Xəbər lenti

 

BMT Baş Assambleyası İsraildən işğal edilmiş Qolan təpələrini tərk etməyi tələb edən qətnamə qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qətnamədə BMT Baş Assambleyasının yenidən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Suriyanın Qolan təpələrindən 4 iyun 1967-ci ildə mövcud olmuş xəttə əsasən bütün işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb olunur.

Layihə 91 səslə qəbul edilib. 9 dövlət isə qətnaməyə qarşı çıxıb. 65 ölkə səsvermədə bitərəf qalıb.

Sənəddə həmçinin, İsrailin 1981-ci ildən işğal etdiyi Qolan təpələrində öz qanunlarını, yurisdiksiyasını və idarəetməni təyin etməsi ilə bağlı qərarın etibarsız olduğu və hüquqi qüvvəsinin olmadığı qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 786          Tarix: 4-12-2019, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma