Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
"Şimal Axını-2" bitib-tükənməyən problemləri fonunda Varşava Berlinə 2022-ci ildə istismara verilməsi gözlənilən “Baltic Pipe” qaz kəmərindən istifadə etmək təklifi verib.
Ovqat.com xəbər verir ki, Polşa hökumətinin rəsmi nümayəndəsi Peter Müller bu barədə medai açıqlamasında bildirib.
“Əgər Alman tərəfi bu cür ehtiyacları olduğunu bəyan edərsə, Polşa ona özünün enerji təhlükəsizliyi üçün qurduğu infrastrukturdan istifadə etmək haqqı verə bilər”,- Peter Müller belə deyib.
Müllerin dediyinə görə, Varşavanın rəsmi mövqeyi ondan ibarətdir ki, “SP-2” (“Şimal axını-2”-Ovqat.com) Avropa enerji təhlükəsizliyi və həmrəyliyinə təhlükə yaradır. Bu baxımdan həmin qaz boru kəməriylə qaz təchizatını təmin etmək istəyənlər alternativ layihələrə yönəlməlidirlər. Polşanın bu mövqeyi əslində özünə xas deyil. Bundan bir ay əvvəl ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo da bənzər arqumentlərlə Avropadakı müttəfiqlərini rus qazından imtina etməyə çağırmışdı.
Varşavanın Berlinə təklifi də mahiyyət etibarilə Pompeonun çağırışından fərqlənmir. Bununla belə, sözügedən təklif ən yaxşı halda 2022-ci ildə reallaşa bilər. Çünki Almaniyanın istifadəsinə veriləcəyi nəzərdə tutulan “Baltik boru kəməri” ən yaxşı halda 2 ilə başa gələcək. Rusiyadan Baltik dənizinin altıyla Almaniyaya çəkilən “Şimal axını-2” layihəsi isə tamamlanmaq üzrədir. 94%-i inşa olunan layihənin tamamlanmasına sayılı günlər qalmış ABŞ-ın basqısı ilə “Şimal axını-2”-nin taleyi qeyri-müəyyən hala gəldi və buna ən çox qarşı çıxan isə Almaniyadır. Çünki öz biznes maraqlarını hər şeydən üstün tutan və bunu qətiyyən gizlətməyən Berlin məlum layihəyə alman neft şirkətlərinin milyardlarla avro vəsait yatırmasını əsas gətirib ABŞ-ın basqılarına dirənir, “Şimal axını-2” layihəsi təxirə salınacaqsa, alman şirkətlərinin çəkdiyi xərclər kompensasiya edilməlidir, deyir.
Ekspertlərin bildirdiyinə görə, Varşavanın məlum təklifinin arxasında dərin iqtisadi maraqlar dayanır. İddialara görə, Polşa "Qazprom"-dan qaz almaqdan 2022-ci ilə qədər imtina etmək niyyətindədir. Bildirilir ki, polyaklar "mavi yanacaq” tədarükünün şaxələnməsi istiqamətində üçün çox mühüm işlər görüblər.
Əvvəla, 2015-ci ildə Svinouysets şəhərində 5 milyard kubmetr həcminə malik sıxılmış qaz terminalı tikilib. Terminalın 7,5 milyard kubmetrə qədər genişləndirilməsi planlaşdırılır. Bundan başqa, Qdansk şəhərində ikinci üzən LNG terminalı da istifadəyə veriləcək.
Varşava ABŞ və Böyük Britaniyadan olan şirkətlərlə mayeləşdirilmiş təbii qazın tədarükünə dair uzunmüddətli müqavilələr imzalayıb. Ölkənin enerji infrastrukturu məsələləri üzrə səlahiyyətli nümayəndəsi Pyotr Naimski Polşa hökumətinin ambisiyalı planlarından danışır: “Biz qonşularla interkonnektorlar (boru kəmərləri arasında əlaqə qurğuları) qururuq. Qonşularımıza Polşa şəbəkəsi vasitəsilə qaz almaq imkanı verəcəyik”.
İkincisi, artıq iki ildən sonra Polşa 10 milyard kubmetr Norveç qazını Rusiya qazı ilə əvəzləmək niyyətindədir. Bunun üçün respublikanı Skandinaviya ilə birləşdirməli olan “Baltik boru kəməri”nin (“Baltic Pipe”) tikintisinə başlanılıb.
Tədarükün diversifikasiyası ideyası özlüyündə aydındır, lakin suallar "Şimal Axını-2"qaz kəmərinin əvəz edilməsi planlarının həyata keçirilməsi məsələsi ilə bağlıdır. Rusiya-Almaniya boru kəmərinin iki xəttinin gücü Polşanın təklif etdiyi layihədən 5,5 dəfə çoxdur. "Baltik boru kəməri” ötürücülük qabiliyyəti və gücü baxımından "Qazprom" layihəsi ilə müqayisə oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, “Baltic Pipe” üzrə indi Almaniyaya və Qərbi Avropanın digər ölkələrinə eyni qaz nəql olunacaq, Norveç yataqlarındakı ehtiyatlar bu kəmərə daxildir.
Məsələyə ABŞ-ın "Qazprom"a qarşı sanksiyası prizmasından baxsaq, mənzərə bir qədər dəyişir. Məsələn, müxalifətçi Aleksey Navalninin zəhərlənməsinin araşdırılması dövründə Rusiyada "Şimal Axını-2"-nin tikintisi dondurulacaq. Bütün bürokratik və məhkəmə süründürməçiliyi nəticəsində bu ləngimə 2022 ilinə qədər sürdürülə bilər. Bu isə o deməkdir ki, Avropa sifarişçiləri planlaşdırılan Rusiya qazını ala bilməyəcəklər. Zira həmin vaxt “Baltik Pipe”, eləcə də Polşada və qonşu Aİ ölkələrində bir sıra yeni mayeləşdirilmiş qaz terminalları istifadəyə veriləcək. 2024-cü ilin sonunda Ukrayna ilə tranzit müqaviləsinin müddəti başa çatacaq və Kiyev Vaşinqtonun təzyiqi ilə yeni sazişin bağlanmasından imtina edə bilər. Yəni, əlvida Rusiya qazı!
Başqa sözlə desək, “Qazprom" avtomatik olaraq Avropa bazarındakı payının böyük bir hissəsini itirir. Nəticədə "Mavi yanacağ"ın qiymətləri kəskin şəkildə yüksələcək və LNG nəhayət bütün Avropanı ən çox tərcih edilən qazına çevriləcək. Bu kontekstdə iki mayeləşdirilmiş qaz (LNG) terminalı və Baltik boru xətti ilə Almaniyaya nəqli düşünülən 10 milyard kub metr həcmindəki Norveç Polşanı iri regional xaba çevriləcək. Beləcə, Polşa Avropa iqtisadiyyatı və siyasətində tamamilə fərqli rol oynamağa başlayacaq. Burada qonşularla qaz alış-verişində interkonnektorlar lazım olacaq, hansılar ki, idxal olunan yanacağı fərqli markalar adi ilə yenidən satmaq imkanı yaradacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar