Xəbər lenti


"Tarix boyu həmişə başqalarının arxasında gizlənərək varlığını davam etdirmiş Yunanıstanı önümüzə ataraq, öz gizli əməllərini həyata keçirməyə çalışanların etdikləri böyük ədalətsizlikdir."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizində Yunanıstan və Fransa ilə yaşanan gərginliyə münasibət bildirərkən deyib. Ərdoğan artıq müstəmləkəçilik dövrünün sona çatmaq üzrə olduğunu bildirib.

"Biz artıq bu kölgə oyunundan cana doyduq. Özünə belə xeyri olmayan Yunanıstanı Türkiyə kimi regional və qlobal bir gücün qarşısına atıb, yem etməyə çalışmaq komik həddə gəlib çatdı. Əsrlərdir Afrikadan Cənubi Amerikaya qədər sömürmədikləri yer, qətl etmədikləri toplum, zülm etmədikləri insan buraxmayanların dövrü sona çatır. Nə edirlər etsinlər, bu oyanışı dayandıra bilməyəcəklər. Ölkəmizin bu məsələdəki öncüllüyü təkcə öz adına deyil, bütün məzlumlar adınadır.

Şərqi Aralıq dənizi, Egey dənizindəki fəaliyyətlərimizdə də öz haqqımızın axtarışı var. Türkiyənin 780 min kvadrat kilometrlik nəhəng böyüklüyünə baxmadan, 10 kvadrat kilometrlik bir ada üzərindən sahillərinə həbs etmə cəhdi, haqsızlığın və ədalətsizliyin ən bariz ifadəsidir.

Ətrafındakı hər bir ölkənin haqqı olan Aralıq dənizin sərvətlərinin üzərinə çökmə səyi, tam bir müasir müstəmləkəçilik nümunəsidir" - Ərdoğan belə deyib.



Ana səhifəyə qayıt        Baxış: 3 291          Tarix: 2-09-2020, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma