Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Dünya neft bazarı həftəyə düşüşlə başlayıb.
Ovqat.com xəbər verir ki, Londonun ICE əmtəə birjasında bir barel Brent markalı neftin avqust ayına olan fyuçers qiyməti 4% ucuzlaşaraq 37.24 ABŞ dollarına qədər enib.
Nyu-York əmtəə birjasında (NYMEX) isə ucuzlaşma daha böyük olub – 5%. Hazırda WTI markalı neftin avqust ayına olan fyuçers qiyməti 34.36 $/bar-ə qədər ucuzlaşıb.
Qeyd edək ki, ötən həftə neft qiymətləri 40 dolları ötmüşdü. Daha sonra Çində yeni koronavirus yoluxmaları ortaya çıxdı və epidemiyanın ikinci dalğasının başlaya biləcəyi söhbətləri yayıldı. Dünyanın bir çox ölkələrində həqiqətən artımların qeydə alınması, gündəlik yoluxma sayının 100 min keçməsi də bu ehtimalı gücləndirdi. Bu xof isə istər-istəməz dünya neft bazarında qiymətlərə təsir göstərdi.
Ucuzlaşmanın digər səbəbi isə ABŞ neft şirkətlərinin yenidən hasilatı artırmasıdır. Əksəriyyəti şist nefti istehsalçıları olan bu şirkətlər qiymətlər 30 dolları keçərsə hasilatı artırır, qiymətlər aşağı düşəndə isə fəaliyyətlərini dayandırırlar. Onların bu hasilat siyasəti OPEC ölkələrinin qiyməti artırmaqla bağlı həyata keçirdiyi tədbirlərin nəticəsini heçə endirir.
Üstəlik, OPEC ölkələri hasilatda ixtisarlara gedə-gedə öz ənənəvi bazarlarını itirir, onların boşaltdıqları yerləri isə ABŞ şirkətləri doldururlar. Bunun ən bariz nümunəsini son zamanlar Belarusun timsalında gördük. Rusiyadan ucuz neft tələb edən Lukaşenko hökuməti rədd cavabı alınca ABŞ şirkətləriylə müqavilə bağlayıb enerji tələbatını okeanın o tayından təmin etməyə başladı.
Təsadüfi deyil ki, 1970-ci illərdə dünya neft hasilatının 70%-ni əlində cəmləşdirən OPEC ölkələri şist neftinin yeni üsullarla çıxarılması metodu tapılandan sonra öz bazar payını itirməyə başladı. 2008-ci ildə 39%-ə düşən bu pay ötən il 29%-ə, bu il isə 28.7%-ə endi. 2008-ci ildə dünya neft hasilatının 6%-nə sahib olan ABŞ 2019-cu ildə bu göstəricini 13%-ə yüksəldə bilmişdi.
ABŞ-ın çoxsaylı neft şirkətlərinin bu siyasəti digər rəqiblərini də hasilatı artırmağa vadar edir. Hasilatın artırılması isə qiymətlərin yenidən ucuzlaşmasına yol aça bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar