Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
“İstər hazırda, istərsə də 2016-cı ilin aprelində Ermənistan ilə Azərbaycan arasındakı konfliktin çoxsaylı məqamlarında yaranan mürəkkəb vəziyyət bizə göstərdi ki, "müttəfiqlərimizə" ümid etməyə dəyməz”.
Ovqat.com xəbər verir ki, Armianreport.com saytının “Rusiya və KTMT, tfu sizə!” sərlövhəli məqaləsində belə deyilir.
Tevas Arşakyan adlı müəllifin qələmə aldığı yazını zəruri redaktə süzgəcindən keçirərək təqim edirik.
“Artıq ikinci gündür ki, Azərbaycanın Tavuş istiqamətində Ermənistana qarşı silahlı təcavüzü davam edir. Xoşbəxtlikdən bizim üçün daxili siyasi böhranın qeyri-qənaətbəxş təsiri ordumuza toxunmayıb… Lakin Azərbaycanın Ermənistana qarşı növbəti təxribatı Ermənistan cəmiyyəti və hakimiyyəti qarşısında Rusiya və KTMT timsalında "müttəfiqlərimiz" məsələsini yenidən aktuallaşdırıb.
Rəsmi İrəvanın məlumatına görə, hələ dünəndən həm Moskvaya, həm də KTMT-yə sərhəddə azərbaycanlıların keçirdiyi döyüşlər barədə məlumat verilib. Həm hərbi-siyasi müttəfiqimiz Rusiya və həm də üzvü olduğumuz hərbi blok KTMT Ermənistanın neft dollarlarına və çoxlu sayda hərbi texnikaya malik qonşusunun təcavüzünə məruz qalması ilə əlaqədar xəbərdar ediliblər. Ancaq yenə də bizi acı təəssüf hissi gözləyirmiş.
Əvvəlcə Rusiya XİN "narahatlıq ifadə edən” bəyanatla “qarşı-qarşıya duran tərəfləri təmkinli olmağa, qəti şəkildə atəşkəsə əməl etməyə çağırıb".
Üzr istəyirəm, amma duyğularım məni boğur. Siz orada, Moskvada, artıq tamamilə axmaqlaşıbsınızmı? Yoxsa korsunuz? Niyə kimin qurban və kimin təcavüzkar olduğunu görmürsünüz? Azərbaycan artilleriyası ikinci gündür, Tavuşdakı yaşayış məntəqələrimizi atəşə tutduğu halda Moskvada hansı təmkindən danışırlar? Siz heç olmasa Türkiyənin Azərbaycanın müdafiəsində sinəsini necə qabağa verdiyinə baxın. Etiraf etmək lazımdır ki, Ankara açıq şəkildə bütün regiona Bakının əsl hərbi-siyasi müttəfiqi olduğunu, hətta onların cinahında hərbi əməliyyatlara belə, girə biləcəyini nümayiş etdirir. Təəssüf ki, Ermənistan Rusiyanın timsalında belə bir müttəfiqi ilə öyünə bilməz – ruslar növbəti dəfə bizə xəyanət edərək, rus silahı da daxil olmaqla təpədən-dırnağa silahlanmış bir qüvvənin hücumu qarşısında yalnız buraxdılar.
KTMT isə daha böyük həyasızlıq göstərdi. Məlum olduğu kimi, bu gün KTMT-nin Baş katibi Stanislav Zaisin təşəbbüsü ilə qurumun Daimi Şurasının təcili iclası çağırılmışdı. Lakin son anda iclas qeyri-müəyyən müddətə təxirə salındı.
"Toplantı tərəflər arasında məsləhətləşmələrin aparılması səbəbindən təxirə salınıb, həmçinin müzakirələrin hansı formatda aparılmalı olduğu dəqiqləşdirilməlidir", - deyə KTMT-nin mətbuat xidmətinin bəyanatında bildirilir.
Lənət şeytana, utanmazlar! KTMT üzvünə qarşı təcavüzlə bağlı susmağnız azmış kimi, həm də cılız bəhanə ilə iclası ləğv edirsiniz. Hamınız Azərbaycanı razı salmaq üçün Ermənistana kömək etməmək üçün hər şeyi etməyə hazırsınız. Bu, başa düşüləndir – Qazaxıstan və Belarusun liderləri olan Nazarbayev də, Lukaşenko da Əliyevin qardaşlarıdır, onun atasının adına medallar və ordenlər daşıyırlar. Onlar heç bir halda Əliyevlə qarşıdurmaya girişməzlər. Xüsusilə də Demokratik Ermənistan naminə.
Beləliklə, bu vəziyyət istər 2016-cı ilin aprelində, istərsə də indi Ermənistanla Azərbaycan arasındakı gərginliyin çoxsaylı məqamlarında bizə bir daha göstərdi ki, "müttəfiqlərimizə" ümid etməyə dəyməz. Heç vaxt və heç bir şəraitdə. Onlar bizi azərilərə və türklərə həmişəki kimi yenə satacaqlar.
Burada da yenə məcburuq ki, bir çox vətəndaşlarımızı narahat edən bir məsələni qaldıraq: Ermənistana KTMT və Avrasiya İqtisadi Birliyi hansı xüsusiyyətlərinə görə lazımdır? Ruslar azərilərə lobbiçilik edəndə və onun Ermənistana təcavüzünə diqqət yetirməyəndə, biz onu özümüzə necə müttəfiq hesab edə bilərik? Bəlkə artıq ölməkdə olan imperiyanı tamamilə məğlubiyyətə uğratmaq və nəhayət, Qərbin xeyrinə qəti seçim etmək vaxtıdır? Amma əvvəlcə Rusiyanın hərbi bazalarını Ermənistan ərazisindən yola salmalıyıq . Ermənistan rus donuzlarını niyə yedizdirməlidir, bir halda ki, onların bizə heç bir xeyri yoxdur?
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar