Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dağlıq Qarabağ münaqişəsi: təhlükəsizliyin bölünməməsi mövzusunda bir daha
“Əksər hallarda ədalətsiz sülh yeni müharibənin müqəddiməsinə çevrilir”.
Ovqat.com xəbər verir ki, aforizmə bənzəyən bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın Rusiyanın “Vesti Kavkaz” nəşrində dərc olunan məqaləsindəndir.
Məqaləsində Nikol Paşinyanın Ermənistan Milli Təhlükəsizlik Strategiyasını təhlil edən analitik bildirir ki, bu sənəd təkcə Dağlıq Qarabağ məsələsinin deyil, “ölkənin bir çox problemlərinin həllində ciddi maneədir”.
Məqaləni təqdim edirik:
Müharibə və sülh məsələləri bəşər tarixi boyu həmişə beynəlxalq münasibətlərin mərkəzində olub. Hər bir müharibə gec-tez sülhlə bitir, bəzən ədalətli, bəzən isə əksinə. Əksər hallarda ədalətsiz sülh yeni müharibənin müqəddiməsinə çevrilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində isə hətta" pis " sülh belə yoxdur, yalnız atəşkəs haqqında saziş mövcuddur.
Lakin atəşkəs haqqında saziş təslimiyyət aktı deyil və sülh müqaviləsini əvəz etmir. Bu, sadəcə, münaqişə tərəflərinin qarşılıqlı məqbul sülh razılaşmasına gəlmələri üçün qazandıqları vaxtdır. Bu razılaşmanın mənasının başqa cür şərhi münaqişənin yenidən genişmiqyaslı eskalasiyasına gətirib çıxarır ki, bu da hazırda danışıqlar prosesinin dalana dirənməsinin fonunda, demək olar ki, labüddür.
Danışıqların dalana dirənməsi Ermənistanın işinə yarayır və yaranmış status-kvonun möhkəmləndirərək, Dağlıq Qarabağın status ətrafındakı müəmmanın qorunmasına və onun daimi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Müzakirələrin ilkin mərhələsində status məsələsini həll etmək cəhdinin ATƏT-in Minsk qrupunun (Minsk qrupu) həmsədrləri tərəfindən çətin ki, dəstəklənəcəyini anlayan Ermənistan son zamanlar məhz təhlükəsizlik məsələsini ön plana çıxarır.
Hər bir toplumda şəxsin, cəmiyyətin və dövlətin həyati mənafelərinin qorunması kimi başa düşülən təhlükəsizliyə münasibət müəyyən bir tarixi xarakter daşıyır və onun ətraf mühitlə bağlı fikirlər sistemindən son dərəcədə asılıdır.
Erməni təsəvvürünün mərkəzində tarix boyu dəfələrlə böyük dövlətlərin və təcavüzkar qonşuların geosiyasi oyunlarının obyektinə çevrilən və 1915-ci il hadisələrinin fonunda kədərli həyat təcrübəsi yaşayan, düşmən əhatəsində dədə-baba torpaqlarının itirən əzabkeş xalq obrazı kimi yanlış təsəvvürlər dayanır. Sonrakı illərdə Ermənistan bu imicdən uğurla faydalanıb və bu gün də faydalanır, bir əsr əvvəlki tarixi hadisələr prizmasından keçmişi şərh edərək xəyali təhdidləri reallıq kimi göstərir.
Təsadüfi deyil ki, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Strategiyasının yeni redaktəsini təqdim edən Baş nazir Nikol Paşinyan qeyd edir ki, "adətən, erməni dövlətçiliyinin mövcudluğu, eləcə də təəssüf ki, tarix ərzində yoxoluşu tez-tez əlverişli və ya əlverişsiz geosiyasi hallarla şərtlənir". Baş nazirin fikrincə, başlıca vəzifə "xalqın və dövlətin taleyini bu təkərrürdən-geosiyasi faktorların dövlətçiliyin mövcudluğunu və ya yox olmasını müəyyənləşdirən əsas amilə çevrilməsindən" çıxarmaqdır.
Bu halda əsaslı sual ortaya çıxır: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizama salmasaq, Ermənistan dövlətinin taleyini qaçılmaz geosiyasi zərurətin əlindən alıb xalqın ixtiyarına vermək məsələsini necə həll etmək olar? Bu halda Ermənistanın Baş naziri Paşinyan bu münaqişəni həll etməyə hazırlaşdığı kimi, Azərbaycanın Dağlıq Qarabağ regionunun öz müqəddəratını məhdudiyyətsiz təyinetmə hüququnun beynəlxalq səviyyədə tanınmasını Milli hədəf elan edir. "Erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması, nəticələrinin aradan qaldırılması Türkiyəyə qarşı ərazi iddiası kimi səslənsə də, münaqişənin həlli istiqamətində danışıqlar prosesinin məqsədinin müharibənin nəticələrini qorumaq olduğunu söyləmək cəfəngiyatdır.
Strategiyanın Dağlıq Qarabağ münaqişəsi kontekstində təhlili göstərir ki, ötən illər ərzində Ermənistanın mövqeyində ciddi dəyişikliklər baş verməyib, üstəlik, daha da sərtləşib və bu sərtləşmə iyulda iki ölkə arasındakı sərhəddəki son toqquşmadan əvvəl baş verib. Ermənistanın Baş nazirinin demək olar ki, bütün radikal təkliflərinin bu və ya digər şəkildə strategiyanın yeni redaktəsinə daxil olduğunu söyləmək mümkündür. Aydındır ki, danışıqlar prosesi ilə tanış olmaq adıyla onun Azərbaycandan tələb etdiyi vaxt “xalq premyerası"nda daxili siyasi mövqelərini möhkəmləndirmək üçün istifadə edilmişdir.
Belə çıxır ki, Paşinyanın strategiyasında səsləndirilən yanaşmalarda Ermənistan tərəfindən, demək olar, heç bir kompromis (bu söz, ümumiyyətlə, sənədin mətnində yoxdur) nəzərdə tutmur.
Təəssüf ki, Minsk Qrupu həmsədrlərinin timsalında beynəlxalq birlik Ermənistanın son addımlarını ədalətli qiymətləndirmək istəmir, lakin onlar anlamalıdır ki, Ermənistana bu cür indiferent münasibət Azərbaycanda təcavüzkar davranışları məsuliyyətdən azad edən özünəməxsus indulgensiya kimi qəbul edilir.
Ermənistan tərəfinin mövqeyinin sərtləşməsi, xüsusən də Dağlıq Qarabağ ətrafındakı Azərbaycan bölgələrinin işğal altında qalması ilə əlaqədardır. Çünki yeni strategiyaya görə, Dağlıq Qarabağın təhlükəsizliyi üçün lazım olan müdafiə xətləri və xarici dünya ilə, o cümlədən Ermənistanla qarşılıqlı əlaqənin etibarlı, təhlükəsiz və şaxələndirilmiş sistemi olmalıdır (mənim tərəfimdən, Q. P.). Aydındır ki, bu şərtlərin hətta qismən yerinə yetirilməsi aparılan danışıqların faktiki olaraq öz mənasını itirməsiylə nəticələnə bilər. Strategiya müəlliflərinin Dağlıq Qarabağın Ermənistanla "fiziki" əlaqəsinin mövcudluğuna dair əvvəlki tələbi indi İranı da əhatə edən "xarici dünya ilə qarşılıqlı əlaqə" sistemi ilə əvəzlənib.
Eyni zamanda, işğal olunmuş rayonlarda məskunlaşdırmanın davam etdirilməsi, Yaxın Şərqdən, xüsusilə Livandan erməni qaçqınlarının orada yerləşdirilməsi, tanınmamış rejimin "dövlət orqanları"nın Şuşaya köçürülməsi barədə tezislər yayılır və s. Bütün bu təxribatçı aksiyalar azərbaycanlıların Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılmasını mümkünsüzləşdirmək və erməni əhalisinin təhlükəsizliyini möhkəmləndirmək üçün zəruri tədbirlər kimi təqdim edilir.
Lakin bu zaman Ermənistan tərəfi təhlükəsizliyin təmin edilməsinin əsas şərtlərindən birini - bölünməzlik prinsipini unudur. Bu prinsip o deməkdir ki, bir subyektinin təhlükəsizliyi bir başqasının təhlükəsi hesabına təmin edilə bilməz və edilməməlidir. Azərbaycana qarşı bu prinsipə məhəl qoyulmaması faktiki olaraq danışıqlar prosesini heçə uğradır və qalıcı sülhə nail olmağa ümid yeri qoymur.
"Qonşularla normal münasibətlər hər bir dövlətin təhlükəsiz yaşamasının ən mühüm təminatıdır" - bu söz müstəqil Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana məxsusdur. O, 30 il bundan əvvəl, 1990-cı ilin oktyabrında hələ Sovet Ermənistanının Ali Sovetinin sessiyasında bu məsələnin əhəmiyyətini vurğulayaraq deyirdi ki, artıq erməni tarixindən acı dərslər öyrənmək, emosional və romantik milli kimlikdən imtina etmək, rasional, realist və praqmatik toplum olmaq, yaxşı düşünülmüş və ehtiyatlı hesablama əsaslanan addım atmaq vaxtıdır.
Danışıqlar prosesinin dalana dirənməsi göstərir ki, erməni xalqı bu çağırışa qulaq asmaq istəmir, əbədi düşmənlər, etibarsız müttəfiqlər, məkrli havadarlar və öz müstəsnalığı haqqında geosiyasi miflərin əsarətində yaşamağa davam edir. Azərbaycan tərəfindən əslində mövcud olmayan xəyali təhdidlər haqqında uydurulan yalanlar və bu yalanlar üzərində formalaşdırılmış “sülhpərvər” ideyalar müasir Ermənistanın milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əsas problemlərinin həlli yolunda ciddi maneədir.
Sonda xatırlatmaq yerinə düşərdi ki, 2007-ci ilin fevralında təsdiq edilmiş Milli Təhlükəsizlik Strategiyasının əvvəlki mətnində Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həlli Ermənistan Respublikasının milli təhlükəsizliyinin əsas vəzifəsi elan edilirdi. Paşinyan başa düşürmü ki, bu məsələ indiyədək həll edilməyib? Bəlkə də… Əks halda o, yeni strategiyanı tərifləyərək, "ştanqla" müqayisə etməzdi. Yeri gəlmişkən, bu söz sonradan baş nazirin rəsmi səhifəsindən silinib və yəqin anlayıb ki, həll olunmamış münaqişənin üzərinə düşən "ştanq" Ermənistan üçün əlçatmaz ola bilər.
Tərcümə Ovqat.com-undur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar