Xəbər lenti
25-10-2020, 22:03

 
“Bir qrup PKK yaraqlısı, həmçinin onların komandirləri tranzit olaraq İraq və Suriyadan keçməklə, Ermənistan ərazisinə gəlibMəlumatlı mənbələrin bildirdiyinə görə, Ermənistana gəlmiş PKK yaraqlılarından ibarət ilk qrupda 25 nəfər yer alır
 
Ovqat.com-un bildirdiyinə görə, Misirin CAIRO24.COM nəşri bu barədə məlumat yayıb.
 
Məlumata görə, onlar Türkiyə ərazisindən İraqa gedərək, PKK-nın əməliyyat mərkəzi olan Qəndil düşərgəsində təlim keçiblər.
 
Nəşrin PKK yaraqlılarının Ermənistan ordusuna cəlbi sərlövhəli məqaləsini təqdim edirik.
 
Qafqaz öz geostrateji mövqeyi, zəngin təbii sərvətlərilə dünyanın ən mühüm regionlarındandır.
 
Qafqaz regionunun dövlətləri dünyanın enerji təminatında, Şərqlə Qərb, Şimalla Cənub arasında kommunikasiyaların güclənməsində çox böyük rol oynayır. Odur ki, bu bölgədə istər siyasi, istər təhlükəsizlik sahəsində baş verən bütün hadisələr dünya iqtisadiyyatına təsir edir. Bu gün bu regionun ən mürəkkəb problemlərindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində baş verənlərdir.
 
Problemin mahiyyəti, Qarabağ hadisələrinin tarixi BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə aydın şəkildə əksini tapıb. Problemin ədalətli həlli üçün beynəlxalq səviyyədə illərdir cəhdlər edisə də, işğalçı tərəfin xoş niyyət sərgiləməməsi münaqişənin həlli prosesində hər hansı irəliləyişin əldə olunmasına imkan vermir. Məsələni daha da qəlizləşdirən isə Rusiya və İran kimi strateji müttəfiqlərinin regional maraqlarına istinad edən Ermənistanın ekspansionist, təcavüzkar əməlləri davam etdirməsidir.
 
İndiyədək ermənilərin “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) terror təşkilatının (mərkəzi Beyrutdadır) üzvlərini səfərbər etdiyi haqda xəbərlər oxumağa öyrənmişdiksə, indi Kürdüstan Fəhlə Partiyasının (PKK) İraqdakı döyüşçülərinin və Suriyadakı YPG təşkilatının yaraqlılarının səfərbər olunduğu üzə çıxır. Bildirilir ki, Ermənistanla Azərbaycan arasında bu ilin iyulunda baş vermiş gərginlikdən sonra PKK yaraqlılarının Ermənistan silahlı qüvvələrinin sıralarına cəlbi əməliyyatı fəallaşıb. Bu dövrdə bir qrup PKK yaraqlısı, həmçinin onların komandirləri tranzit olaraq İraq və Suriyadan keçməklə, Ermənistan ərazisinə gəlib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Ermənistana gəlmiş PKK yaraqlılarından ibarət ilk qrupda 25 nəfər yer alır. Onlar Türkiyə ərazisindən İraqa gedərək, PKK-nın əməliyyat mərkəzi olan Qəndil düşərgəsində təlim keçənlərdir. Qrupun hərbi hazırlıq keçən, diversiya əməliyyatlarının aparılması üzrə ixtisaslaşmış zabitlərdən təşkil olunduğu deyilir.
 

Məlumatda bildirilir ki, qrup iyulda əvvəlcə İranın Urmiya şəhərinə aparılıb, orada bir neçə gün İslam İnqilabı Keşikçiləri Korpusunun “əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin “Həmzə” batalyonunun qərargahında (qərargah Colh rayonunda yerləşir) qalıb, daha sonra Ermənistana yollanıb.
 
Hazırda Ermənistana keçmək üçün gözləyən daha iki PKK qrupu var. Birinci qrup PKK-nın Suriya qolu olan YPG-nin 250 döyüşçüsündən ibarətdir. O, Suriyanın Qamışlı rayonunda formalaşıb. Bu qrupun İraq ərazisində hərəkəti və daha sonra İrana keçirilməsilə iraqlıların Tehrana loyal “Bədr” təşkilatı məşğuldur. Plana əsasən, birinci mərhələdə və sentyabrın əvvəllərində həmin qrupdan 165 nəfər İranın İlam əyalətindəki sərhəd-keçid məntəqəsindən bu ölkəyə daxil olub və Mehran şəhərində yerləşib. Ertəsi gün qrup oradan Urmiyaya yola düşüb və yaxın günlərdə Ermənistana keçməyə hazırlaşır.
 
Qrupun Ermənistan ərazisinə keçirilməsi son mərhələdir. Məlumatda bildirilir ki, həmin qrup hücum əməliyyatlarının keçirilməsi üzrə ixtisaslaşmış yaraqlılardan ibarətdir. Bu da erməni ordusunun Azərbaycanın mövqelərinə diversiya və terrorçu üsullardan istifadə etməklə hücuma keçməyə hazırlaşdığını göstərir.
 
İkinci qrup isə Ərbildən cənubda, PKK-nın Maxmur hərbi bazasında yerləşir və 25 nəfərdən ibarətdir. Bu dəstə partizan müharibəsi aparmaq təcrübəsi olan döyüşçülərdən təşkil olunub. Qrup bu ilin avqustunda iki avtobusla Livan “Hizbullah”ının İraq qolu olan “Hərəkat əl-Nucaba” qruplaşmasının qərargahına, Bağdadın Sədr-siti rayonuna aparılıb. Sentyabrın əvvəllərində isə qrup İlam əyalətindən keçirilməklə İrana atılıb. Həmin qrupdan 17 nəfər sonradan Kirmanşaha göndərilib. Qalan 8-i İlam şəhərində qalıb17 nəfərlik qrup daha sonra Ermənistana keçmək üçün Urmiyaya aparılıb. 8 PKK yaraqlısı isə Tehrana gedib, oradan təyyarə ilə Yerevana uçub.
 
İraqdan İrana keçmək üçün isə PKK yaraqlıları çox güman, İranın Munziriyyə, Pərvizxan və Xanacini qəsəbələrindən tranzit məntəqəsi kimi istifadə edir.
 
PKK ilə Yerevan arasında əməkdaşlıq kürd döyüşçülərin Ermənistan ordusunun sıralarına qoşulması ilə məhdudlaşmır. Məlumata görə, erməni tərəfi PKK yaraqlılarının Azərbaycana qarşı əməliyyatlarda iştirakının qarşılığında bu terror təşkilatına Türkiyənin pilotsuz təyyarələrilə mübarizə aparmaları üçün Rusiya istehsalı olan raket kompleksləri verməyə razılaşıb. Bu raket komplekslərinin çatdırılmasını PKK-nın Qəndildəki komandiri Cəmil Bayık koordinasiya edir və raketlərin tezliklə Qəndilə göndəriləcəyi gözlənilir.
 
Bütün deyilənləri düzgün anlasaq, cox ciddi nəticəyə gələ bilərik. Görünən odur ki, Ermənistan hökuməti İraqddan PKK, Suriyadan isə YPG ilə əməkdaşlıq kanalı yaradıb. Bu cür sıx əməkdaşlıq özünü Ermənistan Respublikası hakimiyyətinin hərbi və təhlükəsizlik siyasətində də göstərir. Bir sözlə, Ermənistanın bu dağıdıcı niyyəti bütün regiona təhdiddir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 234          Tarix: 21-09-2020, 14:36      


Paylaş: