Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Rusiyanın Azərbaycan və Türkiyəyə yönəlik həmlələrinə Hərbi İttifaq sazişi ilə cavab verilməlidir.
Ovqat.com xəbər verir ki, AMİP Siyasi Şurasının bu gün yaydığı bəyanatda belə deyilir.
Bəyanatı təqdim edirik:
“2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yerli tatarlara tətbiq olunan təzyiq və hədələr davam etməkdədir. Elə bu günlərdə Rusiyanın hüquq mühafizə orqanları əməkdaşları tərəfindən Krımda bir çox ünvana basqın edilməsi, jurnalist Ayder Kadirov da daxil olmaqla 4 nəfərin saxlanılması bunun ən bariz göstəricisidir.
Azərbaycan Milli İstiqlal Partiyası Krımda həbs olunan, Krım Tatarlarının tezliklə həbsdən azad olunması üçün bütün demokratik dünyanı Rusiyaya təzyiq göstərməyə çağırır.
Son zamanlar Rusiyanın Azərbaycana, eləcə də Krım Tatarlarına olan basqılarını, PKK-YPK terror qruplaşması ilə əməkdaşlığını, ermənilərdən başqırd türklərinə qarşı istifadə etməsini, həm də Türkiyə Cümhuriyyətinin türk dövlətlərinə olan dostluq, qardaşlıq dəstəyinə qarşı atılmış addım kimi qiymətləndirir və bunun Türk birliyinə qarşı atıllan addımların tərkib hissəsi olduğunu bəyan edirik.
Qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycana dəstək mesajları, Qarabağın işğaldan azad olunması üçün sonacan Azərbaycanın yanında olduğunu bəyan etməsindən sonra rəsmi Moskvanın işğalçı Ermənistana silah-sursat göndərməsi təkzib olunmaz faktlarla sübut olunub. Belə ki, Ermənistan-Azərbaycan sərhədində baş vemiş hərbi toqquşmalardan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə etçəklə Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 500 tondan artıq olduğu rəsmi mənbələrdə öz təsdiqini tapıb.
AMİP Rusiyanın ATƏT Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq işğalçı Ermənistanı dəstəkləməsini və bununla da Azərbaycana olan münasibətini növbəti dəfə nümayiş etdirməsini nəzərə alaraq bir daha ATƏT Minsk Qrupu çərçivəsində danışıqların dayandırılmasını, Türkiyə Cümhuriyyəti ilə hərbi ittifaq sazişi imzalamasını tələb edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar