Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
“Biz CXP olaraq milli maraqlar və demokratiya uğrunda dialoq şərtlərini müdafiə edirik”
Azərbaycanın siyasi palitrasında iqtidarlı-müxalifətli dialoq mövzusu ilk dəfədir ki, gündəmin aparıcı mövzusuna çevrilib. Bu yöndə müxtəlif səviyyədə çağırışların səsləndirilməsi, fərqli ideoloji baxışların uzun illərdir çarpazlaşmasına baxmayaraq,
kreaktivlik ön sırada yer alıb. Təbii olaraq, iqtidarın dialoq çağırışında ölkəmizin Konstitutsiyasına qarşı çıxmayan bütün siyasi partiyaların yer alması çox mühüm hadisə kimi qiymətləndirilir.
Dialoq mövzusuna skeptik yanaşan, hətta bu yöndə xüsusi fəallığı ilə seçilən CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik?
– Bədrəddin bəy, bir neçə il bundan öncə də iqtidar-müxalifət müstəvisində siyasi dialoq çağırışları səsləndirilmişdi. Ancaq, həmin danışıqlar fiaskoya uğradı. Yenidən dialoq çağırışları fərqli məcrada gündəmə gəlməkdədir. Bunu necə qiymətləndirirsiniz?
– Son günlər Milli Məclisdə təmsil olunan və azlıqda qalan siyasi partiyaların sədrləri ilə Prezident Administrasiyasının siyasi partiyalarla və qanunvericiilik orqanlarla iş üzrə şöbənin müdiri Ədalət Vəliyev videokonfrans keçirib. Bu videokonfrans zamanı əsasən pandemiya ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, bu addımın özü milli maraqlar baxımından ciddi addımdır. Çünki gələcəkdə zəruru islahatların aparılması, ölkədə daxili və beynəlxalq vəziyyətin müzakirəsinin effekt verəcəyinə inanırıq. Bu ölkəmizin ərazilərinin Ermənistanın işğalçılıq siyasəti yönündə hamılıqla ortaq qərar verməyimiz çox vacibdir. Yaxın gələcəkdə gözlənilən strateji məsələlərdə vahid mövqe sərgiləmək üçün ölkənin siyasi palitrasını təmsil edənlərin iradəsi dövlətçiliyimiz üçün yeni mərhələnin başlanğıcı deməkdir. Bütün bunlar cəmiyyətin mövqeyinin aparıcı ünsürünə çevrilməlidir. İndiyədək aparılan dialoqlar fərqli şəkildə həyata keçirilib. Hər bir siyasi partiyanın mövqeyi və hədəfləri qarşılıqlı şəkildə ifadə olunub. Bu görüşlərdə bir sıra təkliflər və islahatlar paketi səsləndirilib. Azərbaycanda elan edilən islahatlara qarşı sərt mövqe nümayiş etdirən məmurların və hətta nazirlərin vurulması da məhz bu ideyanın ayrılmaz parçasıdır. Beləliklə dövlətimizin maraqlarına zidd olan qüvvələrin hakimiyyətdə tutduqları mövqedən uzaqlaşdırılması təbii olaraq bizləri çox sevindirir.
– Sizin fikrinizcə, həll olunmamış problemlər qalırmı?
– Əlbəttə. Biz dialoq məsələsində bütün görüşlərimizdə və ölkə KİV-lərində normal demokratik seçki mühitinin olmaması ucbatından baş verən neqativ hallara görə cəmiyyətin narazı kütləsinin sayının artması ilə ölkəmizin inkişafı qarşısında böyük əngəllərin olduğunu qeyd etmişik. Bu neqativ hallar ölkənin milli qüvvələrinin dövlət quruculuğu prosesindən kənarda saxlanılmasının nəticəsidir ki, biz bəşəri mənada inkişafdan dərəcədə geri qalırıq. Həmin antimilli qüvvələr seçki saxtakarlığı apararaq, özləri üçün xüsusi imtiyazlar əldə etməklə yanaşı həm də komfortlu həyat düzəni içində ölkəni dağıtmaq siyasətini yürüdürdülər. İndi onların dövlət səviyyəsində tutduqları mövqelərdən uzaqlaşdırılması, eləcə də irəli sürülən proyektlər ökləmizdə tamamilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
– Niyə kadr və infrastruktur məsələlərində bu qədər gecikdik?
– Əgər Prezident səviyyəsində “Beşinci kolon”nun ölkəmizin inkişafına qarşı bütün cəhdlərlə mane olduqları elan edilirsə, deməli çox ciddi problemlər mövcuddur. Adi həqiqətləri sadalasaq, bu tablonu görmək heç də çətin deyil. Regionların inkişafı üzrə Dövlət Proqramı, şəffaf hökumət, struktur islahatları, sosial, iqtisadi, vergi, gömrük, mədəniyyət və digər sahələrdə islahatlar elan edilmiş, bu məsələnin real nəticə verməsi üçün ötən bir ildə Prezidentin imzaladığı 308 qanun, 452 fərman, 880 sərəncam çox böyük rəqəmdir. Halbuki ölkəni məmur-oliqraxiya təfəkkürü ilə idarə etməyə alışmış məmurlar fundamental islahatlara dolayı yolla və büroktarik əngəllər yaratmaqla qarşı çıxırdılar. “Beşinci kolon”na daxil olan bu zümrənin hakimiyyətdən uzaqlaşdırılmasının nəticəsidir ki, indi cəmiyyətin bütün spektrləri ilə açıq və səmimi şəkildə dialoqlara başlanılıb. Biz CXP olaraq, bu görüşlərdə iştirak etməklə yanaşı, partiyamızın rəhbərliyində təmsil olunan mütəxəssislərlə hazırladığımız bir sıra təkliflərimizi də təqdim edirik.
– “Beşinci kolon” deyimi cəmiyyətimizdə hələ də bir qədər qaranlıq qalır
– Biz CXP olaraq, dövlətimizin və xalqımızın milli maraqlarını nəzərə alaraq uzun illərdir bu barədə sərt şəkildə fikirlərimizi ifadə etmişik və iradəmizi ortaya qoymuşuq. “Beşinci kolon” sadəcə Rusiyanın ənənəvi metropol siyasətinin daşıyıcısı olmayıb. Eyni zamanda onlar Rusiya üzərindən Ermənistanla və erməni lobbisi ilə daim iç-içə olub. Ruspərəst və ermənipərəst mövqe sərgilədikləri üçün illərdir Azərbaycanın milli və dövlət maraqlarına qarşı çıxıb. Bu istiqamətdə nə kimi addım atdıqlarını biz neçə illərdir daşdan keçən faktlarla ortaya qoymuşuq. Problemin acınaqcaqlı tərəfi odur ki, həmin faktları heç zaman inkar etməyiblər. Ermənistan və erməni lobbisi çox asanlıqla “Beçinci kolon”un sayəsində ölkəmizin daxili işlərinə, siyasi, iqtisadi, sosial, mədəni, insan haqları, azlıqların separatizm meyillərinə yuvarlanması yönündə və digər sahələrdə öz maraqlarını həyata keçirə bilirdi. Bu gün “Beşinci kolon”nun ifşası və hakimiyyətdən uzaqlaşdırılmaqla milli iradəyə çevrilmənin dönməzliyini müşahidə edirik. Bu, həmin “Beşinci kolon”dur ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin işğalında müstəsna rol oynayıb.
– Bəs bundan sonra biz nələri müşahidə edəcəyik?
– Elə dialoq mühitinin yaradılması da bu məsələyə görə baş tutur. İslahatların hansı məcrada inkişaf etdirilməsi çox vacibdir. İndiki məqamda islahatlar ölkənin bütün qüvvələrinin vahid komanda şəklində iştirakı ilə müşahidə olunur. Milli və dövlət maraqlar çərçivəsində birlikdə verilən bəyanatlar təqdirəlayiqdir. Bu həm də sübut edir ki, ölkədə milli və antimilli qüvvələrin düşərgəsini isbat edən amillərdən biridir. İndi bütün dövlət strukturlarında aparılan islahatlar bu amala xidmət edir. Biz CXP olaraq təklif edirik ki, milli maraqlarımızı təmsil edən yeni seçki sistemi keçirilməlidir. Çünki Milli Məclisdə hələ də “Beşinci kolon”un iradəsi ilə fəaliyyət göstərən şəbəkə öz işini görməkdə davam edir. Aparılan islahatlar ölkənin daxili və beynəlxalq standartlarına hesablanmış demokratik proseslərə təkan verməlidir. Yerli bələdiyyələrin hüquqları artırılmalı və yerlərdə uzun illərdir kök salmış “idarəetmə feodalları” vəzifələrindən uzaqlaşdırılmalıdır. Nazirlər Kabineti və Milli Məclisin hüquq və saləhiyyətlərinin son illərdə daraldılması kimi neqativ hallara nöqtə qoyulmalıdır. Normal hüquqi dövlət və demokratik proseslər məhz bu baxımdan demokratik mühiti formalaşdıra bilər.
– Bəs vurulmuş kadrlar, sizin fikrinizcə, dinc duracaqlarmı?
– Biz onların hər gün necə nəfəs aldıqlarını müşahidə edirik. Dövlət büdcəsini illərdir talan edənlərin bəzilərinin dinc durmayaraq, dövlətçiliyimizə zərbə vurmaq üçün fürsət gözlədiklərini də görürük. Ona görə biz CXP olaraq, bildiririk ki, bu mənfi halların aradan qaldırılması üçün milli qüvvələr bir araya gələrək dialoq yolu ilə vətəndaş həmrəyliyi sayəsində bütün problemlərin qarşısını almalıyıq. Əllərində böyük kapital olan qüvvələr bəzi dövlətlərin şirnikləndirici təhrikləri ilə ölkəmizin daxili sabitliyini pozmaq üçün, ordudakı və digər güc strukturlarındakı dayaqları vasitəsilə təsir vasitələrini artırmaq üçün canfəşanlıq edirlər. Onlar ölkədəki demokratik prosesləri özlərinin “klan” mübarizəsi müstəvisinə daşımağa çalışırlar. Bütün sağlam qüvvələr milli maraqlar çərçivəsində vahid mövqe nümayiş etdirməklə bu antidövlət siyasətini çökdürə bilərlər.
– Bütün bunları cəmiyyət dərk etmirmi?
– Biz hər gün mövcud problemlərlə bağlı açıqlamalar veririk. Xüsusilə dövlətimizin təhlükəsizlik konsepsiyasını qabardırıq. Ölkəmizə qarşı təhlükə mənbəyi olan xarici qüvvələrin neytrallaşdırılması üçün bütün milli qüvvələrlə danışıqlar aparırıq.
Cəmiyyətdə yeni siyasi proseslərin əsasları formalaşdıqca, milli qüvvələrin dövlətin yanında olması dialoq prosesinin də inkişafına böyük təsiri olur. Biz dialoq yolunda gündəmə gələn məsələlərdə gecikməməliyik. CXP olaraq son verdiyimiz təkliflər isə bundan ibarətdir. Ölkə prezidentinin yanında qeydiyyatı olan bütün partiyalardan ibarət şura yaradılmalıdır. Bu Siyasi Şura ölkənin milli təhlükəsizlik konsepsiyasının təməl prinsipləri əsasında işlək quruma çevrilməlidir. Milli maraqlarımız çərçivəsində qətiyyətli addımların atılması bu günün zərurətidir. Bu siyasi palitranın televiziya kanallaırnda sərbəst şəkildə iştirakının təmin edilməsi və bölgələrdə cəmiyyətlə açıq və səmimi şəkildə görüşlərin təşkili milli maraqların ümumxalq anlayışına çevrilməsi deməkdir. Baş verən islahatlara dəstək verilməsi şuranın sərgiləyəcəyi yanaşmadan çox asılıdır. Xüsusilə milli kadrların hakimiyyətin bütün sahələrində təmsil olunması islahatlara olan inamın gücləndirilməsidir. Azərbaycanın işğal olunmuş ərazilərinin azadlığına gedən yolun başlanğıcı məhz bu konseptdən çox asılıdır. Ona görə də biz CXP olaraq, dialoqu dəstəkləyirik.
Söhbətləşdi: Ə. Yusifoğlu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar