Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Hindistan birdən-birə öz hərbçilərini Rusiyaya manevrlərə göndərməkdən imtina edib. Hindistan Müdafiə Nazirliyi bu qərarı koronavirusun təhlükəsilə izah edir. Lakin COVİD-19 Hindistan ordusunun bu yaxınlarda Çin ilə sərhəd hadisəsində manevr etməsinə mane olmadı. Bəs bu cür gözlənilməz qərarın əsl səbəbləri necə ola bilər və bu, Rusiyanın maraqlarına nə qədər toxunur?
Ovqat.com xəbər verir ki, Rusiyanın “Vzlyad” portalı “Hindistan Rusiyanı Çinə qarşı oyuna sürükləməyə çalışır” sərlövhəli analizində bu suala cavab axtarıb.
Nəşrin yazdığına görə, bazar günü Hindistanın Müdafiə Nazirliyinə istinadən xəbər yayılıb ki, ölkə öz hərbçilərini Rusiyaya "Qafqaz-2020"strateji komanda-qərargah təliminə göndərməkdən imtina edib. Təlim sentyabr ayında keçiriləcək və Rusiya Müdafiə nazirliyinin planları (Nazir Sergey Şoyqu hələ ötən ilin dekabrında bu məlumatı səsləndirib) əsasında "Silahlı Qüvvələrin döyüş təliminin ən vacib tədbiri" kimi nəzərdə tutulub. Güman edilirdi ki, tədbirdə Rusiya əsgər və zabitlərindən əlavə, altı ölkənin hərbi qulluqçuları da iştirak etməli idilər; o cümlədən Hindistan və Pakistan.
RİA Novosti xəbər verir ki, Volqoqradda iştirakçı ölkələrin nümayəndələri ilə Rusiya Baş qərargahəı danışıqlar aparıb. Həmin vaxt Hindistan tərəfinin planlarında heç bir kəskin dəyişiklik baş verməmişdi. Bundan başqa, bu günlərdə Hindistanın NDTV telekanalı hərbçilərə istinadən bildirib ki, bütün qoşun növlərinin iki yüz nümayəndəsi artıq Rusiyada keçirilən təlimlərdə iştirak etməyə hazırdır. "Hindistan bölmələri məhdud sayda olsa da," Mərkəz-2019" təlimlərində iştirak ediblər", – deyə hərbi ekspert Aleksey Leonkov qəzetə açıqlamasında bildirib.
Ancaq birdən-birə imtina mesajı gəldi. Çərşənbə axşamı Hindistanın Müdafiə Nazirliyinin rəsmi Twitter hesabında paylaşılan bəyanatda bildirilir ki, Hindistan nümayəndə heyəti "pandemiya və bununla əlaqədar çətinliklər, o cümlədən logistika problemləri" səbəbindən təlimlərində iştirak etməyəcək. Növbəti tvitdə isə Hindistan Müdafiə Nazirliyinin nümayəndəsi ölkəsinin Rusiyanın "yaxın strateji tərəfdaşı" olaraq qaldığını bildirilib.
İlk baxışdan, Hindistan hərbçilərinin imtina qərarının koronavirus təhlükəsi ilə əlaqələndirilməsi inandırıcı görünür. Zira məhz bazar günü ABŞ-ın Con Hopkins Universiteti dünyada COVİD-19 yayılmasına dair yeni məlumatlar paylaşıb. Məlumata görə, Hindistan koronavirusa yoluxmuşların sayına görə 3-cü yerdədir (3,54 milyon nəfər). O, yalnız Birləşmiş Ştatlardan və Braziliyadan bir qədər geri qalır.
Lakin Hindistan tərəfinin verdiyi açıqlamada xeyli qəribəlik var. "Hər hansı ölkə beynəlxalq təlimlərdə iştirak edəcək və ya etməyəcək, əgər edəcəksə, hansı formatda? – bütün bunlar əvvəlcədən müəyyənləşdirilir və razılaşdırılır.
İştirakçı qruplarının yerdəyişməsi, hərbçilərin sayı, manervə nə qədər texnika ilə qatılması, logistika və hərəkət marşrutları, yaşayış yerləri, yemək və s. əvvəlcədən müəyyən edilir. "Qafqaz-2020" beynəlxalq təlimləri artıq sentyabrda başlayır, lakin yalnız indi Hindistan imtina etdiyini bildirib", – Leonkov belə bildirib.
Koronavirus əvvəllər tərtib edilmiş planlara mane ola biləcək bir fors-major amil kimi özünü çoxdan büruzə vermişdir. Bu, şübhəsiz, hələ mart ayında karantin tədbirləri görməyə başlayan Hindistana da bəlli idi.
Bununa rəğmən, "pandemiyanın qızğın vaxtında Hindistan-Çin sərhədində gərginlik yarananda COVİD – 19 "Hindistan bölmələrinin ölkə üzrə köçürülməsinə mane olmadı", - deyə Leonkov vurğulayıb. Xatırladaq ki, may və iyun aylarında Ladax ərazisində Himalayalarda, sərhədin mübahisəli sahələrində Hind və Çin hərbçiləri arasında toqquşmalar baş vermişdi.
Yeri gəlmişkən, Hindistan tərəfi Himalayalarda qüvvələrini gücləndirmək üçün Rusiya istehsalı olan silahlardan istifadə edir. "Economic Times" - Bombey nəşrinin məlumatına görə, Ladaxda yerləşən Quru bölmələrində "İqla" PZRK silahları var, həmin ərazidə Hindistan HHQ-nin Su-30MKİ təyyarələri yerləşdirilib. Ekspertlər qeyd edirlər ki, iki fövqəldövlətin böyük müharibə təhlükəsi hələ də yox olmayıb.
Bütün bunlara əsaslanan Leonkov güman edir ki, 200 hindlinin Rusiyada təlimlərə gəlməməsinin səbəbi epidemioloji yox, bəlkə də siyasi xarakterlidir.
Qeyd edək ki, ötən gün Hindistan mətbuatında rəsmən təsdiqlənməmiş məlumatlar yayılıb. Guya, Hindistan Müdafiə Nazirliyində keçirilən müşavirədə belə bir fikir səsləndirilib ki, Pakistan və ÇXR hərbçilərinin də dəvət olunduğu tədbirdə iştirak edilməyəcək. Məlum olduğu kimi, Pakistan Hindistanın Cənubi Asiyada ənənəvi opponentidir, Pekin – Dehli gərginliyi isə yay aylarında baş vermiş silahlı insidentlərdən sonra arzuolunmaz həddə yüksəlib.
"Əlbəttə, COVİD epidemiyasına istinadlar yalnız inandırıcı bir bəhanə idi. Əslində isə əsl səbəb Hindinstanın hazırkı vəziyyətdə özünü Çin və Pakistanla assosiasiya etmək istəməməsindən qaynaqlanır", – deyə MDU-nun Asiya və Afrika İnstitutunun dosenti Boris Volxonski mətbuata açıqlamasında bildirib. "Bunun gələcək münasibətlərimizə nə dərəcədə təsir edəcəyi başqa məsələdir", – deyə ekspert əlavə edib.
Volxonski xatırladıb ki, iyunun 23-də Rusiya, Çin və Hindistan XİN başçılarının üçtərəfli görüşü keçirilib. "Bu görüşdə, Çin-Hindistan münasibətləri mövzusunun ikitərəfli bir məsələ olduğu, yalnız hər iki tərəf istəyəcəyi təqdirdə Rusiyanın müzakirələrə vasitəçi kimi qoşula biləcəyi bildirildi", - deyə o, qeyd edib.
İyunda Moskvada keçirilmiş üçtərəfli danışıqları şərh edən Hindistan ekspertləri “National Interest” nəşrinə bildiriblər: “Məntiq Dehliyə ABŞ və Hindistanın ortaq rəqibi olan Çinə görə Moskva ilə deyil, Vaşinqtonla münasibətləri möhkəmləndirməyi tövsiyə edir”.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı hər iki tərəfdaş (həm Çin, həm də Hindistan) Rusiya üçün vacibdir. Bu iki Asiya nəhənginin münaqişəsi Moskva üçün qətiyyən sərfəli deyil, buna görə də o, "ürəkləri yumşaldıcısı" (barışdırıcı-Ovqat.com) rol oynamağa çalışır.
"Hindistanın çoxvektorlu siyasət yeritməyə çalışması təbii cəhddir və bununla yanaşı, ölkə öz məqsədlərinə nail olmaq üçün qamçı və pryanikdən istifadə etməyə çalışır", – deyə Volxonski vurğulayıb.
Lakin ekspertlərin təbirilə desək, çoxvektorlu xarici siyasət Hindistan üçün vacib olsa da, Dehlinin Rusiya ilə (enerji sahəsindən hərbi-texniki sahəyə qədər) əməkdaşlığa maraqlı olması amerikalılarda ciddi narazılıq doğurur. Ötən həftə Dövlət Departamenti yenə Hindistanı Rusiyadan C-400 və Su-35-ləri almamağa çağırıb. Lakin hələ ki Dehlinin Vaşinqtondan gələn çağırışları yerinə yetirməyə hazırlaşdığı hiss olunmur.
Gözləmək olar ki, "virusa görə" təlimlərdə iştirakdan imtina haqda məlumatlar da (çox güman ki, çinlilərin və pakistanlıların eyni manevrlərində iştirakı ilə bağlı) Dehlinin apardığı oyunun bir hissəsidir. Ekspertlər hindilərin tələyə düşəcəklərini istisna etmirlər. "Bu günə qədər mənim yaddaşımda elə bir şey olmayıb ki, bu ölkənin Müdafiə Nazirliyi Twitter vasitəsilə bu qədər vacib bir şey barədə məlumat versin",-deyə Leonkov bildirib: “Adətən bu, rəsmi şəkildə həyata keçirilir və bizim Müdafiə Nazirliyi bu cür bəyanatlar dərc etməkdən çəkinmir. Ona görə də hələ ki, mən bu məlumata tam etibar etmirəm – rəsmi bəyanatı gözləmək lazımdır".
Twitter vasitəsilə bu cür bəyanatlar digər mürəkkəb situasiyalar zamanı da meydana çıxıb-məsələn, Rusiya hərbi texnikasının tədarükü ilə bağlı çətinliklər yarananda, "Lakin sonrakı rəsmi bəyanatlar daha təmkinli olub", – deyə Leonkov qeyd edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar