Xəbər lenti
Bu gün, 16:49
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
“Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur”.
Ovqat.com xəbər verir ki, Müdafiə Nazirliyinin bu gün səhər tezdən yaydığı məlumatda belə deyilir.
Məlumata görə, beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.
Nazirlik düşməni növbəti dəfə xəbərdar edib ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.
Ovqat.com-un məlumatına görə, bu xəbərdarlıqdan 2 saat sonra Ermənistan tərəfi Xankəndidəki mövqelərə yenidən güclü zərbələrin endirildiyini bildirib.
“Hazırda şəhərdə vəziyyət son dərəcə gərgindir. Partlayışlar eşidilir”,- erməni mətbuatı bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar