Xəbər lenti

 
"Prezident seçkisindən sonra Belarusun bir sıra şəhərlərində baş vermiş ictimai asayişin pozulması halları barədə daxil olan informasiyadan narahatıq. Bütün bunların fonunda Belarus hakimiyyətinə ayrı-ayrı xarici tərəfdaşlarımız tərəfindən göstərilən misli görünməmiş təzyiqlər haqqında məlumatımız var”.
 
Ovqat.com xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu gün  keçirdiyi mətbuat brifinqində bildirib.
 
Xanım diplomatın fikrincə, Belarusda cəmiyyəti parçalamaq və sabitliyi pozmaq məqsədilə suveren dövlətin işlərinə kənar müdaxilə cəhdləri müşahidə olunur.
 
"Öz tərəfimizdən hamını təmkinli və ehtiyatlı olmağa çağırırıq. Belarusiyada daxili siyasi vəziyyətin davamlı olmasına maraq göstərdiyimizi bəyan edirik. Ümidvarıq ki, tezliklə ölkədə vəziyyət normallaşacaq və sakit məcraya qayıdacaq", - deyə Zaxarova qeyd edib.
 
Zaxarova Belarusda iğtişaşların təşkilində "rus izini" axtarmaq cəhdlərini əsassız adlandırıb.
 
"Biz gözləyirik ki, iki ölkənin İstintaq Komitələrinin, Baş prokurorluqlarının və digər idarələrinin xətti ilə aparılan peşəkar qarşılıqlı fəaliyyət Rusiyanın 33 vətəndaşının respublikada saxlanılması ilə bağlı vəziyyəti də qısa müddətdə aydınlaşdırmağa kömək edəcək. Qeyd etmək lazımdır ki, ölkədə iğtişaşların təşkilində Rusiyanın hansısa izini tapmaq cəhdləri əsassızdır", - deyə diplomat brifinqdə bildirib və əlavə edib ki, həmin izlər şübhələri başqa istiqamətlərə aparır.
 
Onun sözlərinə görə, bu barədə faktlar Belarus tərəfinə verilib və ictimaiyyətə açıqdır.
 
Zaxarova Rusiya ilə Belarus arasında münasibətləri korlamaq cəhdlərinin iflasa uğradığını da vurğulayıb. "Rusiya Belarusun və qardaş belarus xalqının etibarlı müttəfiqi və dostu olub və olaraq qalır. Aramızda nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur".
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 182          Tarix: 13-08-2020, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma