Xəbər lenti

 
Şəmkir İcra başçısı Alimpaşa Məmmədovun cəzalandırılması barədə artıq siyasi qərar verilib.
 
Ovqat.com-un məlumatına görə, icra başçısı ona verilən limiti çoxdan doldurmuşdu. 
 
Buna baxmayaraq, onun pandemiya dövründə bir də kef məclisi təşkil etməsi isə səbr kasasını tamamən doldurub. Konkret olaraq, ən yüksək səviyyədə Alimpaşa müəllimin cəzalandırılmasına qərar verilib. 
 
İcra başçısının işdən çıxarılması və qoluna qandal vurub Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin insiativinə verilməsi belə, istisna edilmir. Onu hətta daha başqa orqanlarda sorğuya çəkə biləcəyi də ehtimallar arasındadır. Sonuncu variant Alimpaşa Məmmədov üçün ən ağır cəza tədbiri kimi düşünülür.


Ana səhifəyə qayıt        Baxış: 6 245          Tarix: 29-08-2020, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma