Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Qanı qanımızdan, dini dinimizdən olmayan Gürcüstan belə, Rusiyadan Ermənistana daşınan hərbi texnikalara qapısını bağlayıb. Biz eyni həssasiyyəti 30 milyon insanımızın yaşadığı İrandan da gözləyirik”.
“Hürriyyət” xəbər verir ki, şair-publisist Heydər Oğuz bu gün faceebook səhifəsində paylaşdığı statusunda belə yazıb.
Şair-publisist bildirib:
“İran İslam Respublikası ya peyğımbərimizin “Çində bir müsəlmanın ayağına tikan batarsa, Mədinədə mənim ürəyimə xənçər sancılar” hədisinə və Maidə surəsinin 51-ci ayəsinə (Ey iman gətirənlər! Yəhudiləri və xristianları qəyyum götürməyin. Onlar bir-birlərinin qəyyumlarıdır. Sizdən kim onlarla dostluq edərsə, şübhəsiz ki, onlardan biridir. Allah zalım qövmü doğru yola yönəltməz.) əməl edəcək, ya da Cənublu qardaşlarımız öz iradələrini ortaya qoyacaqlar. Çünki Qarabağ təkcə Qarabağda yaşayanların deyil, həm də Bütün və BÜTÖV Azərbaycanın torpağıdır”.
Maraqlıdır ki, İran rəsmiləri Dağlıq Qarabağda yaşanan son hadisələrlə bağlı Azərbaycanın mövqeyini müdafiə edir və Ermənistana daşınan hərbi texnikaların “adi ticarət məhsulları” olduğunu bildirir. Bəs Heydər Oğuzu qane etməyən nədir?
Sualımızı cavablandıran Heydər Oğuz bildirib ki, görünən dağın bələdçiyə ehtiyaçı yoxdur: “İran rəsmiləri iddia edir ki, Nurduz gömrük-keçid məntəqəsindən Ermənistana keçirilən sadəcə “Kamaz” maşınlarıdır və onları hərbi texnika saymaq olmaz. Əvvəla, “Kamaz” maşınlarının özü də hərbi məqsədlə istifadə olunur. İkincisi, Cənubi Azərbaycanda çəkilən videolardan aydın görünür ki, İranın yük maşınlarında təkcə “Kamaz”lar daşınmır. Maşınlarda digər hərbi texnikalar da aydın nəzərə çarpır”.
O ki qaldı İranın ritorikada bizi dəstəkləməyinə şair-publisistin bununla bağlı açıqlaması xeyli maraqlı oldu: “Vaxtilə Kufə əhli İmam Hüseynə məktub yazıb onu özlərinə imamlıq etmək üçün şəhərlərinə dəvət edəndə imamın dostlarından biri deyib: “Ya imam, Kufəlilərə inanma, onların dili səninlə, qılıncı Yezidlədir”. Təəssüf ki, bu gün guya İmam Hüseyn xətti tutan İran da eynilə Kufə əhli kimi hərəkət edir. Dili bizlə, qılıncı ermənilərlədir. Bunun nə qədər səmimi siyasət olduğuna qərar verməyi böyük İran xalqının öhdəsinə buraxıram. Bizi narahat edən isə bu səmimiyyətsizliyin Azərbaycanın ərazi bütövlüyünə, suverenlik haqlarına qarşı çevrilməsi və xeyli sayda əsgərlərimizin şəhadətinə yol açmasıdır. İran heç olmasa adındakı İslam Respublikası kəlmələrinə görə bu cür siyasət yürütməməlidir. Mövlananın təbiriylə düsək, “ya olduğu kimi görünməli, ya göründüyü kimi olmalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar