Xəbər lenti

 

Şəmkirin “Səbət” bazarı yanıb.
 
Ovqat.com-un əldə etdiyi məlumata görə, Gəncəbasar regionunun ən iri kənd təsərrüfatı məhsullarının satış mərkəzi olan bazara bu gün axşam saatlarında naməlum səbəblərdən od düşüb.
 
Yanğını söndürmək mümkün olmayıb. Bazarın əksər hissəsi külə çevrilib.
 
Şəmkirdəki qaynaqlarımızdan aldığımız məlumata görə, bazar rəsmi sənədlərdə icra başçısının oğlu Adil Məmmədovun mülkiyyəti kimi göstərilir. Azərbaycanın ən böyük aqro-ticarət mərkəzlərindən olan bazarın günlük gəlirinin 100 min manat olduğu bildirilir.
 
Məlumat qaynağımız bazarın icra başçısının rəqibləri tərəfindən qəsdən yandırıla biləcəyini istisna etməyib. Bildirildiyinə görə, bazarın yaxınlığında əvvəl bir sıra ticarət mərkəzləri yerləşirmiş. İcra başçısı həmin obyektlərin hamısını uçurub, örüş torpaqlarını da onlara qataraq ölkənin ən iri satış mərkəzlərindən birini salıb və öz oğlunun adına keçirib. Məhz bu səbəbdən də Şəmkirdəki həmin müəssisənin qisas məqsədilə yandırıla biləcəyi ehtimal  olunur.
 






Ana səhifəyə qayıt        Baxış: 4 852          Tarix: 26-06-2020, 01:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma