Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Sədərəkdə “yaşıl soyqırım"la bağlı yeni məlumatlar əldə etmişik.
Rayondan Ovqat.com-a verilən məlumata görə, icra başçısı Həbib İbrahimov sən demə həmin ağacları taxta hazırlamaq üçün kəsdiribmiş.
İddialara görə, Sədərəkdə kəsilən ağaclar daha sonra Şərura aparılıb ordakı bir taxta sexinə satılıb. Taxta sexi də icra başçısına yad obyekt deyilmiş. Bildirilir ki, həmin sex Həbib İbrahimovun qaynına məxsusdur.
Əldə etdiyimiz ən maraqlı məlumat isə budur ki, ağac kəsimi qalmaqalının ortaya çıxmasından sonra icra başçısı onların kötüyünü çıxarıb izi itirməyə çalışıb. Bu məqsədlə rayona təcili Belarus ekskovatoru gətirən icra başçısının istəyi baş tutmayıb. Çünki ekskovator ağaclığa gedən yolda torpağa batır və onu çıxarmaq əməlli-başlı müşkülə çevrilir. Başqa iri texnikayla ekskovator batdığı yerdən zorla çıxarılsa da, bundan xəbər tutan MR rəhbərliyi Həbib İbrahimovdan bu işi dayandırmağı tələb edir. Beləcə, icra hakimiyyəti iş üstündə yaxalanır. Naxçıvan MR Daxili İşlər naziri məhz bundan sonra rayona gəlir və ağacın kəsilərək izinin itirilməsinə göz yuman rayon polis idarəsinin rəisin işdən uzaqlaşdırır.
O da vurğulanır ki, Sədərəkdəki ağaclara qənim kəsilən taxta sexi də Muxtar Respublika rəhbərliyi tərəfindən bağlanıb.
Sədərəkdə baş verənlərə aydınlıq gətirmək üçün əslən bu rayondan olan tanınmış şair Kəmaləddin Qədimin mövqeyini öyrənməyə çalışdıq. Şair bizimlə söhbətində daha ciddi məqamlara toxundu. Məlum oldu ki, Sədərəyin daha vacib problemlərindən biri icra strukturlarında aparılan kadr dəyişikliyi ilə əlaqədardır. Sən demə, 4 mart 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sədərəyə icra başçısı təyin olunan Həbib İbrahimov rayondakı bütün rəhbər vəzifələrə öz qohum-əqrəbalarını, dost-aşnalarını yerləşdirib. Kəmaləddin Qədimin fikrincə, bununla da Sədərək rayonunun kəndlərini üz-üzə qoyan icra başçısı Azərbaycanın ən həsas nöqtəsində qəsdən narazılıq yaradır: “Sədərək Azərbaycanın yeganə bölgəsidir ki, 3 xarici dövlətlə sərhəddir. Vaxtilə Heydər Əliyev bu kəndi Azərbaycanın qeyrət qalası adlandırmışdı. Qeyrət qalasına münasibət tamam başqa cür olmalıdır. Sərhəd bölgəsinin insanları öz torpaqlarına bağlanmalı, oranı tərk etməməlidirlər. Həbib İbrahimov isə bütün icra strukturlarını özününküləşdirib. Həyat yoldaşını gətirib qoyub rayon xəstəxanasının baş həkimi. Digər strukturları da bir sədərəkliyə həvalə etməyib”.
Kəmaləddin Qədimdən aldığımız müsahibəni təqdim edirik.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar