
Xəbər lenti
Bu gün, 11:52
Bu gün, 11:00
Bu gün, 09:28
Dünən, 23:45
Dünən, 21:58
Dünən, 20:26
Dünən, 18:08
Dünən, 15:30
Dünən, 14:37
Dünən, 13:07
Dünən, 12:11
Dünən, 11:07
Dünən, 09:03
24-08-2025, 23:20
24-08-2025, 20:57
24-08-2025, 19:15
24-08-2025, 18:05
24-08-2025, 16:30

“Azərbaycanlı iş adamı Mübariz Mənsimovu öz şirkətində işləyənlər satıb və bu, ictimailəşdirilən istintaq materiallarında da öz əksini tapıb”.
Ovqat.com-a bu barədə məlumat Türkiyədə yaşayan və adının açıqlanmasını istəməyən azərbaycanlı iş adamı tərəfindən verilib.
İş adamının dediyinə görə, Mübariz Mənsimovun əleyhinə ifadə verənlərdən bəzilər hazırda da “Palmali” şirkətlər qrupunda işləyirlər. Onlar istintaqa “gizli şahid” qismində cəlb olunublar və kimlikləri gizli saxlanılır. Bildirilir ki, istintaqda etirafçı olan bəzi şahidlər əslində öz cinayətlərini ört-basdır etmək üçün bütün günahları “patron”un üzərinə atırlar. Bununla belə, “patron”un da günahı az deyil və bu günahlar onu 15 il azadlıqdan məhrum edə bilər.

Mübariz Mənsimovun FETÖ ilə əlaqədə günahlandırıldığını xatırladan həmsöhbətimiz iş adamının sorğuda Fəthullah Gülənlə iki dəfə görüşdüyünü etiraf etdiyini bildirib. Onun sözünə görə, Mübariz Mənsimov Fəthullah Gülənlə söhbətləşərkən razılaşmamaqla özünə haqq qazandırıb. Halbuki onun əleyhinə verilən ifadələrdə iş adamının həmin görüşdən razılıqla qayıtdığı, hətta ayrılarkən “xoca əfəndi”yə nə zaman Türkiyəyə gəlmək istəsə, ABŞ-da onun üçün xüsusi təyyarə ayıra biləcəyini dediyi iddia olunur.
Şahid ifadələrində iş adamının 2010-cu ildən etirbarən FETÖ yetkililəri ilə mütəmadi görüşdüyü, yaxın çevrəsinə “Ərdoğan gedəcək, xoca əfəndi gələcək” dediyi, FETÖ liderinin şəxsi əşyalarından kolleksiya düzəldib “Palmali”nin baş ofisində saxladığın irəli sürülür.

“Məlumatlara görə, istintaq GSM xətlərində yoxlama zamanı müəyyən edmişdir ki, Mənsimov FETÖ-nün “boz kardinalı” olan Akin İpək adlı birisiylə 2010-cu ildə 2 dəfə, 2011-ci ildə 3 dəfə, 2012-ci ildə 10 dəfə, 2013-cü ildə 27 dəfə, 2014-cü ildə 14 dəfə, 2015-ci ildə 9 dəfə danışıb. O, 2016-cı ildən sonra telefon danışıqlarını “Jimmer” adlı dalğapozucu cihazın yardımıyla aparıb və bu səbəbdən də bəzi danışıqları qeydə almaq mümkün olmayıb. Bununla belə, istintaqda FETÖ-nün yüksək dairələriylə baş tutmayan 15 iyun çevriliş cəhdindən sonra danışdığına dair məlumatlar var”,-həmsöhbətimiz belə iddia edir.

Mənbənin bildirdiyinə görə, Mübariz Mənsimovun etiraf etdiyi Fəthullah Gülənlə görüşləri Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla FETÖ liderinin münasibətlərinin pisləşdiyi, hətta bir-birinə açıq savaş açdığı dövrə düşür: “Bilirsiniz ki, Ərdoğanla Fəthullah Gülən arasında münasibətlər 2011-ci il seçkilərindən sonra pisləşməyə başlayıb. AKP-nin 50% səs toplamasından sonra qurulan hökumət zamanı Gülənə bağlı bəzi məktəblər bağlanmışdı. Üzərindən 2 il keçdikdən sonra Fəthullah Gülənə bağlı xüsusi prokuror Zəkəriyyə Özün rəhbərliyi altında AKP hakimiyyətinin ən yüksək vəzifəlilərinə qarşı əməliyyat keçirildi. Korrupsiya və rüşvət əməliyyatında Ərdoğan ailəsinin də adı hallanırdı. AKP hakimiyyətinin qərəzli və uydurma dəlillərə əsaslanan soruşdurma adlandırdığı bu əməliyyatın tarix Mübariz Mənsimovun FETÖ-nun “boz kardinalı” olan Akın İpəklə ən çox danışdığı zamana təsadüf edir. Mənsimova qarşı irəli sürülən iddianaməyə görə, iş adamı “boz kardinal”la 2013-cü ildə 27 dəfə söhbətləşib. Halbuki digər illərdə bu danışıq sıxlığının 2-3 dəfə az olduğunu görürük”.

Həmsöhbətimiz həmin illərdə Bilal Ərdoğanla Mübariz Mənsimov arasında iqtisadi əməkdaşlığın mövcud olduğunu bildirir: “Məlumatlara görə, iki ortaq arasında yaxınlıq hələ 2007-ci ildən başlayır. 2008-ci ildə isə Mənsimovun Bilal Ərdoğana “Ağdaş” adlı gəmi satdığına dair məlumatlar var. Daha sonra bu münasibətlər ortaqlıq səviyyəsinə qədər yüksəlib. 2013-2014-cü illərdə Türk mediası Mənsimovun Ərdoğan ailəsiylə ortaqlıq əlaqələrindən bəhs edir və bunu sübut edən sənədlər paylaşırdı. Bu baxımdan 2013-cü ilin sonlarında başladılan əməliyyat ərəfəsində Mənsimovun öz ortağını hədəfə alan FETÖ-çülərlə intensiv münasibətlərinin səbəbi maraq doğurur. Həmin ərəfələrdə onun Fəthullah Gülənlə görüşməsi isə heç cür başadüşülən deyil. Hətta özünün istintaqa verdiyi məlumatda deyildiyi kimi, bu görüşdə söhbətləri baş tutmasa belə, onun əməlinə bəraət qazandıra bilməz. Axı səni öz ortağının 1 nömrəli düşməni ilə nə birləşdirir ki, ona qarşı təxribat hazırlandığı bir vaxtda qarşı tərəfin lideri ilə 2 dəfə görüşürsən?”

Qeyd edək ki, Türkiyə mediasına sızdırılan instintaq materialları barədə Mübariz Mənsimovun vəkili açıqlama verərək iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Vəkilin iddiasına görə, bu işin istintaqı gizli yürüdülür və məqsədli şəkildə yayılan dezinformasiyalarla ictimai rəy yanlış istiqamətlərə yönləndirilir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar