Xəbər lenti

 
“Bakıda ciddi su problemi yaranıb. Səbəb təksə “Azərsu” deyil, daha ciddidir”. 
 
Ovqat.com xəbər verir ki, bu məlumatı siyasi təhlilçi Eldəniz Cəfərov öz facebook səhifəsində paylaşdığı statusunda bildirib.
 
Onun fikrincə, ölkə çox ciddi ekoloji problem qarşısında hazırlıqsız yaxalanıb: “Dünyada çox yerdə oldugu kimi, quraqlıq bizdə də aktual problemdir. 


 
Kürün suyu yaşlı nəslin belə, xatırlamayacagı səviyyədə aşagı düşüb. Hətta Xəzərin duzlu suyu da artıq Kürə əks istiqamətdə axıb. Ölkənin su ehtiyatları əvvəllər 30 kub km səviyyəsində idi; bunun da 23 kub km-i xarici tranzit suları hesabına əmələ gəlirdi. İllik tələbatımız əvvəl 13 kub km idi. Yəni öz ərazimizdə formalaşan su ehtiyatlarından təxminən 2 dəfə çox. 
 
Nəzərə alsaq ki, son illər kənd təsərrüfatında ciddi artım var, deməli, su tələbi də kəskin artıb. Ölkədə pambıq istehsalına dövlət tərəfindən ciddi diqqət ayrıldıgını da diqqətə alsaq, bu tələb daha da çox artmış olar. Bu sahələrin də çoxu Mərkəzi Aran rayonlarıdadır ki, burda güclü quraqlıqlar səbəbindən tarlaların əlavə suvarılmasına ehtiyac yaranır. Suvarma sistemlərinə, nə yazıq ki ciddi yatırımlar edilməyib, hələ də köhnə dədə-baba qaydasıyla suvarma həyata keçirilir. Bu da su israfını ciddi artırır. 


 
Mingəçevir su anbarının səviyyəsi 83 m-dən ( 16 kub km) dən 60 -a düşüb ( 6-7 kub km); bu iki dəfə az göstəricidir. 
 
Gürcüstan Qabırlı çayının hövzəsində bir neçə damba tikib, su yıgmaga başlayıb, nəticədə bizim şimal istiqamətindəki çay kənarında su qıtlıgına səbəb olub. İran ərazisində Araza axan çayların mənbəyində su hövzələri tikilir ki, bu da Arazın su səviyyəsini aşağı salır. 
 
Mənbəyi İrandan gələn Bolqarçay boşalır. Samurdan götürdüyümüz su ehtiyatı 2010 dan bizim əleyhimizə azalıb. İndi Dagıstanda Samurun hövzələrində yeni dambalar tikilməsi planlaşdırılır ki, bu da bizim Samurdan götürə biləcəyimiz su ehtiyatını minimala endirəcək.


 
Qısacası, vəziyyət kritikdir. Təəssüf ki, bu prolemlər öncədən də ehtimal edilsə də, bu illər ərzində qabaqlayıcı tədbirlər görülməyib. Suvarma sistemləri təkmilləşdirilməyib. Bakının su təchizatında ehtiyat tədbirlər görülməyib. Halbuki Mingəçevirdən birbaşa ehtiyat kanal çəkilə bilərdi. 
 
Suvarmada İsrail kimi dövlətlərin təcrübəsi tətbiq oluna bilərdi. Təcili tədbirlər görülməsə, həm su təchizatı həm kənd təsərrüfatı fəlakətlə üz-üzə qalacaq. Boş boş tədbirlərə ayrılan 100 milyonlarla vəsaitnən çoxdan bu işlər görülə bilərdi. Çox təəssüf.




Ana səhifəyə qayıt        Baxış: 3 564          Tarix: 15-06-2020, 00:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma