Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Sədərəkdən aldığımız son məlumata görə, rayonda “yaşıl soyqırım”ın bütün gühanı icra başçısının biri müavin, digəri köməkçi olmaqla iki məmurun boynuna qoyulub və “günahkarlar” işdən qovulublar. İcra başçısına isə toxunulmayıb.
Ovqat.com rayondakı mənbələrə istinadən xəbər verir ki, dünən səhər tezdən Muxtar Respublikanın mərkəzi şəhərinə çağırılan icra başçısı Həbib İbrahimov bir də gecə saatlarında yaşadığı Heydərabad qəsəbəsinə qayıda bilib.
Gün boyu onun Naxçıvanda danlanıldığı güman olunsa da, danlağın bu qədər uzun çəkəcəyi gözlənilmirmiş.
Sədərək sakinlərinin bildirdiklərinə görə, icra başçısının bu səhər işə çıxmasından sonra Naxçıvanda sövdələşmələrin niyə uzun çəkməsinin səbəbləri aydınlaşıb. İcra başçısının ilk addımı özünün birinci müavinini və bir köməkçisini işdən çıxarmaq olub. Ağacların kəsilməsinə görə birinci müavin həm də ağır pul cəriməsinə layiq görülüb. Onun belinə 135 min manat cərimə yazıldığı iddia olunur.
Sədərək sakinlərinin sözlərinə görə, əslində birinci müavinin yeganə günahı icra başçısının göstərişiylə kəsilmiş ağacları Şərurdakı taxta sexinə daşıtdırmaq olub. Həmin sex isə icra başçısının qaynının imiş. Qayın-yeznə arasında poçtalyon roluna görə birinci müavinə 135 min manat cərimə kəsilməsinə baxmayraq, cinayətin əsl iştirakçılarına toxunulmaması Sədərəkdə təəccüb xeyli doğurub. Xatırladaq ki, eyni əmələ görə qurban gedənlərdən biri də Sədərəyin artıq sabiq polis rəisidir. Polis rəisi ağac kəsiminə laqeyd qaldığına görə Naxçıvan MR Daxili İşlər naziri tərəfindən işdən qovulub.
İcra başçısının hələ də məsuliyyətdən kənarda qalması onun barəsində sərəncam verilmə hüququnun Azərbaycan prezidentinin səlahiyyətində olmasıyla izah edilir. Başqa sözlə desək, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun gücü icra başçılarını ancaq danlamağa çatar ki, bunu da yerinə yetirib. Onun işdən azad edilməsi isə Naxçıvandan xəbərin gəlib paytaxta çıxma tezliyindən asılı olacaq. Bu zamanadək Naxçıvan-Bakı marşrutu üzərində xeyli əngəllər olduğundan bəzən məlumatlar əsl ünvanına ümumiyyətlə çatmır və beləcə icra başçıları danlaqla canını qurtara bilirdilər. Prezident də məhz bu səbəbdən həmin əngəllərin bəzilərini ortadan qaldırdı, yerlərinə yeni kadrlar qoydu. Yeni kadrların “ötürücülük qabiliyyətinin” gücü özbaşına icra başçılarının layiqli cəza almasıyla sınanacaq.
Görünür, indiyəqədərki vəziyyətin doğurduğu toxunulmazlığından xeyli arxayın düşən Həbib müəllim öz qanunsuz fəaliyyətinə ara verməyi ağlının ucuna belə gətirməyib. Məlumata görə, o, bundan 2 il əvvəl də bənzər situasiya ilə üzləşib. Həmin vaxt özünün birinci müavini olan Yusif Seyidovu eyni qaydada güdaza verən icra başçısı kürsüsünü qoruya bilib. Yusif Seyidovu isə ağaca görə yox, Sədərəyin köhnə su xəttini söküb borularını metallom qiymətinə satdığına görə işdən azad ediblər. Deyilənlərə inansaq, o zaman da işin arxasında Həbib İbrahimov dayanırmış. Günah keçisi yerinə başı kəsilən isə Yusif Seyidov olur.
İcra başçısı işlədiyi 13 il müddətdə 2 birinci müavinini qurban verən Həbib müəllimin 3-cü qurbanının kim olacağını yəqin ki, bir də bir-neçə ildən sonra biləcəyik. Atalar demişkən, yaz var, qış var, nə tələsik iş var?
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar