Xəbər lenti
 

“Ermənistan işğal edilmiş ərazilərdən çıxmalıdır".
 
Ovqat.com-un məlumatına görə, İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İranın "Keyhan" qəzetinə müsahibəsində belə deyib.
 
Vilayəti müsahibəsi zaman bildirib ki, Ermənistan işğal edilmiş ərazilərdən çıxaraq beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərə qayıtmalıdır:
 
"Azərbaycanın şəhərləri işğal edilib və bu barədə 4 beynəlxalq qətnamə var. Bu o deməkdir ki, ermənilər Azərbaycanın işğal edilən ərazilərini boşaltmalı və qaytarmalıdırlar. Bir milyondan çox Azərbaycan qaçqını öz evlərinə dönməlidirlər. Biz Fələstin ərazilərinin İsrail rejimi tərəfindən işağl edilməsinə müxalif olduğumuz kimi burada da həmin mövqedəyik".
 
O daha sonra qeyd edib ki, Ermənistan Qarabağı işğal edib və bu əraziləri tərk etməlidir. Torpaqlar Aazərbaycan qaytarılmalıdır.
 
Vilayətinin fikrincə, Azərbaycanla İranın çoxlu ortaq cəhətləri var. “Azərbaycanla dində, məzhəbdə, tarixdə, mədəniyyətdə, ortaq cəhətlərimzi var. Dünyada belə yaxın ortaq cəhətləri olan iki ölkə tapmaq çətindir. Azərbaycanın müqəddəratı bizi narahat edir. Onun ərazibütövlüyü qorunmalı və işğal edilmiş əraziləri boşaldılmalıdır. İşğal edilmiş əraziləri qaytarılmalı və qaçqınları ora qayıtmalıdır. İran da sülh və vasitəçilik üçün hazırdır", - deyə o bildirib.
 


Ana səhifəyə qayıt        Baxış: 4 326          Tarix: 6-10-2020, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma