Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Türkiyənin Aralıq dənizinə göndərdiyi Oruc Rəis seysmik tədqiqat gəmisi üçün “Navteks” elan etməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb. Yunanıstanın ana sərhəddindən 580 km aralıda yerləşən 10 kvadrat kilometr sahəsi olan Meis adasını bəhanə edən Afina Türkiyəni onun su sərhədlərini pozmaqda günahlandırıb. Türkiyə XİN isə bu ittihamlara sərt cavab verərək Navteks elan etdiyi su hövzəsinin xəritəsini paylaşıb.
Ovqat.com-un məlumatına görə, Türkiyə XİN-nin adından açıqlanı nazirliyin İkitərəfli Siyasi İşlər və Dənizçilik-Aviasiya-Sərhəd İdarəsinin müdiri, səfir Çağatay Erciyes verib.
Səfir özünün Twitter hesabında Navteks elan olunan bölgənin xəritəsini də paylaşıb, Oruc Rəis gəmisinin Aralıq dənizinin şərq bölgələrində seysmik araşdırma işlərinə başladığını, bu ərazilərin Türkiyənin su sərhədlərinə aid olduğunu və aparılan tədqiqatların Yunanıstanda böyük təlaş yaratdığını vurğulayıb.
"Yunanıstan materikdən 580 kilometr uzaqlıqdakı bir ada (Meis) səbəbiylə 40 min kilometr dəniz tələb edərək Oruc Rəis gəmisini dayandırmağa çalışır. Bu maksimalist iddialar beynəlxalq hüquqa uyğun deyil. Ədalət prinsipinə ziddir. Bununla belə, Yunanıstan, Avropa Birliyi və ABŞ bu iddianı dəstəkləmək üçün və Türkiyə qanuni karbohidrogen fəaliyyətlərini dayandırmaq üçün təzyiq göstərmək istəyir. Bu ölkələr Yunanıstandan ədalətsiz, və absurd iddialarını sona çatmasını istəməlidir. Bölgədə gərginlik yaradan Türkiyə yox, Yunanıstandır, çünki o, iddialarında maksimalistdir”.
Yunanıstanın iddialarına Türkiyənin Milli Müdafiə Nazirliyi də cavab verib. Nazirlik sosial media hesabında yaydığı məlumatda bildirib ki, Oruc Rəis gəmisini Türk Silahlı Qüvvələrinin Dəniz Donanmasına məxsus 5 hərbi gəmi müşayiət edir.
“Türkiyə Silahlı Qüvvələri, dəniz qanunlarımızdan beynəlxalq qanunvericilikdən irəli gələn hüquqlarımızı, maraqlarımızı qorumaq üçün bütün lazımi tədbirləri görüb”,-TSQ-nın yaydığı məlumatda belə deyilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar