Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Növbəti 12 ay ərzində koronavirus testi, müalicəsi və vaksin çalışmaları üçün 31.3 milyard dollar ehtiyac var.
Ovqat.com-un məlumatın məlumatına görə, Dünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında qurulan Koronavirusa qarşı Mübarizə Koalisiyasının dünən axşam keçirdiyi videokonfrans formatlı görüşdə bu iddia səsləndirilib.
ÜST-nin baş direktoru Tedros Adan Gebreyesusun da qatıldığı konfransda danışan təşkilatın "act-Accelerator" proqramının xüsusi nümayəndəsi Dr. Ngozi Okonjo-İveala bildirib ki, aşağı və orta gəlirli ölkələrdə müalicə və diaqnostika üçün 12 aydan çox, vaksinlərin əmələ gətirilməsi üçün isə 18 aylıq zamana ehtiyac var.
Okonjo-İvealanın fikrincə, bu hədəfin reallaşdırılması üçün quruma 31.3 milyard dollar vəsait lazım olacaq: “İndiyə qədər isə cəmi 3.4 milyard dollar toplanıb”.
ÜST yetkilisi onu da deyib ki, koronavirusla effektli mübarizə üçün tibbi alətlərin tədqiqi və inkişaf etdirilməsi məqsədilə yaradılan və aprel ayının sonlarında başladılan "act-Accelerator" proqramı çərçivəsində 2021-ci ilin ortalarına qədər aşağı və orta gəlirli ölkələrə 500 milyon test çubuğu göndərilməsi və 245 milyon insanın müalicə edilməsi nəzərdə tutulur.
ÜST yetkilisinin bu imdad çağırışına dünya dövlətlərinin nə cür reaksiya verəcəyi bəlli deyil. Məsələ burasındadır ki, xəstəliyin ən çox yayıldığı ABŞ ÜST-ü maliyyələşdirməkdən imtina edib. Çin və Qərbi Avropa ölkələri isə bu xəstəliyi böyük ölçüdə atlatmışa bənzəyir. Böyük ehtimalla onlar da ABŞ-ın əlini uzatmadığı yükün altına girməyə həvəsli olmayacaqlar. Belə görünür ki, bu yükün altına yenə 3-cü dünya dövlətləri girəcək. Nədən ki, hazırda koronavirusun ən cövlan etdiyi ölkələr də əslində elə onlardır. Həmin ölkələrin səhiyyə sistemlərinin isə koronavirusla bağlı test və vaksin preparatları gəlişdirmək və istehsal etmək gücləri yoxdur. Belə çıxır ki, koronavirusa qarşı dərman və preparatların istehsalı inkişaf etmiş dövlətlərə, xərci isə üçüncü dünya ölkələrinə düşəcək. Dərindən baxanda bunun bir adı var – tibbi istismar.
Qeyd edək ki, Azərbaycan dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə aprel ayında ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etmişdi. Yəqin ki, ÜST-ün dünənki çağırışından sonra yenə 12 aylıq qlobal müalicə üçün yenə əlimizi cibimizə salmalı olacağıq. Dünya tibbi inkişaf etsin deyə.
Bəs, 12 aydan sonra koronavirus pandemiyası sona çatacaqmı? Bax, bu suala ÜST də cavab verə bilmir. Mümkündür ki, hər 12 aydan bir qurumun bənzər çağırış və imdadı ilə qarşılaşaq. Bir sözlə, öz tibbini inkişaf etdirə bilməyən məmləkətlər başqalarının səhiyyə sistemini yemləməklə məşğul olur və olacaq da. Bizdə isə koronavirus epidemiyası yayılandan Səhiyyə naziri yağlı əppək olub göyə çəkilib. Onun vəzifə və funksiyalarını isə tibbə aidiyyatı olmayan TƏBİB həyata keçirir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar