
Xəbər lenti
Bu gün, 19:07
Bu gün, 17:03
Bu gün, 15:28
Bu gün, 13:47
Bu gün, 12:12
Bu gün, 12:08
Bu gün, 11:46
Bu gün, 09:48
Dünən, 22:30
Dünən, 20:47
Dünən, 19:07
Dünən, 18:01
Dünən, 15:24
Dünən, 14:53
Dünən, 12:52

Azərbaycan polisini Polis Günü münsibətilə Baş redaktorumuz Heydər Oğuzun qələmə aldığı “Polis marşı” şeirilə təbrik edirik
Haqq – Tanrının adıdır,
Mənsə Haqqın əsgəri.
Xalqın keşiyindəyəm
Var olan gündən bəri!
Zillətin boğazında
Hüzurun pəncəsiyəm.
Azərbaycan polisi –
Haqqın güvəncəsiyəm!
Mən Vətənin içində,
Əsgərlər eşiyində,
Birlikdə bu ölkənin
Durmuşuq keşiyində!
Hər kəsin inam yeri,
Ümidi, Haqq səsiyəm.
Azərbaycan polisi –
Haqqın güvəncəsiyəm!
Evindən əmin əsgər
Məndən alıb gücünü,
Sərhədlərdə yağıdan
Alır yurdun öcünü!
Sabitliyin qarantı,
Əminlik qüvvəsiyəm!
Azərbaycan polisi –
Haqqın güvəncəsiyəm!
Xalq rahat yatsın deyə,
Uyumadan gəzirəm.
Salıb çəkmə altına
Qaranlığı əzirəm.
Haqqın nahaq önündə
Keçilməz pərdəsiyəm!
Azərbaycan polisi –
Haqqın güvəncəsiyəm!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar