Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
“Elmar Məmmədyarov bügünkü açıqlamasıyla bir daha sübut etdi ki, onun üçün nə ölkənin, nə də rəhbəri olduğu XİN kimi mötəbər qurumun imici zərrə qədər də əhəmiyyətli deyil”.
Ovqat.com xəbər verir ki, AMİP-in sədr əvəzi Arzuxan Əlizadə Xarici İşlər naziri Elmar Məmmədyarovun istefa ehtimalı ilə bağlı fikirlərini şərh edərkən belə deyib.
Xatırladaq ki, Elmar Məmmədyarov bugünkü mətbuat açıqlamasında istefa verəcəyi ilə bağlı deyilənlərə şərh vermək fikrində olmadığını bildirmişdi.
Arzuxan Əlizadənin fikrincə, Elmar Məmmədyarovun bu sözləri onun məsuliyyət hissindən yoxsul olduğu göstərir və Dağlıq Qarabağ kimi həyati önəm daşıyan problemin belə bir adama həvalə edilməsi təəssüf doğurur:
“Belə çıxır ki, 16 illik nazirlik dövründə bu adamı nə Dağlıq Qarabağ və işğal altında olan ərazilərimiz, nə Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq aləmdəki imici, nə ölkəmizi xaricdə səfir olaraq kimlərin təmsil edəcəyi, nə də bütün bunlara rəğmən ölkədaxili ictimai rəy heç bir zaman ilgiləndirməyib. Bu adam indi də istefası ilə bağlı xaricdəki ağalarının mövqeyini və bəlkə də növbəti dəfə dəstəyini gözləyir.
XİN-də baş verənlərin ictimailəşməsi ilə əlaqədar hesab edirəm ki, E. Məmmədyarov (özü siyasi mədəniyyət göstərib istefa verməsə, hansı ki, bunu edəcəyinə çox böyük şübhəm var) dərhal istefaya göndərilməli, xüsusi nəzarət altında saxlanılmalı və ölkədən çıxışına qadağa qoyulmalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar