Xəbər lenti

 
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İran islam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.
 
Ovqat.com xəbər verir ki, bu məlumatı Ermənstanın İctimai Radiosu yayıb.
 
Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, İran prezidenti iki qonşusu arasında davam edən gərginlikdən və hərbi əməliyyatlardan narahatlığını bildirib.
 
Paşinyan isə söhbətində bölgədəki vəziyyətə toxunub və həmsöhbətinin diqqətini Türkiyənin birbaşa döyüş əməliyyatlarında olması faktına çəkib. 
 
 Sual yaranır: Dəfələrlə Azərbaycanın ərazi bötüvlüyünu dəstəklədiyini bəyan edən İran prezidenti Dağlıq Qarabağda apardığımız döyüşlərdən niyə bu qədər narahatdır? Axı orda aparılan döyüşlər 30 ildir ki, düyünə düşmüş ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına yönəlib. Bir çox ayətullahlarının diliylə indiyədək rəsmi Bakını cəsarətsizlikdə günahlandıran rəsmi Tehran uzun illərdən bəri rişxənd etdiyi halımızın dəyişməsinə sevinməli olduğu halda, niyə birdən-birə Paşinyana zəng edib mənəvi dəstək verir? 
 
 Bununla da kifayətlənmir, Rusiyadan Ermənistana göndərilən silah-sursatın öz ölkəsinin üzərindən keçməsinə göz yumur? Axı bu silahlar olmasa, həm özünün dəstəklədiyi ərazi bütövlüyümüz daha erkən bərpa olunar, həm də müharibə bu qədər uzanmaz. Arada da həm bizim, həm ermənilərin gənc əsgərlərinin qanı tökülməz. Biz ki başqa ölkənin deyil, dünya birliyi tərəfindən tanınmış öz torpaqlarımız uğrunda ölüm-qalım savaşına girmişik. İran bu müqəddəs amal uğrunda apardığımız mübarizədən narahat olmaq əvəzinə, Paşinyana başqa dövlətin ərazisindən çıxmağın zərurətini niyə başa salmır? 
 
Ən nəhayət, məşhur bir zərb-məsəldə deyildiyi kimi, sən kimin dayısı oğlusan, İran - səninlə eyni qibləyə namaz qılan Azərbaycan xalqının, yoxsa onun torpağını ələ keçirən, qanına qəltan edən, yurdundan-yuvasından didərgin salan ermənilərin?
  



Ana səhifəyə qayıt        Baxış: 5 592          Tarix: 30-09-2020, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma