Xəbər lenti
Bu gün, 21:44
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Türkiyə hərbçiləri Rusiyanın Ermənistandakı bazasını neytrallaşdırmağa hazırdır
“Türkiyə Ordusunun lokal münaqişələrdəki (məsələn, Suriya, Liviya və İraqda) döyüş təcrübəsi göstərir ki, Ankara artıq çoxdan döyüşdə kəmiyyətə yox, keyfiyyətə üstünlük verir. Türkiyə Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından, təyyarə və vertolyotlardan, reaktiv yaylım atəşi sistemlərindən, həmçinin düşmənin arxa cəbhəsində diversiya tapşırıqları yerinə yetirən xüsusi təyinatlı birləşmələrdən geniş istifadə edir”.
Ovqat.com xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Türaz Qartalı-2020” hərbi təlimlərini şərh edərkən belə yazıb.
“Türkiyə hərbçiləri Rusiyanın Ermənistandakı bazasını neytrallaşdırmağa hazırdır” sərlövhəli məqaləni təqdim edirik.
Azərbaycan və Türkiyə iyulun 29-da aviasiya və quru qoşunlarının iştirakı ilə genişmiqyaslı birgə hərbi manevrlərə başlayıblar. Təlimin keçiriləcəyini Bakı hələ bazar ertəsi açıqlamışdı. Elə həmin gün Türkiyə Silahlı Qüvvələrinin hücum kontingenti (şəxsi heyət, zirehli texnika, artilleriya) Araz çayı üzərindəki sərhəd keçid məntəqəsindən Naxçıvana daxil olub.
Azərbaycan mətbuatının məlumatına görə, Türkiyə ilə yanaşı, həm də Ermənistan və İranla həmsərhəd Naxçıvan bölgəsinə 11 min Türkiyə hərbçisi gəlib. Deyilənə inansaq, demək söhbət diviziyadan gedir. Onu say tərkibinə görə Yerevan və Gümrüdə yerləşən Rusiya hərbi bazası ilə müqayisə etmək olar.
Türkiyə hərbi karvanının Naxçıvana gəlişini əks etdirən videokadrlara əsasən (zirehli texnika, treyler və avtobusların sayı nəzərə alınmaqla), Naxçıvan ümumqoşun ordusunun qarnizonlarında 1000 nəfərədək hərbi qulluqçudan ibarət Türkiyə taktiki tabor qrupunun yerləşdiyini söyləmək olar. Taktiki normativlərə görə, bu qrupun Ermənistandakı istənilən hədəfi vura biləcək reaktiv yaylım atəşi sistemləri və hücum aviasiyası ilə gücləndirilməsi mümkündür.
Yerli mətbuatın məlumatına görə, hava yolu ilə Azərbaycanın digər bölgələrinə də əlavə Türkiyə birləşmələri, hərbi təyyarələr və vertolyotlar gətirilib. Onlar Bakı yaxınlığındakı poliqonlarda, həmçinin Ermənistan sərhədinə və Dağlıq Qarabağa yaxın ərazilərdə – Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda təlimlərə qatılacaq. Burada türkiyəli əsgər və zabitlərinin sayı çox deyil – hərəsi 30-50 nəfərdən ibarət cəmi bir-iki bölmə. Türkiyə aviasiyasının təlimlərə hansı sayda qatıldığı hələlik məlum deyil.
Türkiyə Ordusunun lokal münaqişələrdəki (məsələn, Suriya, Liviya və İraqda) döyüş təcrübəsi göstərir ki, Ankara artıq çoxdan döyüşdə kəmiyyətə yox, keyfiyyətə üstünlük verir. Türkiyə Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından, təyyarə və vertolyotlardan, reaktiv yaylım atəşi sistemlərindən, həmçinin düşmənin arxa cəbhəsində diversiya tapşırıqları yerinə yetirən xüsusi təyinatlı birləşmələrdən geniş istifadə edir. Ankara bu təcrübəni Azərbaycana da ötürməyə hazırdır. Görünür, Ermənistanla sərhəddəki gərginlikdən sonra, iyulun 16-da Ankaraya məsləhətləşmələrə yollanmış Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun başçılıq etdiyi nümayəndə heyəti də məhz bu barədə müzakirələr aparıb. Türkiyənin Milli Təhlükəsizlik Şurasının həmin məsləhətləşmələrdən 1 həftə sonra verdiyi bəyanatda deyilir ki, Azərbaycan torpaqlarınını uzun illərdir işğalda saxlayan Ermənistan həmin əraziləri boşaltmalıdır. Prezident Rəcəb Tayib Ərdoğanın imzaladığı sənəddə bildirilir ki, “Türkiyə qardaş Azərbaycan xalqının haqq mübarizəsində qəbul etdiyi istənilən qərarı dəstəkləyəcək”.
Bakının qərarınını necə olacağı hələ məlum olmasa da, ölkənin müdafiə naziri Zakir Həsənov hələ bir ay əvvəl Azərbaycanın dağlarda keçirdiyi hərbi təlimlərə yekun vurarkən demişdi ki, “Azərbaycan Ordusu Qarabağ münaqişəsi zamanı itirilmiş torpaqların azad edilməsi vəzifəsinin öhdəsindən gəlməyə hazırdır”. Onun sözlərinə görə, ölkədə keçirilən hərbi təlimlərin əsas məqsədi hərbçilərin məhz Ermənistanla döyüşlərin başlamasına hazır vəziyyətdə saxlanılmasıdır.
Azərbaycanın Türkiyə ilə birgə təlimlərinin Ermənistanla mümkün müharibə üçün müqəddimə olub-olmadığı hələlik məlum deyil. Məlum olan odur ki, bu, ölkənin bütün postsovet tarixi boyu keçirilən ən miqyaslı təlimlərdir və o, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fonunda başlayıb. Bakı və Ankaradan səsləndirilən bəyanatlara əsasən demək olar ki, Azərbaycan-Türkiyə manevrləri hücum xarakteri daşıyacaq və Ermənistanın, həmçinin onun mümkün müttəfiqlərinin “aqressiv” hərəkətlərinin qarşısını almağa yönələcək. “Heç kimə sirr deyil ki, Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazası Ermənistan ordusu ilə daimi əlaqədədir. İndi, onlar döyüş hazırlığı planlarına görə Kamxud və Alagəz poliqonlarında birgə tapşırıqlar həyata keçirir. Rusiya və Ermənistan silahlı qüvvələri “Qafqaz-2020” birgə strateji komanda-qərargah təlimlərinin keçirilməsinə hazırlaşırlar. Əgər Naxçıvan istiqamətindən Ermənistan ordusunun mövqe və qarnizonlarına zərbələr endirilərsə, yəqin ki, bu, Ermənistandakı Rusiya birləşmələrinə də təhlükə törədəcək”, - deyə general-leytenant Yuri Netkaçov “Nezavisimaya qazeta”ya bildirib.
Qeyd edək ki, Netkaçov 90-cı illərdə Rusiyanın Cənubi Qafqazdakı ordu qruplarının komandan müavini olub və dəfələrlə 102-ci bazanın yoxlanılmasında iştirak edib.
Ekspertin fikrincə, indi ümid münaqişə tərəflərinin sağlam düşüncəsinə qalıb. “Bu təlimlərdən əvvəl Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə telefon danışığında Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışmış, gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərə yol verilməməsinin vacibliyini vurğulamışdı. Hər iki tərəf də münaqişəli vəziyyətin yalnız sülh yolu ilə, danışıqlar vasitəsilə aradan qaldırılmasında maraqlı olduğunu deyir”, - deyə Netkaçov qeyd edib.
Vladimir Muxin
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar