Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
S.Ə.Şirvani
Operativ Qərərgah evdən çıxma qadağasının tətbiq olunacağı günlərdə ev heyvanlarının, itlərin gəzdirilməsinə icazə verildiyini elan edib. Möhtərəmlərin bu qərarı nəyə əsaslanaraq verdiyini bilmirəm, amma bildiyim və gördüyüm odur ki, evdən çıxma yasağının tətbiq olunduğu keçən şənbə və bazar günü mənzillərdən çoxlu sayda hava almaq üçün həyətə düşmək istəyən körpələrin bağırtıları eşidilirdi. İndi biri mənə başa salsın görüm, bu azyaşlı körpələrə it qədər dəyər verilməməsinin səbəbi nə ilə bağlıdır?!
Söhbət, təbii ki, məktəbli yaşına çatmayan körpələrdən gedir. Onların dörd divar arasında qalaraq, hava almaqdan məhrum edilməsi hansı ağıl sahiblərinin qərarıdır görəsən? Hə, bu arada da “övladlarınızı virusun ağuşuna atmayın” falan qəzəllərini də oxumayın. Onsuz da həftənin yerdə qalan günləri valideyinlər həmin körpələri mütləq və mütləq şəkildə hava almaq üçün həyətə çıxarırlar. Təmiz hava və günəş enerjisi böyüklərdə olduğu kimi körpələrdə də immunitetin formalaşmasında həlledici rol oynayır.
İkinci bir məsələ, Naxçıvana olan reyslərin növbəti dəfə də təxirə salanaraq ayın 15-dən sonraya planlaşdırılması ilə bağlıdır. Özü də həftədə cəmi 2 reys. Görəsən, bu qərarı qəbul edən səlahiyyət sahibləri artıq neçə müddətdir ki, ana və atasının dəfnində iştirak edə bilməyən övladın, yaxınlarının dəfninə belə qatıla bilməyən qardaş və bacıların fəryadından xəbərləri varmı? Dünyanın o başından belə carter reysləri həyata keçirən rəsmilərin Naxçıvana olan ögey münasibəti nə ilə izah olunur?
Daha bir məsələ ictimai iaşə obyektlərində və ictimai nəqliyyatda sərinlətmə sistemlərinin işə salınmasını qadağan edən qərarla bağlıdır. Görəsən bu qərarın qəbulunda iştirak edən bir Allah bəndəsi belə ictimai nəqliyyatdan istifadə edirmi? Qərar veriləndə nəyə əsaslanırsız axı? Məqsəd doğurdanmı insanımızı xəstəlikdən qorumaqdır? Verdiyiniz yanlış qərarların, əksinə nə qədər insanı xəstəliklə üz-üzə qoyduğundan xəbəriniz varmı?
İctimai nəqliyyatda, avtobus və metroda uzun interval səbəbindən daim əhali sıxlığı müşahidə olunur. Və hətta sərinlətmə sistemlərinin işlədiyi halda belə saxlıq səbəbindən maska ilə nəfəs almaq olduqca çətinlik yaradır. İndi isə sərinləndirmə sistemini də işə salmamaqla insanların nəfəs alması ümumiyyətlə çətinləşəcək ki, bu da istər istəməz maskaların çıxarılmasına səbəb olacaq. Qısası verilən qərər insanların sağlamlığını qorumağa deyil, əksinə birbaşa xəstələnmələrinə xidmət edir.
Ümumiyyətlə bu virusun Azərbaycanda hərəkət qrafiki kim tərəfindən müəyyən olunub axı? Covid-19 Operativ Qəqərgaha qrafikmi təqdim edib? Bizdəki Covid 19-u başqa ölkələrdən fərqləndirən nədir? Oxuduğumuz, bildiyimiz qədərilə virus heç kimi ayırmadan, saat və məkan nəzərə almadan, sərhəd tanımadan hər kəsə bulaşmaq üçün fürsət axtarır. Bəs elə isə, Operativ Qərərgah konkret günlərdə küçəyə çıxma qadağası tətbiq edib qalan günlərdə insanların maneəsiz hərəkətinə icazə verərkən nəyə əsaslanır görəsən? Axı sizə kim deyib ki, virus istirahət və bayram günlərində daha da aqressivləşir? Virusun əsasən axşam saat 10-dan sonra daha da sərt şəkildə insanlara bulaşdığı ilə bağlı təəsürat nəyin əsasında formalaşıb sizdə? Sizə kim deyib ki, virus saat 10-a qədər kofe və restoranların qapısında dayanıb içəri girmir və yalnız saat 10-dan sonra məkanlara daxil olur? Və yaxud da bu virusun saymaq bacardığı ilə bağlı məlumatı hardan əldə etmisiniz? 10 nəfərdən ibarət qruplardan yan keçib 11-ci adamı görən kimi ora hücum etməsi ilə bağlı məlumatı kim verib sizə? Olmaya, ABŞ president Donald Tramp səhv bilir; bu virusu Çin yox, Azərbaycanın Operativ Qərargahı istehsal edib və xarakteristik xüsusiyyətlərinə bütün dünya dövlətlərindən daha yaxşı bələddir?
Hörmətli Operativ Qərərgah üzvləri, bu ölkənin vətəndaşları kifayət qədər qayda-qanuna riayyət edən, problemləri dərk edən və həmin problemlərin aradan qaldırılması üçün daim dövlətinin yanında olan insanlardır. Amma siz də çalışın ki, verdiyiniz qərarlarla az da olsa bu milləti də düşünün. Yoxsa ki, insana it qədər dəyər verməməklə, onları 40 dərəcə istidə kondisionersiz, havalandırmasız nəqliyyat vasitələrində hərəkət etməyə məcbur etməklə heç nəyə nail olmaq mümkün olmayacaq.
Tanrı köməyimiz olsun millət!
Rəşad Bayramov, AMİP Siyasi Şura üzvü
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar