Xəbər lenti

 
Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin bir müddət əvvəl ölkəmizin müxtəlif bölgələrində keçirdiyi hərbi təlimlər hələ də dünya mətbuatında əks-səda doğurmağa davam edir.
 
Ovqat.com xəbər verir ki, yunan mətbuatı belə, bu məsələni gündəmdə saxlamağa çalışır, öz ağlıyca “Turaz qartalı-2020” hərbi təlimlərində “bəd niyyət” axtarır.
 
Pentapostagma.gr-in iddia edib ki, hərbi manevrlər çərçivəsində  türk zabitləri Azərbaycan Ordusunun şəxsi heyətinə sadəcə təlim keçməyib, həm də onları yeni silahlarla təchiz ediblər: “Türkiyənin ortaq hərbi təlimlər bəhanəsilə Azərbaycana silah sistemləri verməsi barədə məlumatlar dolaşır. Belə bir ehtimal Rusiya ilə münasibətdə ciddi problemlər yarada bilər”.
 
Maraqlıdır ki, bənzər iddialar Rusiyanın Avio.pro nəşri tərəfindən də yayılıb.
 
Nəşrin iddiasına görə, Türkiyə və Azərbaycanın regional  planlarını pozmaq üçün Rusiya Ermənistanda son model silah sistemləri yerləşdirib.
 
Xəbərdə bildirilir ki, 2020-ci ilin iyul ayının ortalarından bu günə qədər Rusiya nəqliyyat təyyarələri gizli şəkildə Ermənistana 400 tona yaxın hərbi yük göndərib. 
 
“Sözügedən yüksək texnologiyalı hərbi yüklərə bunlar daxildir: hava hücumundan müdafiə sistemləri, qısa, orta və uzun mənzilli radar sistemləri, elektron müharibə sistemləri, S-300 hava hücumundan müdafiə sistemi və s”.
 
Xatırladaq ki, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin avqustun 12-də Rusiya lideri Vladimir Putinlə telefon danışığının da əsas mövzusu olub. Prezidentin Mətbuat Xidməti bu barədə bildirib: "Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır”.
 
"EA Daily" də bu məsələyə diqqət ayıran nəşrlərdəndir. Nəşr iddia edir ki, iyulun 17-dən bu yana Rusiyadan Ermənistana kütləvi hərbi daşımalar Azərbaycanda ciddi narahatlığa səbəb olub: “Rusiya tərəfinin verdiyi cavab açıqlamasında isə Ermənistanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvü olduğu xatırladılıb və digər üzvlər də daxil olmaqla (Çin və s.) ermənilərə  bütün yardımların veriləcəyi, Azərbaycanın iddialarının və narahatlığının əsassız olduğu bildirilib”,-EA Daily” belə yazıb.
 


Ana səhifəyə qayıt        Baxış: 5 831          Tarix: 17-08-2020, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma