Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Almaniyanın vasitəçiliyi ilə Aralıq dənizinin şərqinin statusu barədə Yunanıstan və Türkiyə arasında danışıqlar sürərkən, rəsmi Afinanın gizli şəkildə Misirlə mübahisəli su hövzələrində karbohidrogen yataqlarının istismarı ilə bağlı tədqiqatları nəzərdə tutan müqavilə imzalama cəhdi gərginliyi yenidən artırırdı. Dünən Türk hərbi donanmasının müşayiəti altında “Oruc Rəis” tədqiqat gəmisinin Meis və Rodos adaları yaxınlığında fəaliyyətə göndərilməsi və bu ərazilərdə “Navteks” elan olunmasına Yunanıstan sərt reaksiya göstərdi. Türkiyənin bu reaksiyalara adekvat cavabı isə ciddi beynəlxalq gərginliyə yol açdı.
Türkiyə ilə Yunanıstan arasında 2.5 aydan sonra yenidən şiddətlənən gərginliyin gizlinləri ortaya çıxıb.
Türkiyənin “Milliyet” qəzetinin yazdığına görə, son hadisələrdən sonra Almaniya kansleri Merkel dünən Ankaraya zəng edərək Türkiyə prezidenti ilə yenidən danışmaq istəyib. Tərəflər danışıqlara bu gün, ya da sabah başlamaq barədə razılıq əldə ediblər.
Qeyd edək ki, iyun ayının 22-də bənzər insidentlər yaşananda da Merkel iki tərəf arasında vasitəçilik etmiş və onları masa ətrafında oturmağa razı salmışdı. Hər şey öz axarına düşəndən sonra isə gərginlik daha ciddi şəkildə yenidən ortaya çıxmışdı. Görünən bu idi ki, 3 aya yaxın davam edən danışıqlar Yunanıstanın şıltaqlığı nəticəsində bozulmuşdu.
Bəs, tərəfləri masadan qalxmağa nə vadar etmişdi?
“Milliyet” qəzeti bu suala aydınlıq gətirərək yazır: “İki ölkə təxminən 2.5 ay əvvəl Almaniyanın təşəbbüsləri ilə masaya oturmağı qərara aldılar. Prezident Ərdoğan bu missiyaya rəhbərliyi sözçüsü İbrahim Qalına tapşırmış, Xarici İşlər Nazirliyi və hərbi rəsmilər də öz həmkarları ilə danışıqlara başlamışdılar”.
İddialara görə, heyətlər əvvəl Afinada, daha sonra İstanbulda bir araya gəlməyə razılıq veriblərmiş. Elə həmin sıralarda Türkiyənin Ayasofya camisini ibadətə açması yunanlar üçün bəhanəyə çevrilir. Türkiyə yunan heyətini İstanbula dəvət etsə də, Afina bu şəraitdə həmin şəhərə gəlmələrinin düzgün olmayacağını bildirir. Ankaranın “onda biz Afinaya gələk” təklifi də qəbul olunmur. Gərgin müzakirələrdən sonra danışıqların “neytral zona”da – Berlində keçirilməsi qərara alınır.
Almaniyanın paytaxtında keçirilən danışıqlar nəticəsində tərəflər ötən həftə üç əsas mövzuda razılaşırlar: Türkiyə və Yunanıstan, Şərqi Aralıq dənizi böhranının başa çatması üçün qarşılıqlı kəşfiyyat danışıqlarına başlayacaq; Siyasi danışıqlar sürətləndiriləcək; əsgərlər arasında etimadı artıran görüşlər davam etdiriləcək.
Tərəflər qərara gəliblər ki, əldə edilən bu razılıqlarla bağlı avqustun 7-də ortaq bəyannamə versinlər. Bəyannamənin verilməsinə bir neçə saat qalanda isə Yunanıstandan başqa xəbərlər gəlir. Məlum olur ki, yunan tərəfi ayın 6-da Misirlə Aralıq dənizinin şərqində tədqiqat işləri aparmaq barədə müqavilə imzalayıb.
“2.5 ay davam edən danışıqlar zamanı yunan tərəfi “Biz Misirlə görüşürük” kimi bir söz ifadə etmədiyindən ortaya çıxan problemlə əlaqədar Prezident sözçü İbrahim Qalın başda olmaqla Türkiyə heyəti qarşı tərəfə etirazlarını bildirib. “Biz bu təşəbbüsü qəbul etmirik, bunun bir daha təkrarlanmayacağına dair söz istəyirik” mesajını verib.
İbrahim Qalın öz tərəf müqabilinə deyib: “Türkiyə Respublikası adından danışıqlar aparan bir adam olaraq Türkiyəni kənarda qoymaqla Şərq Aralıq dənizində iki, üç və ya çox tərəfli hər hansı müdaxiləni qəbul etmədiyimizi diqqətinizə çatdırıram. Biz sizi kənarda qoymayacağımıza dair öhdəlik götürür, sizdən də eyni münasibət gözləyirik””, – “Milliyet” qəzeti belə yazır.
Qəzetin iddiasına görə, yunan tərəfinin cavabı isə “Bu, Türkiyə ilə apardığımız danışıqlarla əlaqəli bir məsələ deyil” şəklində olub. Cavab Rəcəb Tayib Ərdoğana çatdırılıb, o isə “danışıqları dayandırmaq” əmri verib.
Bundan sonra Türkiyə öz seysmik tədqiaqtlar gəmisi “Oruc Rəisi” yenidən görəvə göndərib.
Türkiyənin “Hürriyet” yazdığına görə, Yunanıstan bu zaman belə, öz təxribatçı mövqeyindən geri çəkilməyib. İddia edilir ki, Afina “Oruc Rəis”-i zərərsizləşdirmək üçün bir neçə plan qurubmuş. Planlardan bəziləri:
a. Türk seysmik tədqiqat gəmisinin irəliləməsinin qarşısını almaq üçün yunan döyüş gəmilərindən “üzən divar” meydana gətirmək:
b. “Oruc Rəis” açıq dənizlərə hərəkət edərsə, kabellərini kəsmək və ya onu zədələmək.
c. “Oruc Rəis”lə bir və ya bir neçə gəmini ‘təsadüfən’ toqquşdurmaq. Beləliklə, ‘qəza’ görüntüsü yaratmaq.
İddia edilir ki, “Oruc Rəis” gəmisi gözləniləndən tez və 5 hərbi gəminin müşayiəti altında hərəkət etdiyindən Yunanıstanın planlaşdırdığı bütün ssenarilər suya düşür. Təxribat planlarını həyata keçirmək üçün gələn yunan gəmiləri isə ondan 5 mil kənarda dayanaraq hər 15 dəqiqədən bir “Siz Yunanıstanın su sərhədlərində hərəkət edirsiniz, dərhal geri qayıdın” anonsu verməklə kifayətlənirlər. Hər dəfə aldıqları cavab isə belə olur: “Biz Türkiyə sərhədləri daxilindəyik”.
Maraqlıdır ki, Türkiyə “Oruc Rəis” gəmisinin bu ərazilərdə tədqiqat işlərini bitirdikdən sonra su sərhədlərinin qərbində də eyni işləri yürüdəcəyini bildirib və bununla bağlı xəritə yayınlayıb. Xəritədən də göründüyü kimi, Türkiyənin kontinental şelf elan etdiyi həmin ərazilər Yunanıstanın materik hissəsi yaxınlığında yerləşir. Bu isə iki dövlət arasında daha ciddi insidentə səbəb ola bilər.
Türkiyə və Yunanıstanın arasındakı bu ziddiyyətin səbəbi beynəlxalq dəniz konvensiyalarının yetərsizliyindən və Lozanna müqaviləsi zamanı Türkiyə sərhədlərinə yaxın adaların hamısının Yunanıstana verilməsindən qaynaqlanır. Türkiyə həmin qanunvericiliyə əsasən, özünün materik hissəsinə yaxın suların 200 dəniz mili qədər hissəsini müstəsna iqtisadi zonası və kontinental şelfi adlandırır. Yunanıstan isə kontinental şelfi müəyyənləşdirən halın materikdən yox, adalardan başlanılması iddasındadır. Onun Meis, Rodos kimi adaları isə Türkiyənin materik hissəsinin 2-3 kilometrliyində yerləşir. Belə çıxır ki, Türkiyənin ümumiyyətlə dənizi yoxdur.
Halbuki bölgənin ən güclü hərbi donanmasından biri Türkiyənindir. Yunanıstanın bu maksimalist mövqeyi qəbul olunarsa, NATO-nun Rusiya qarşısında ilk ən ciddi əngəllərindən biri olan Türk hərbi donanmasının hərəkət sahəsi qalmaz. NATO dövlətləri isə Rusiya qarşı hərbi sipərdə ön cəbhədə görmək istədikləri Türkiyəni Aralıq dənizinin təkindəki zənginliklərin paylaşılmasında kənarda saxlamağa çalışırlar. Sözsüz ki, Ankara bu ikili standardlarla razılaşmaz.
Heydər Oğuz
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar