Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Bask parlamenti “Arsax xalqı”nın öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyən bəyannamə qəbul edib və Azərbaycanı zorakılıqdan çəkinməyə çağırıb.
Ovqat.com-un məlumatına görə, erməni KİV-nin böyük sevinclə xəbərini tirajladığı bəyannamə böyük səs çoxluğu ilə qəbul edilib.
Bəyannamədə Basklar ölkəsi parlamenti həlak olan erməni ailələrinə başsağlığı verir, iki xalq arasında dərin dostluq tellərinin olduğu vurğulanır.
Yəqin bu sətirləri oxuyanda bir çoxlarınız indiyədək adını belə duymadığınız bir ölkəni böyük matah sandınız və bu cür bəyanatla çıxış etməsinə üzüldünüz. Amma üzülməyə tələsməyin. Basklar ölkəsi ölkə olmağına ölkədir, amma dövlət deyil. İspaniyanın Fransanın ilə sərhəddində yerləşən muxtar statuslu ərazidir. Əraziyə bu statusu 25 iyul 1979-cu ildə verilmişdir. Onlar da adlarındakı ölkə sözündən riqqətə gəlib bəzən başlarını dövlət işlərinə qatırlar. Bu dəfə isə onların burunlarını soxduqları beynəlxalq məsələ Dağlıq Qarabağ məsələsi olub. Bütün beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətə düşən ermənilər də “bask qardaşları”nın bu iltifatını böyük diplomatik nailiyyət sanır.
Ötən gün buna bənzər bəyanatı Cenevrənin Şəhər Şurası vermiş və Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bunu “qurtuluş naminə ayrılıq doktrinası” adlandırmışdı.
Ermənistan rəsmiləri unudurlar ki, Dağlıq Qarabağ Cenevrənin və ya Baskın hansısa parkı deyil, dolayısıyla onun taleyinə həmin inzibati qurumlar qərar verə bilməz. Dağlıq Qarabağ Azərbaycanın tarixi və dünya birliyi tərəfindən tanınmış ərazisidir. Qanunvericiliyə görə, heç Azərbaycan Milli Məclisinin belə onun taleyini müəyyənləşdirmək hüququ yoxdur. Bu hüquq tamamilə Azərbaycan xalqına aiddir və problem yalnız bütün ölkə üzrə keçirilmiş referendumla öz həllini tapa bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar