Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Rusiyanın Lenta.RU nəşrinə müsahibə verib.
Müsahibənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:
- Bu dəfə gərginlik həmişəki kimi Dağlıq Qarabağda deyil, Tovuz istiqamətində yaşanır. Sizcə nə baş verir?
- İlk növbədə real faktlara baxmaq lazımdır. Faktlar isə ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribata əl ataraq, atəşkəs rejimini kobud şəkildə pozub.
Erməni tərəfi əvvəlcə artileriyadan istifadə edib, yalnız bundan sonra cavab atəşi və əks-hücumla bu həmlənin qarşısı alınıb. Atəşkəs rejiminin pozulması açıq-aydın göstərir ki, baş verənlərə görə məsuliyyət erməni tərəfinin üzərinə düşür.
- Axı bu, Yerevanın nəyinə lazım idi?
- Ermənistan belə hərbi avantüralara əl atmaqla üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinin cəlb etməyə, Azərbaycana qarşı yürütdüyü işğalçı, təcavüzkar siyasətə görə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Axı Yerevanın hərəkətləri onun üzv olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə ziddir.
Bundan başqa, mənə elə gəlir ki, Ermənistanın bu köhnə münaqişəni qızışdırmaq cəhdləri üzləşdiyi sosial-iqtisadi problemlərin dərinləşməsi ilə də bağlıdır. Söhbət ölkə rəhbərliyinin destruktiv siyasəti nəticəsində COVID-19-un geniş yayılmasından gedir. Sərhəddəki gərginlik diqqəti daxili problemlərdən yayındırmaq məqsədi güdür. Biz isə sərhəddə gərginliyin yaradılmasına qarşıyıq. Lakin həm sərhəd xidmətimiz, həm Silahlı qüvvələrimiz təxribatın qarşısını almaq üçün gücləndirilib.
- Yəni Bakı, hadisələrin belə inkişafına hazır idi? Hətta hazırlaşmısınız da?
- Bilirsiniz, daha bir faktı əlavə etmək istərdim: iyulun 12-si bazar günü biz Ermənistanın Tovuzla sərhəddə ağır hərbi texnika və canlı qüvvə cəlb etdiyini gördük. Biz bunu artilleriyadan istifadə ilə hücuma hazırlıq kimi qiymətdəndiririk. Amma erməni tərəfi heç nə əldə edə bilmədi. Bakı sərhəddə gərginliyə gətirib çıxara biləcək təxribatların qarşısını almağa daim hazırdır. Azərbaycan sərhəddinin Qazax və Tovuz rayonları boyu əhəmiyyətli hissəsində Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşib. Erməni tərəfi isə əksinə, sistematik olaraq dövlət sərhədlərini hərbiləşdirməkdə və bilərəkdən dinc vətəndaşları atəşə tutmaqda davam edir.
- Vəziyyət daha ciddi hərbi münaqişəyə çevrilə bilərmi?
- Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasında münaqişə artıq 30 ildir – Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal olunandan davam edir. Hazırda o ərazilərdə bizim silahlı qüvvələrimiz üz-üzə dayanıblar. Bütün bunlar yüz minlərlə hərbçinin üz-üzə durduğu Birinci və İkinci Dünya müharibələrinin ssenarisini xatırladır və bu o deməkdir ki, hər an toqquşma mümkündür. Yeni təxribatlar gözləməyə dəyərmi sualını isə erməni tərəfinə vermək lazımdır, Azərbaycan torpaqların onlar işğal ediblər.
- Artıq Türkiyə Azərbaycana dəstəyini ifadə edib. Hər halda, əgər müharibə olarsa, onun bütün bölgəni əhatə edə biləcəyi nə qədər ehimal olunur?
- Mən bunu real ssenari saymıram. Bu gün İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri öz narahatlıqlarını ifadə ediblər. Biz bu ölkələrə Ermənistanın məsuliyyətsiz siyasətinə laqeyd qalmadıqları üçün öz təşəkkürümüzü bildiririk. Qonşularımız yaxşı başa düşürlər ki, müharibənin yenidən qızışacağı halda bu, onlara da təsir edəcək. Ermənistan düşünülməmiş hərəkətlər edir və bunun nəticələri onu narahat etmir. Azərbaycan hər zaman məsələni sülh yolu ilə həll etməyə hazırdır və biz həmişə təşəbbüs göstəririk. Biz bu məsələni həmişə ATƏT-in nümayəndəsilə müzakirə edirik, digər ölkələrin diqqətinin problemdən yayınmasını istəmirik. Ermənistan isə əksinə, digər dövlətləri təxribata çəkməkdə çox maraqlıdır.
- Rusiya bu münaqişəni dayandırmağa kömək edəcək tərəf qismində çıxış edə bilərmi?
- Əlbəttə, Rusiyanın bu məsələnin nizamlanmasında rolu çox böyükdür. Biz Rusiya Federasiyasının rəhbərliyi və şəxsən prezident Vladimir Putinin lazımi addımlar atmasını yüksək qiymətləndiririk. Lakin, təəssüf ki, Ermənistanın işğalçı və təxribatçı addımları məsələnin sülh yolu ilə həllinə imkan vermir. Biz Ermənistanın məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edirik.
Lenta.Ru,
Rusiya
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar