Xəbər lenti

 
Fransa Hərbi Hava Qüvvələrinə aid 2 döyüş və 1 nəqliyyat təyyarəsi Cənubi Kirpin paytaxtı Pafosdakı Andreas Papandreou hava bazasına enib.
 
Ovqat.com xəbər verir ki, məlumatı Yunanıstanın “Politis” nəşri yayıb.
 
Məlumata görə, Fransa təyyarələri avqustun 1-də qüvvəyə minən Cənubi Kiprlə Fransa arasında bağlanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində bu adaya gəliblər.
 
Pafosda bir neçə gün qalacaq olan Fransız təyyarələri Kipr Rum tərəfi tərəfindən birtərəfli olaraq elan edilən müstəsna iqtisadi zonada Şərqi Aralıq dənizində patrul xidmətlərini yerinə yetirəcək və Fransanın bölgədəki dəniz qüvvələri ilə əməkdaşlıq edəcək.
 
 Sentyabr ayında Fransa ilə Şimali Kiprin  birgə hava manevrinin keçirilməsi planlaşdırılıb və digər ölkələrin də bu təlimdə iştirak edə biləcəyi bildirilir.
 
Avqustun 6-da Yunan mətbuatında yer alan xəbərə görə, Fransa ilə Kipr Rum tərəfi arasında 2017-ci ildə imzalanmış müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin ayın əvvəlində qüvvəyə minib.
 
Bəs Fransa təyyarələrinin patrul xidməti həyata keçirəcəyi vurğulanan müstəsna iqtisadi zona nədir?
 
Beynəlxalq dəniz hüququnun əsas prinsiplərindən Cenevrə Dəniz Konvensiyalarına görə,  müstəsna iqtisadi zona — ərazi dənizinin hüdudlarından kənarda yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonudur.

Bu da Şimalı Kirpin 500 km radusunda qalan su sahələrini nəzarət altına almaq mənasına gəlir və Türkiyənin Aralıq dənizindəki suveren hüquqlarını pozur.

Müstəsna iqtisadi zona, ilk dəfə olaraq dəniz hüququ üzrə 1982-ci il Konvensiyası ilə nəzərdə tutulmuş xüsusi hüquqi rejimə malikdir. Bir tərəfdən, o, açıq dənizin bir hissəsidir, digər tərəfdən isə, sahiyanı dövlət bu zonada bir sıra iqtisadi xaraqtərli suveren hüquqlar həyata keçirir: 1) burada olan bütün təbii ehtiyatların kəşfiyyatı və istismarı sahilyanı dövlətin müstəsna hüququdur: xarici dövlətlərin bu fəaliyyətdə iştirakı yalnız sahilyanı dövlətlə razılaşma əsasında olabilər; 2) sahilyanı dövlət burada iqtisadi məqsədlərlə süni adalar və qurğular yarada bilər, elmi tədqiqatlar apara bilər; 3) dəniz mühitinin qorunub saxlanması da sahilyanı dövlətin yurisdiksiyasına aiddir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 2 958          Tarix: 11-08-2020, 17:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma