun müddət ərzində istifadə səbəbindən artıq virus daşıyıcısına çevrilmiş maskalardan yaxa qurtarmaq üçün bütün dayanacaqlarda, metro girişlərində, moll və iri marketlərin girişində maskaların pulsuz paylanması həyata keçirilsin. (Bunun üçün tələb olunan vəsait xəstə insanlarımızın müalicəsinə sərf olunan vəsaitdən dəfələrlə az olacaq)
- Virusun daha çox sosial məsafə saxlanmadığı üçün yayıldığını nəzərə alaraq vətəndaşların metroya girişinin tənzimlənməsi həyata keçirilsin. İnsanların metroya növbəli şəkildə içəridə sıxlıq yaratmayacaq sayda buraxılması, metro qatarları arasındakı intervalın 1 dəqiqəyə endirilməsi, eləcə də avtobusların sayının artırılması ilə intervalın azaldılması təmin olunmalıdır. (Yox əgər yenə eyni qaydada olduğu kimi 1,5 metr bir yana bəzi hallarda 10 sm. belə məsafə saxlamaq mümkün olmayacağı şəkildə qatara və ya avtobusa miniləcəksə onda həftə sonları bu sərt tədbirlərin də heç bir mənası olmayacaq).
- İnsanlarda virusun mövcudluğuna inanmasını təmin etmək və vəfat edənlərin Covid -19 xəstəsi olmadıqları ilə bağlı söz-söhbətlərə son qoymaq üçün virusa yoluxmuş insanların, eləcə də ağır və orta ağır xəstələrin və vəfat edənlərin siyahısı dərc olunsun.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar